NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
~ ~
139
Kimin deyil, nəyin doğru olduğu əhəmiyyətlidir.
T. Haksli
3.3.Tusinin etik fikirləri
Tusinin etik fikirlərində təlim-tərbiyə prosesinə aid
mütərəqqi fikirlər öz əksini tapmışdır. Tusi yaradıcılığında
fiziki tərbiyə ilə mənəvi tərbiyə demək olar ki, identik bir
mahiyyət kəsb edir. Əxlaqi və fiziki kamillik bir-biri ilə
vəhdətdə alması səbəbilə fiziki inkişaf eyni zamanda
uşaqların psixoloji xarakterinə də böyük təsir göstərir.
Fiziki tərbiyə zamanı uşaqlara qarşı həssas davranmalı,
hər bir uşağın fərdi xarakterləri diqqətlə nəzərə alımalıdır.
Tusinin etik və pedaqoji fikirlərinin mərkəz xəttində bəşər
övladının hərtərəfli tərbiyə və təkamülü ideyası dururdu.
Ailə üzvləri arasında səadət və xöşbəxtliyin formalaş-
ması üçün ailənin ayrı-ayrı nümayəndələri arasında mənəvi
və əxlaqi bağlılıq olmalı və eyni zamanda bu bağlılıq bir-
birini tamamlamalıdır. Əgər ailə üzvləri arasında mənəvi və
əxlaqi bağlılıq olmasa ailənin ayrı-ayrı üzvləri arasında
narazılıq, ər-arvad münasibətlərinin zəifləməsi, uşaqların
tərbiyəsində anormal halların meydana gəlməsi, valideyn-
lərin övladlarına qarşı sevgi hisslərinin pozulması və yaxud
da əksinə övladların valideyinlərə kobud münasibət
bəsləməsi, qohumluq əlaqələrinin əhəmiyyətsizliyi kimi
mənfi və xoşagəlməz fəsadlar ortaya çıxır.
Gerçək dünyanın ən şərəfli məxluqu insanlarda əxlaqi
sifətin yaranması yalnız ictimai əlaqələrin vasitəsilə müm-
kün ola bilər. Tusi insanların kamilləşməsində özünü-
tərbiyə prosesinin böyük bir rol oynadığını göstərir və eyni
zamanda qeyd edirdi ki, bu prosesi insanlar düzgün bir
Namiq Abbasov, Rəhim Həsənov
~ ~
140
səpkidə aşılamalıdır və bu yolda yanlışlıqlara qətiyyən yol
verilməməlidir.
Tusi dünyagörüşü nəzərincə mənəvi və əxlaqi
xarakterlər insanlarda anadangəlmə olaraq mövcud olmur,
insanlarda bu xarakterlər ətraf mühitin təsiri altında
formalaşır. Mənəvi xarakterlərin müsbət mənada formalaş-
masında tərbiyənin oynadığı rol əvəzedilməz bir mahiyyət
kəsb edir.
İnsanın yetkin bir biçimdə kamilləşməsi üçün onun
elmi cəhətdən böyük nailiyyət əldə etməsi mütləq və zəruri
bir amildir. Tusi cəmiyyətdə maarifləndirmə, bilikləndirmə
yolu ilə böyük bir tərəqqi əldə ediləcəyinə inanırdı. Yalnız
altı xarakterə malik olan insanlara elm və bilik yolu ilə təsir
göstərmək, onları psixoloji cəhətdən dəyişdirmək qeyri
mümkündür:
1). Nəzakətsiz şahı;
2). Rüşvətxor qazını;
3). Sahibinə
pis xidmət edən xidmətçiləri;
4). Nəzakətsiz qadını;
5). Zəhmətdən qaçan tənbəl adamları;
6). Tapşırığı düzgün yerinə yetirə bilməyən
köməkçiləri.
Zəhmətkeş və işgüzar insanlar böyük qiymət verən Tusi
qeyd edirdi ki, insanların öz zəhəmti sayəsində var-dövlət
sahibi olması tərifəlayiq bir hal hesab edilməlidir.
Tusi düzgün olaraq əxlaq fəlsəfəsini əməli fəlsəfəyə aid
edirdi. Hər bir insan öz əməli fəaliyyəti zamanı törətdiyi
bütün əməllərə görə məsuliyyət daşımalı, cavabdehlik hissi
insanın bütün daxili dünyasını əhatə etməlidir.
Tusi insanları düzgünlüyə, doğru danışmağa, doğru
yolda olmağa və bu yoldan sapmamağa çağırır, yalana və