Namiq Abbasov, Rəhim Həsənov
~ ~
146
nənlərə davranışın bütün formalarının izahını verir, onlara
məsləhət görür ki, müəllimlərin təcrübəsindən bəhrələmək
lazımdır. Eyni zamanda vaxtdan da səmərəli istifadə etmək,
vaxtı düzgün dəyərləndirmək də elm öyrənəmk yolunda
çox önəmli bir amildir. Tələbə xüsusilə gecələrin və tənha
qaldığı vaxtların dəyərini bilməli, bu nüanslardan
faydalanmalıdır.
Tusi insanların biliyə olan münasibətinə görə dörd
xarakterə bölündüyünü vurğulayırdı:
1). Biliyini başqalarına öyrədən alimlər, bunlara
ehtiram göstərmək lazımdır.
2). Biliyi ilə lovğalanan səviyyəsiz insanlar, bunları
tənqid hədəfinə çevirmək lazımdır.
3). Biliksizdir və biliklərə nail olmağa çalışan
zəhmətkeşlər, bunlara elm öyrənməyə kömək etmək vacib
lazımdır.
4). Biliksizdir və elm öyrənilməsinə laqeyd münasibət
bəsləyir, bunlardan uzaq gəzmək lazımdır.
Nəsirəddin Tusi tərəfindən yaradılan etik təlimdə
xeyirxahlıq qəbilindən olan on müsbət xüsusiyyət çox
önəmli bir mövqeyə malikdir. Bu on müsbət əxlaqi
xüsusiyyət bunlardır:
1). Yalan sözlər danışmamaq, çünki, yalan danışmaq
insanı el içində hörmətdən salar.
2). İnsafla davranmaq- Tusi insafı ünsiyyətlə vəhtəddə
götürürdü.
3). Başqalarında eyib axtarmamaq- çünki, insanların
eyibini üzə vurmaqla onları xəcil və pərt etmək olar.
4). Xalqın günahından keçməyi bacarmaq- çünki, xalqa
hər vasitə ilə xeyir vermək, xalqı hər cəhətdən üstün
tutumaq böyüklük əlamətidir.