Namiq Abbasov, Rəhim Həsənov
~ ~
142
önəmli amillərdən hesab oluna bilər. Çünki, bəzilərinin
tərbiyə zamanı əhəmiyyətsiz hesab etdiyi bu oyunlar
bilvasitə və bilavasitə uşaqların psixologiyasına, onların
fiziki xarakterlərinə möhkəm təsir göstərir. Əyləncəli
oyunlar isə uşaqların əhval-ruhiyyəsinə psixi cəhətdən
müsbət təsir göstər və bu zaman uşaqların davranış qay-
dalarına şənlik, gümrahlıq və sevinc hissləri hakim olur.
Uşaqların fiziki inkişafında tibbi və psixoloji təsirlərin
rolunu düzgün qiymətləndirən Tusi qələmə aldığı «Etiqa-
dat» və «Otuz fəsil» əsrlərində və eyni zamanda «Qanun»
kitabına yazdığı izahda fiziki tərbiyənin əhəmiyyətində
söhbət açırdı. Uşaqların gümrah, sağlam və iradəli
böyüməsi üçün onları çətinliyə alışdırmaq lazımdır, çünki,
naz-nemət içərisində böyümüş uşaqda nə əxlaqi saflıq, nə
də fiziki kamillik bərqərar ola bilməz. Uşaqların fiziki
cəhətdən sağlam böyümsi üçün onalrı günəş, su və təmiz
havaya olan zəruri ehtiyacı da nəzərə alınmalıdır.
Orqanizimin möhkəmlənməsi üçün, onun hər cür
xəstəliklərdən uzaq olması üçün bu üç amilin oynadığı rol
əvəzedilməzdir.
Tusi insanın fiziki cəhətdən sağlamlığı ilə onun nəfsi
sağlamlığının kamil olması arasında heç bir fərq görmür,
nəfsi sağlamlığı praktiki cəhətdən faydalı olan əməklə
məşğul olmasında görürdü. O, «Əxlaqi-Nasiri»nin əsərinin
«Fəzilətlərin mühafizə edilməsinin rəhni olan nəfs
sağlamlığı haqqında» fəsilində bu barədə öz fikirlərini
mülahizə edərək insanlara hər bir hərəktdə ifrata
varmamağa səsləyir və dahi yunan filosofu Aristotelin orta
xarakterlər haqqında irəli sürdüyü fikirləri dəstəkləyirdi.
Tusi bu barədə fikirlərini davam etdirərək yazırdı:
«İnsanın yalnız mənəvi kasıblığına və fiziki cılızlığına