Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə52/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   48   49   50   51   52   53   54   55   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
161 
salmaq    üçün,  qısa  hekayətlər,  sadə  və  tərbiyəvi  şeirlər 
öyrətmək və  əzbərlətmək gərəkdir. 
Tusi  uşaqların  tərbiyəsini  lap  körpə    yaşlarından    ver-
məyi,  bu    işlə    ciddi  məşğul    olmağı,  bütün    ata-analara 
məsləhət  görmüşdür. O qeyd  edir ki, elə hərəkət etmək  la-
zımdır  ki,   uşaq  dil  açıb  danışarkən bir kəlmə də  olsun 
bəd,  pis və  nalayiq  söz  eşitməsin və  pis hərəkətlər   gör-
məsin. Ona görə ki, uşaqların təbiətində  pis, yaramaz  söz 
və  əməllərə meyl  çox güclü  olur. 
Müdrik alim  yazırdı  ki, «hər  şeydən   əvvəl   uşağın bu  
meylini qabaqlayıb, əxlaqını  təmiz  saxlamaq, yəni  uşağın  
zatında    hansı    müsbət    keyfiyyət    olduğunu    öyrənib, 
həmin  meyl və  qüvvətin təkamülünə çalışmaq zəruridir». 
Tusi    utancaqlıq  və    həya  haqqında    da  düşünür  və  
qeyd    edir    ki,  uşaqda  ilk    fərqlənən  qüvvə  deyə  həya  
özünü göstərir. Elə  etmək lazımdır  ki,  həya və  utancaqlıq 
uşaqda    əbədi  olaraq  mövcud  olsun  və    uşaq  başı    aşağı  
olub təkəbbür, dikbaş, lovğa böyüməsin. 
Tusinin  «Əxlaqi-Nasiri»dəki  fikirlərindən  məlum  olur 
ki,  o  öz    psixologiyasını  və    ailəsinin  verdiyi  tərbiyəyə 
incəliklərinə kimi  bələd olmuşdur. Onun  fikrincə,  bəzən 
uşağın etdiyi pis hərəkətləri, kobudluq və  qabalıq  göstər-
məsini onun  üzünə  vurmaq  lazım  deyildir. Bunu  uşağa  
başa salmaq və  inandırmaq  lazımdır deyirdi. Tusiyə görə, 
«uşağın  acığa    düşməsi,  üzə    durması»  və  s.  kimi  amillər 
valideynlərin uşağa  yaxşı və pis, düzgün və  qeyri düzgün  
yanaşmasından  çox asılıdır.  
Valideyn  uşağa necə tərbiyə verirsə, verdikləri barədə 
də  yaxşı    düşünməli,  nəyi    öyrətmək,  niyə    öyrətmək  və 
necə hərəkət etməyi başa salmaq üçün tədbirlər  aramalıdır. 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
162        
Əgər  uşaq  valideynin    sözündən    çıxarsa,  onu    bu  zaman 
mütləq cəzalandırmaq  lazımdır. 
Tusiyə  görə,  «tərbiyə  yalnız  ailədə  uşaq  yaşlarında 
verilməli,  böyüklükdə  də    zəruridir.  Tusiyə  görə    tərbiyə 
insanla  yaranmış,  insanla  davam    edir  və    hər  bir    şəxs  
öldükdə o da  yekunlaşır». 
Bu  fikirlər  XVIII  əsr  fransız  filosof-materialisti 
pedaqoq  Klod  Adrian  Helvetsi  (1715-1771)  tərəfindən  də 
tərənnüm edilmədə  Tusi bunu neçə-neçə  əsr  bundan  əvvəl  
söyləmişdir. 
Tusi  ailə  tərbiyəsini  uşağın    ailədə  inkişafını  çox 
incəliklə şərh  etmişdir. Pedaqoji  fikir  tarixində bu  məsələ 
(ailə    tərbiyəsi)  İsveçrə  pedaqoqu  İohan  Henrix  Pestalotsi 
(1746-1827)  tərəfindən    çox  geniş  təhlil    edilmişdir. 
Pestalotsinin    fikirləri  ilə    çox  həmahəngdir.  Göründüyü  
kimi Tusi ailə  və  uşaq  tərbiyəsi haqqında  700 il  əvvəl  
daha  geniş məlumat  vermişdir. (55, səh.84). 
Tusi ailədə uşağa sadə davranış normalarını  öyrətməyi 
də  təklif  edirdi. O, «xörək yemək  qaydaları» barədə  ge-
niş  söhbət  aparmış və  nəticələrini  müəyyənləşdirərək, öz 
təkliflərini  vermişdir.  Tusiyə   görə   uşağa   tərbiyəvi key-
fiyyətləri aşılamaq  hələ  kiçik yaşlarından  başlayaraq hə-
yata  keçirilməlidir.  İlk  növbədə  uşağa  yemək  mədəniy-
yətini öyrətmək  vacibdir. 
Tusi  bu  məsələni  hifz-səhhət  ilə  üzvi  surətdə  
bağlayırdı. Onun fikrincə, istər ata-ana, istərsə də müəllim  
uşağa başa  salmalıdır  ki, xörək yeməkdə  məqsəd bədəni 
salamat  saxlamaqdır,  nəinki  ləzzət    çəkmək.  Çünki,  qida 
həyat və  sağlamlığı  qorumaq üçün  yeyilir. Qida  aclıq  və  
susuzluğu dəf  etmək  üçün  bir dərmandır. 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
163 
Tusi pedaqoq-psixoloq  kimi yeyilən qidanın qana, əsəb  
sisteminə  mənfi  və    ya  müsbət    təsirini  də    qeyd    edir  və  
göstərir    ki,  təam  daxilən  və    zahirən  ya  insanı    məst,  
həlim, yaxud da  bədbin və  ya  qeyzli edir. Buna  görə də  
yeməyin  qədir-qiymətini  uşağın    nəzərindən  salmaq 
lazımdır    ki,    o,  qarınqulu  olmasın,  həddindən    artıq  
yeməyin    uşağa  pisləməli    və    eyni    zamanda    müxtəlif  
xörəklər    yeməkdən,  onu    çəkindirərək  bir    növ    xörəklə 
kifayətlənməyə  öyrədilməlidir. 
Tusi hifz-səhhət haqqında danışaraq adətlərin rolunu da  
qiymətləndirirdi.  Onun  fikrincə  müəllimə,  ata-anaya 
hörmət etmək adətlərdən,  onların müəllim  tərəfindən  necə  
öyrədildiyindən  asılıdır. Tusiyə görə,  uşaq öyrənə-öyrənə, 
təkrarlaya-təkrarlaya  adətlərə    yiyələnir.  Başa    düşərək  
hörmət  və   ehtiram  saxlamağa  alışırsa,  bu   çox    yaxşıdır. 
Bu  adətləri  uşaqlıq  yaşlarından öyrətməyi  təklif  edirdi. 
O  uşaqlıq  yaşları    qurtardıqdan  sonra,  uşaq    idrakının, 
səhhətinin möhkəmlənməsi dövrünün başlandığını göstərir. 
Bu  münasibətlə  o yazırdı: «Elə  ki, uşaqlıq  yaşları keçdi 
xalqın arzu və istəklərini anlayır, xalq da  onu  yaxşı  başa  
düşür.  Bu  dəmdən    uşaq    anlayır    ki,    mal-dövlət,  qoşun, 
sürü,  mal-qara,  paltar,  fərş  və  bütün  dolanacaqlar  bədəni 
qorumaq və saxlamaqdan  ibarətdir. Beləliklə, onun səhhəti 
möhkəmlənər, müxtəlif  xəstəliklərdən də iraq olur». 
Tusi uşaq və  yeniyetmələrin tərbiyəsinə  xüsusi  diqqət  
yetirirdi.    Onun    fikrincə,  «filosof  Sokrat  da  bu  fikirdə 
imiş» ki,  bu dövrdən tərbiyə verildikdə uşaqların  əxlaqına  
istənilən təsir göstərən  mümkün  bir  hal olur». 
Tusi qədim yunan filosofu Sokratdan (e.ə. 469-e.ə.399) 
misal  gətirərək  yazırdı:  «Filosof  Sokratdan  soruşurlar    ki,  
cavanların  tərbiyəçisinə      sən  nə    üçün  bu  qədər    fikir  


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə