Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə51/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   47   48   49   50   51   52   53   54   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
158        
«Adabul-mütəəllim»  əsərində  Tusi  tərbiyəni  kiçik  və  
böyüklüyündən, hökmdar və  nökər, rəiyyət və  əmir və i.a. 
kimi  silk  və  imtiyazlara  baxmayaraq  hamıya  şamil    edir 
«tərbiyə insanı  yalnız cəmiyyət içərisində müşərrəf olmağa  
deyil, bütün  mötədil və  xoşəxlaqlığı sövq  edir» deyən Tu-
si  tərbiyənin  qüdrətinə    möhkəm  inam  bəsləyirdi.  Tusi  in-
san  tərbiyəsinin  sonsuz  olduğunu  söyləyərək  onun  anadan 
olan bir gündən ta qəbr  evinədək davam  etdiyini göstərir. 
Sözsüz  ki,  Tusi  əxlaq  haqqında  fikirlərini  özünün 
«Əxlaqi-Nasiri»  əsərində  daha  qabarıq    vermişdir.  Demək 
olar  ki,  bu  əsərdə  ilk  səhifələrindən  başlayaraq  son 
səhifəsinə kimi sırf tərbiyə məsələləri şərh  edilmişdir. 
Tərbiyə prosesi barəsində  adamları  təbəqələrə  ayıran 
Tusi ilk təbəqəyə ziyalıları («əhli-qələm»), ikinci təbəqəyə 
hərbçiləri  («əhli  şəmşir»),  üçüncüyə  tacir  və    alverçiləri 
(«əhli  –müamilə»),  dördüncüyə  isə  əkinçi  və    sənətkarları 
(«əhli-məzriyə  və    hirfət»)  aid  edib,  ayrı-ayrılıqda  həmin 
təbəqələrin tərbiyəsini şərh  edir. 
Təbəqələşmə prosesindən aydın  olur  ki, Tusi özünəqə-
dərki  Yunan    mütəffəkkirlərindən  xəbərdar    olmuş    və 
Platonun  «qan,  öd,  şirə,  bəlğəm»  deyə  qeyd    etdiyi    dörd 
ünsürü  Şərqdən  çox geniş   yayılmış «Od, su, hava, külək 
ünsürləri  ilə  bağlı  şəkildə  şərh    etmiş  və  təbiətdən    əxz  
etdiklərini bunlarla birləşdirərək hamısını cəmiyyətə tətbiq  
edib qeyd  etdiyimiz təbəqələri şərh  etmişdir. 
Bu  dörd  təbəqə    içərisində  üstünlüyü  «əhli-məzriə  və  
hərfət»ə (əkinçi və sənətkarlara)  yəni  torpağa  verən Tusi 
onları  cəmiyyətin  yaradıcı  və  aparıcı    qüvvəsi  hesab  
etmişdir. 
Alim  əvvəlki    üç  təbəqənin  yaşayışını  və    həyat  sür-
məsini dördüncü  təbəqədən asılı  şəkildə  təhlil  etmişdir. 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
159 
Əkinçi və sənətkarlar bütün  təbəqələri  dolandıran,  onları 
yaşadan bir nəsil  kimi tərənnüm  edilir.  
Tusi  yaşadığı  dövrün  psixologiyasının  təsiri  altında 
olaraq  siniflər  mübarizəsini  görə  bilməsə    də,  yaşadığı  
cəmiyyətdə  insanların bərabər olmadıqlarını hiss etmişdir. 
Onun  zəhmətkeş    xalqa    üstünlük  verməsi  də  bunu  süqut  
edir. Tusi əməkçi  kütləni tərbiyəli,  əxlaqlı  tərif  edərək, 
onlardan  öyrənməyi, ibrət götürməyi  təklif  edirdi. 
Sinifi təbəqələr  içərisində narazılıq, insanlar   arasında  
olan    məhəbbət,  tərbiyə  və    müvazinətin  pozulmasından  
irəli  gəlir.  Tusi  həmin    dörd    təbəqənin  əxlaqını    müxtəlif  
olduğundan bəhs  edir. 
Alimin  yaratdığı  pedaqoji    sistemdə  «ailəni  idarə  
etmək və  uşaq tərbiyəsi» məsələsinə də geniş  yer  vermiş 
«Əxlaqi-Nasirinin» ikinci  məqaləsini  yalnız bu  məsələyə 
ithaf  etmişdir. 
Tusinin    ailə    tərbiyəsi  haqqında  fikirlərini  əsrlər  öncə 
bundan  əvvəl söyləməsinə, orta  əsr  feodalizm təfəkkürü  
və  tərbiyə  məhdudiyyəti  ilə    bağlı  olmasına    baxmayaraq, 
bu gün də  əhəmiyyətini itirməyən fikirləri az deyildir. 
Valideyinin ilk vəzifəsini «övlad anadan olan kimi ona 
gözəl bir ad qoymaq»dır deyən Tusinin fikrincə  uşağa ad 
verilərkən diqqətli  olmaq lazımdır. Bu barədə valideyinlər 
çox  fikirləşməlidirlər,  çünki,  «uşaq  bu  adı  ömrünün 
sonunadək daşıyacaq»dır. 
Tusi qeyd edirdi ki, əgər «uşağa  pis ad qoyularsa, ömrü  
boyu    ürəyi    açılmaz».  O,    uşağın    anadan    olduğu    ilk 
günlərdən başlayaraq, ona  tərbiyəni  ana südü ilə birlikdə  
verməyi də  təklif  edirdi. 
Qərbi Avropa  pedaqoji fikir tarixində də bu məsələyə 
rast  gəlmək  olar.  Lakin,  bu  məsələ  Qərbi    Avropa  


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
160        
pedaqoqlarına  XVII-XVIII  əsrlərdə  çatsa  da,  onlara 
tərcümələr  vasitəsilə  Şərq  ədəbiyyatından  məlum    olmuş-
dur. Bizə  belə gəlir  ki,  Tusinin alman, fransız və  ingilis 
dillərinə    tərcümə    edilmiş  əsərləri,  hələ    XVII-XVIII 
əsrlərdə Qərbi Avropaya məlum olmuşdur. 
Tusi təklif  edir  ki, uşağı ata-ana və yaxud dayə tərbiyə  
etdiyi  üçün «elə  etmək zəruridir  ki, «tərbiyə verən ağılsız, 
kəmsavad  və    xəstə    olmasın,  çünki    bir    sıra    qüsurlar 
dayənin  südü  ilə də  övlada keçir». 
Bu məsələ hələ dahi Azərbaycan şairi Nizami  Gəncəvi 
(1141-1209)  yaradıcılığında  qeyd    edilmişdir.  Lakin  Tusi 
bunu    praktik  olaraq  müşahidə    etmiş,  haqqında  geniş    və 
səhih  məlumat də  vermişdir.  
Tusi  valideynlərə  məsləhət görür  ki,  onlar  uşağı əlia-
çıq,  mərhəmətli,  xeyirxah,    məhəbbətli,  ehtiramlı  olmağa  
öyrətsinlər. Həm də  öz  ağılları və mühakimələri vasitəsilə 
hərəkət etsinlər. Tusinin  fikrincə  valideynlər  ilk  növbədə  
uşağa    yaxşı  adət  və  ənənələri,  xeyirxah  sənətləri,  məşhur 
sənət adamlarını  tanıtsınlar. İlk   yaşlarında uşağı  nalayiq 
təsirlərdən,  pis  hərəkətlərdən    çəkindirmək,  tərbiyəsiz  
uşaqlarla  oturub-durmaqdan çəkindirmək  məsələsinin çox 
mühüm  və  vacib olmasından bəhs edirdi. 
Tusi uşaqda  pis hərəkətlərə meyli  çox olduğunu başa  
düşür  və  göstərir  ki,  uşaqlar  öz  istəklərini    icra    etdirmək  
üçün    şıltaqlıq  və    təkid    edər,  yalan    danışar  və    paxıllıq 
edər,  tərslik  göstərər  və  s.  Lakin,    uşaqların    bu  hərəkə-
tindən  məyus  olmaq    lazım  deyil,  ona  görə    ki,    «bu  hə-
rəkətlər  gələcəkdə  düzgün    və    sistemli    veriləcək  tərbiyə 
vasitəsilə  silinib gedəcəkdir». 
Tusi  qeyd  edir  ki, uşağa bu və ya digər  pis hərəkətin 
bəd niyyətin və  şər  qüvvənin, xüsusiyyət və  zərərini  başa  


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə