Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə56/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   52   53   54   55   56   57   58   59   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
173 
şərh  edilmiş və gələcək nəsillər üçün  miras saxlanılmışdır. 
Bu sahədə M.N.Tusinin də xidmətləri böyük  olmuşdur. 
Tusi  «Əxlaqi-Nasiri»,  «Övsaful-Əşraf»,  «Kitabi-Mə-
darik», «Məsnəvi», «Divan» və s. kimi digər əsərlərində də 
insan  zəkasının  geniş  hüdudlarını,  insanın    müxtəlif 
gözəlliklərini «Əxlaq  gözəlliyi»ni, «Şərəf, ədalət və başqa 
fəzilət  növləri»ni,  insanın  təkmilləşməsini,  «Zahiri  və 
batini aləmi»ni, «Məhəbbət və düzlüyünü», «Məhəbbət  və 
düzlüyün  cəmiyyətlə  əlaqəsi»ni  oxumaq,  nitqi,  nəfsi 
gözləmək,  hər  bir  adam  üçün  səadət  olmasını,  təbiət, 
cəmiyyət, «Əşkalül-əcsam»dan həzz almağın yollarını və s. 
ətraflı tərənnüm etmişdir.  
Tusinin əsərlərindən məlum olur ki, o, heç vaxt törənən 
müharibə və mübrizələrlə dolu olan hökmdarların, əmirləri 
zahiri  gözqamaşdırıcı  parıltılarını  tərif  etməmiş  və  həmişə 
insanda  həssanatı,  əxlaq  gözəlliyini  tərif  edəcəyəm 
demişdir.  O  elmin  qüdrət  və  qüvvətinə  inanır,  bəşəriyətin 
müstəqim  tərəqisi  və  bəşər  övladlarının  həssanatını  onun 
elmə nə dərəcədə sahib olub olmamasında görürdü. O, əql 
və  idrak,  əxlaq  və  saflıq,  sağlamlıq  və  gümrahıq  sahədə 
«təkmil adamları müqayisəsiz gözəl adlandırırdı.» 
Tusi  insanın  gözəl,  pak,  mənən  yüksək  olmasını  onun 
geyimində  tutduğu  mövqedə  deyil,  onun  nə  dərəcədə 
münasibət  bəsləməsində,  savadı  və  əqli  ilə  dünyanı  dərk 
etməsində  görürüdü.  Onun  fikrincə  elmi  və  ya  bədii 
əsərlərdə  məzmu  mövcud  olmalı,  məhdud,  yeknəsəq, 
subyektiv meyilərə, tamahkarlığa, cəsarətsizliyə, bədbinliyə 
yol  verilməməlidir.  İnsan  o  zaman  gözəl,  idrakən  qüdrətli 
və hamı tərəfindən əzizlənir ki, o, bütün elmlərdən xəbərdar 
olsun. 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
174        
Tusi  göstərirdi  ki,  şagirdin  gözəlliyi  onun  dərsə  yaxşı 
münasibətilə, oxuduqlarını dərk edib anlamaqla, ata-anaya, 
yaşlı adamalara ehtiramı və hərəkətləri ilə nəzərə alınarsa, 
müəllimin  gözəllii  onun  nitqində,  nəvazişində,  həm 
uşaqlara,  həm  valideynlərə  yaxşı  münasibətində,  ixtisasını 
gözəl  bilib,  müəllimi  əsaslı  başa  salma  məharətidə  və 
uşaqlara  bacardıqca  çox  şey  örətməsində  və  gözəl  əxlaqa 
alışdırmasındadır.  O  fikirləşirdi    ki,  hər  hansı  bir    əsər 
poetik nümunə və s. olursa olsun mənalı  və aktual  olmalı 
və  əgər  gözəl  sayırıqsa,  pak    hesablayırıqsa,  yalnız  bəşə-
riyyətin  tərəqqisinə xidmət  etməlidir. 
Özünəqədərki  görkəmli  şəxsiyyətlər    kimi  Tusi  də 
həmişə  şəri  pisləyir,  tənqid    edir,  xeyiri,  xeyirxahlığı  isə 
özünəməxsus bir üsulbda tərənnüm edirdi. 
Tusinin  fikrincə,  istər  sənət    olsun,  istər    elm  həmişə 
tərəqqini  görməli  və  yaratmaq  arzusu  ilə  əməl  göstərmə-
lidir. Onun orijinallığı onun həmişə  yenilikləri görməsində
zamanın  tələbinə bəşəri  mövqedən yanaşmasında  və  hər 
şeyi  cəmiyyətin tərəqqisi  üçün  sərf  etməsində idi. 
Tusi  insanları  inandırırdı  ki,  çətin  məsələləri 
aydınlaşdıran,  sənət,  musiqi  və  maddi    nemətləri  hasilə  
gətirən insanı  rəvac və  inkişafına, əxlaqca  saf və  gözəl  
olmasına,  bütün  sənətlərdən  baş  çıxarmasına,  ona  
irəliləmək üçün  yol  göstərən, bağlı  qapıları  açan, sirləri  
agah  edən bir şey varsa, o da  elm və onu öyrənməkdədir. 
O  yazır  ki,  elm  insanın  mənəviyyatca  gözəlləşməsində 
həyati    təcrübəsinin  zənginləşməsində  və  kamilləşməsində 
müstəsna əhəmiyyət kəsb edir.  
Tusi gözəlliyin növləri, kateqoriyaları, dünyanın estetik 
özünəməxsusluğu,  gözəllik,  gözəl,  ülvi,  rəzil,  eybəcər  və 
tragik kateqoriya meyarları, zövq, qavrayış, həyəcan, ideal, 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
175 
ustad, bədii  və s. kimi istilaları, zümrə, silk, varlı-yoxsul, 
rəiyyət, əmr kimi cəmiyyətə xas  sözləri, «psixoloji qüvvə» 
yəni iy, dad, görmə, eşitmə  duyğularını, mədəni, nəbati və  
heyvan  aləmləri,  insanın    zövqü,  qabiliyyəti,  baxışı,  həzz 
almaq,  bacarıq,  mühakimə,  kamillik  və  s.  kimi  fəlsəfi  və 
estetik  istilahlar  haqqında  birbəbir  təhlil    verir  və  
arzuladığı  təkmil-əxlaqi  gözəlliyi    tərənnüm  edərək,  bəşər  
övladına  bu  sahədə pedaqoji məsləhətlərini də  verirdi. 
Bu sahədə də Tusi, Aristotel, Platon, Sokrat kimi antik 
filosoflar  ardınca  deyil,  Yaxın  və    Orta    Şərqin  görkəmli 
sənətkarı  və  mütəffəkkiri  «alimlər    padşahı»  İbn  Sina 
təliminə  əsaslanmış və  onun  ardınca getmişdir. 
Lakin,  Tusi  İbn  Sinanın  bu  sahədə  fikirlərini  şərh  və 
tənqid  edərək  bir  sıra  istilahlar  və    islahatlar  müəllifi  də  
olmuşdur. Tusi beynəlmiləl pedaqoq-mütəffəkkir idi. Onun 
bu sahədə də qiymətli fikirləri az deyildir. 
Tusi elə bir pedaqoq, elə bir  mütəfəkkirdir ki, o yalnız 
Azərbaycanda,  Yaxın  və  Orta    Şərqdə  deyil,  bütün    dün-
yada  belə məşhur  ensiklopedik biliyə malik bir şəxsiyyət 
olmuşdur. 
Tarixi  mənbələrdən  öyrənirik  ki,  təkcə  onun  «Əxlaqi-
Nasiri»  və  «Adabul-mütəəllim»  əsərləri  təkrar-təkrar  Şərq 
və  Qərbi  Avropa  dillərinə  tərcümə    edilərək  100  dəfədən  
çox nəşr edilmiş və  ayrı-ayrı xalqların  pedaqoqları, müəl-
limləri və maarifçiləri tərəfindən sevilə-sevilə oxunmuşdur. 
Gətirdiyimiz  bu  ikicə  kiçik  fakt  göstərir  ki,  Tusinin 
Azərbaycanlı    olması  və  Azərbaycanda  yaşayıb  yaratma-
sına baxmayaraq, o yalnız Şərqin deyil, beynəlxalq aləmin, 
bütün bəşəriyyətin sevilən, qədirbilən  yaradıcı və  mübariz 
mütəfəkkir-pedaqoqudur. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə