Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə53/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   49   50   51   52   53   54   55   56   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
164        
verirsən?»  O,  deyirdi  ki:  «Çünki,  cavanın  və  nazik  bu-
daqların    əyriliyini    düzəltmək  asandır,  amma,  ağac    bö-
yüyüb  kobudlaşanda onu  düzəltmək  mümkün  deyildir». 
(55, səh.86). 
Tusi  öz əsərlərində həmin  fikrə  istinad  edərək, əxlaq, 
hifz-səhhət, mədəni davranış və s. kimi məsələləri şərh  et-
mişdir  ki,  bu  fikir XIX əsrin  məşhur pedaqoq və  maarif-
çilərindən  Məhəmməd  Tağı  Sidqi  (1854-1903),  Sultan 
Məcid  Qənizadə(1866-1937),  Firudin  Bəy  Köçərli  (1863-
1920)  və  başqaları  tərəfindən  də    yaradıcılıqla    tərənnüm  
edilmişdir. 
Tusi  öz  əsərlərində    uşaqların  davranış  qaydalarına  da  
əlavələr  etmişdi və «ədəb haqqında  fikirləri» onun «Adə-
bul-mütəəllim»,  «Əxlaqi-Nasiri»,  «Kitabi-Mədarik»,  «Öv-
saful-Əşrəf», «Si fəsil» və s. kimi  sırf pedaqoji  əsərlərində 
geniş  şərh olunmuşdur. 
O,  uşaqların  danışıq  qaydaları,  hərəkət  və  sakitlik, 
yemək  və    içmək  qaydaları,  nəfsi-nəbati,  nəfsi-heyvani, 
nəfsi-insani,  hikməti-xilqü,  hikməti-mənazili,  hikməti-mə-
dəni, şərhi-ədalət, şərhi-fəzail, məratibi-səadət, dər mərifətə  
siyasət, tədbiri övlad və s. başlıqlarla  birəbir xüsusiyyətləri 
valideynlərə  və    müəllimlərə    çatdıraraq  bunları  
formalaşdırmağı  təklif  edirdi. Bu  kimi  fikirləri Tusinin 
ədəb-ərkan mücəssəməsi olduğuna  da  böyük sübutdur. 
Tusi danışığa, nitqə, ünsiyyətə üstünlük  verərək  qeyd  
edir  ki,  insanın  bu  və ya digər  xüsusiyyəti  onun danışığı  
prosesində daha  tez üzə  çıxır.  
Tusi  heç vaxt  özündən  böyük, yaşlı  adamlarla kinayə 
ilə  danışmamağı, mümkün qədər  qısa  və  başa  düşüləcək 
tərzdə  danışmağı,  nitq  vaxtı  çətin,  anlaşılmayan  sözlər  
işlətməməyi,    danışmaqdan    əvvəl    fikirləşməyi, 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
165 
müsahibənin    sözündən    narazı  qaldıqda    incəliklə  bəyan 
etməyi, sözü danışarkən  pis təsir  edib-etmədiyini  düşün-
məyi,  yalan  və  doğru  danışarsa,  aralığa  girməməyi, 
yalvarmaqla  yola  gəlməyən  adama  yalvarmamağı,  müba-
hisələrdə  haqqın  tərəfində  olmağı, avam, uşaq, səfeh, dəli  
adamlarla    söhbət    etməyi,  yalan  və    iftira    danışmamağı, 
çox    eşidib  az  danışmağı  hamıya,  xüsusən  yeniyetmələrə  
tövsiyə edirdi.  
İnsanın  daxili  aləminin    onun  zahiri  aləmində  də  üzə  
çıxdığını  da  qeyd  edən  Tusi  hər  bir  adama    müsahibədə  
müsahibinin    bütün    zahiri    cizgilərinə  diqqət  verməyi  də  
zəruri sayırdı. O, «hərəkət və sakitlik haqqın»da da  müsbət  
fikirlər  söyləmiş  və    insanın  daxili    aləmini,  onun  hərəkət 
və  cizgilərində  də    özünü    göstərdiyini  dönə-dönə    qeyd  
etmişdir.  O yazır: « yol gedərkən  tələsmək  lazım  deyil, 
bu  cür  hərəkət    yüngüllük    əlaməti,  yaxud  da    əsəbilik 
nəticəsidir.» 
Tusi  ədəb  qaydalarından  danışarkən  ata-analara,  yaşlı  
adamlara  və    müəllimlərə    hörmət    etməyi  də    uşaq  və 
yeniyetmələr üçün  zəruri xüsusiyyət sayırdı. 
Onun    haqlı    olaraq    fikrincə,  «Ata-ana  övladın  əmələ  
gəlməsi  və  böyüməsində  ilk  səbəbkardır.  Onların    sayə-
sində övlad  cismi kamala, boya-başa  çatır, yeyib-içir, hər 
tərəfdən  mühafizə  və  qayğı  ilə əhatə   olunur. ailə  tərbi-
yəsindən  bəhs  edərək göstərir ki, atanın  şəxsi  tədbir və  
çalışması  sayəsində övlad  ədəb, tərbiyə, bilik, sənət, elm 
və  fənlərə sahib  olur  və  onun  yaşayış vasitələri  təmin  
edilir.» 
 Ümumiyyətlə,  Tusi    «övladın  cismani    varlığı  əsasən  
ataya  aiddir»- deyir və  ana  haqqında da,  onu  əziz  tut-
maq  barədə  də    öz  nəsihətlərini    verirdi.  O  yazırdı:  «Ana, 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
166        
övladının cismani  tərbiyəsi işində bütün xeyirli  qüvvələri 
ona  cəlb  və  zərəredici qüvvələri  ondan  dəf  edir». 
Ananın övladı  sonsuz mehribanlığını,  məhəbbətini, öz 
həyatını uşağının həyatına qurban  verməyə hazır olduğunu 
da  qeyd   edir və    göstərir   ki,   «bütün həyatı  boyu övlad 
ata-ana qarşısında borcludur». 
Valideynlər  haqqında  öz  fikirlərini  yekunlaşdıran  Tusi  
ata-ana    haqqını  3  şərtlə  gözləməyi  təklif    edirdi.  Birinci  
qəlbən    onları  sevmək  və  hər  bir  iş    prosesində    onların 
razılığını almaq. 
İkincisi  onların  tələbini  gözləmədən  hər  birində  onlara  
köməklik  göstərmək,    buna    minnət    qoymamaq,    ondan 
əvəz  gözləməmək,  və    üçüncüsü,  istər  zahirən,  istər  sənə-
tindən  onların  vəsiyyətlərinə  əməl    etmək  və  göstərişlərini 
yerinə  yetirmək.  
Valideynlərə  qarşı  nankorluq    etməyi,  onların  üzünə  
qayıtmağı və s. kimi  mənfi əməlləri Tusi ən böyük qəbahət 
sayırdı.  «Ata    kimi  yüksək    hörmətli  olan  müəllim,  əmi, 
dayı,  böyük, bacı, qardaş və valideynlərin  ən  yaxın dost-
ları    və    valideynləri  qədər    hörmət  və    ehtiram  görməli-
dirlər». 
Demək olar ki, XIII əsrdə tədris, təlim, təhsil, tərbiyəni 
Tusi qədər hərtərəfli işləyən  pedaqoq-psixoloq və  filosof  
tapmaq çox çətindir. O əxlaq tərbiyəsinin üsulları  haqqında 
da    geniş  danışmış  və    özünü  bir    sıra    əsərlərində    bunu 
böyük məna  dərinliyi ilə  əks etdirmişdir. 
Dövrünün  tərbiyə    elmini  əsaslı  bilən  və  qədim  yunan  
filosoflarının  tərbiyə  haqqında  fikirlərini  təfəkkür  
süzgəcindən  keçirib  yaşadığı    dövrün  məktəb,  mədrəsə 
müəllimlərinə miras qoyan Tusi, demək olar ki, tərbiyənin 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə