NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
~ ~
179
İnsanın özünü kamilləşdirməsi prinsipinin Nəsirəddin
Tusi tərəfindən izahı peripatetik fəlsəfi müddəaların sufi
əxlaqının təbliği kimi səslənir. Lakin, mütəfəkkir mistik
əhval-ruhiyyədən uzaq olub, rassionalist mövqe tutur.
Mütəfəkkir bu barədə qeyd edirdi ki, insan «əgər
düzgün, ardıcıl məqsədə uyğun, müstəqim xətlə (ən qısa yol
ilə) hərəkət etsə tədrislə elm, mədəniyyət, bilik və hikmətə
yiyələnsə, təkamülə qadir olan fitri istedadı hədləri aşaraq
onu bir mərtəbədən başqa bir mərtəbəyə, bu dərəcədən o
biri dərəcəyə yüksəldər, birbaşa gətirib arzu edildiyi
məqsədə, ilahi şüurun şəfəq saldığı ali məqama çatdırır və
Allahın yaxın adamları cərgəsinə daxil edər, lakin
yaradıldığı fitri dərəcədə oturub qalsa, cilovu öz nəfsinin
ixtiyarına versə, nəfsi onu aşağıya- heyvani mərtəbəyə
sövq edər şəhvani hazır şəkildə almır, həmin şeyləri ağıl,
bilik, əmək, sənətə layiq hərəkətlərin artmasına səbəb olar,
günbəgün, anbaan alçaldar, düşkünlük və naqisliyi artırar,
yuxarıdan aşağıya yuvarladılan daş kimi az bir müddət
ərzində onu rəzalət çirkabının ən dərin yerinə salır və bu
onun ən dəhşətli sonu olar».
Nəsirəddin Tusi öyrədir ki, fəzilətin daxili qüvvədə
konkret fəaliyyətə keçməsi üçün insan öz nəfsini rəzalət
və kəsafətdən təmizləməlidir. O, nəfsini onu korlayan
zəiflədən şeylərdən saxlasa, zəruri olaraq nəfsin daxili
qüvvəsi hərəkətə gələr, məhz ona xas olan elm öyrənmək,
həqiqəti dərk etmək, maarifə yiyələnmək kimi fəaliyyətlər
başlar, xoşbəxtlik və səadətə çatar.
İnsani nəfsi kamilləşdirməyin məqsədi onun xeyir və
səadətidir. Alimlər mütləq və nisbi xeyiri fərqləndirmişlər:
mütləq xeyir bütün mövcudatın və bütün arzuların son
Namiq Abbasov, Rəhim Həsənov
~ ~
180
məqsədidir. Nisbi xeyir isə müəyyən cəhətdən faydası
olan şeylərdir.
Nəsirəddin Tusinin geniş mündəricəli əsərləri sonrakı
təbiətşünas, məntiqçi filosoflar üçün örnək olmuş,
peripatetik ənənələrin əsrlər boyu qorunub saxlanılmasında
fəal rol oynamışdır.
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
~ ~
181
Xoşbəxtlik doğru və gözəl düşüncələrlə
düşünə bilməyi bilməkdir.
Aristotel
3.5. Tusi tədris prosesi haqqında
Nəsirəddin Tusinin qələmə aldığı «Əxlaqi-Nasiri»,
«Adabul-mütəəllim», «Təlimül-mütəəllim», «Övsaful-
əşraf», «Kitabe-mədarik», «Cəvahirnamə», «Dər-mərifəte-
üstürlab», «Dər mərufəte-təqvim», «Etiqadat», «Kitabül-
lükr-limələnvüyün», «Risaleyi-müxtəsər», «Si fəsil» və s.
kimi dərslik və risalələrində tədris və təlimin orta əsr
məktəb və mədrəsələrinə dair hər tərəfli tərənnüm
edilmişdir.
Nəsirəddin Tusi «Əllamə», «Filosofların və alimlərin
rəhbəri», «əsərin yeganəsi», «əvəzsiz müəllim və təbib»,
«Şərq və Qərb alimlərinin başçısı» və s. kimi adlar almış
tədris, təhsil və təlim sahəsində də, öz dövründə
pedaqogika tarixinin ən görkəmli və yüksək pilləsində
bərqərar olmuşdur.
Nəsirəddin Tusinin dünya şöhrətli «Əxlaqi-Nasiri»
əsəri 20 dəfə, «Adabul-müəllim», «Təlimül-mütəəllim» və
s. kitabları 10 dəfələrlə, bəlkə də çox, digər əsərləri və
risalələri isə, dönə-dönə ərəb, fars, osmanlı, monqol, çin,
alman, fransız, ingilis, yəhudi və s. dillərin tərcümə
edilərək, təkrar-təkrar nəşr olunmuş və bunların
bəzilərindən məktəblərdə dərslik kimi geniş istifadə
edilmişdir.
Nəsirəddin Tusi XIII əsrdə elmin, təhsilin, tədris və
təlimin güman etdiyi səviyyədə aparılması üçün əlindən
gələni əsirgəməmiş, 25-dən çox ədəbiyyat, dil,
Namiq Abbasov, Rəhim Həsənov
~ ~
182
leksikoqrafiya, riyaziyyat, həndəsə, triqonometriya, fəlsəfə,
təbabət, mineralogiya, təlim, tərbiyə, coğrafiya, musiqi,
ictimai-siyasi
xəttatlıq,
nəqqaşlıq,
ticarət,
təbiət,
pedaqogikaya dair əsər və dərsliklərini tərtib etmişdir.
Bu dövrdə davam edən məktəb, mədrəsələrlə bərabər,
müxtəlif musiqi, xəttatlıq, ticarət və s. kimi tədris
müəssisələrinə Tusi böyük önəm verirdi. Həmin tədris
müəssisələrində mütəəllim və müəllim, tələbə və
mütəkəllimlərin də vəziyyətini görür və bunları götür-qoy
edərək, elə bir çıxış edirdi ki, onun qeyd etdiyi və
arzuladığı elmlər özünəqədərki, tədris müəssisələrindən
fərqli olaraq əsaslı verilə bilsin.
Bunun üçün dərslik və digər tədris ləvazimatları barədə
fikirləşir və bunları dəyişdirmək haqqında öz tövsiyə və
təkliflərini verirdi. Bu sahədə onun «Təlimül-mütəəllim»
və «Adabul-mütəəllim» kimi sırf pedaqoji kitabları
müstəsna əhəmiyyət kəsb edir. Həmin kitablarda Tusinin
təhsil, təlim tədris haqqındakı fikirlər ətraflı şərh
edilmişdir.
Təlimin, tədrisin əsl mahiyyətini düzgün göstərən Tusi,
onun yollarını, üsullarını və vasitələrini öz dövrünə görə
düzgün başa düşmüş və şərh etmişdir. Tusi təlimin nə
üsulları və nə də prinsipləri adı ilə heç bir fəsil
verməmişdir. Lakin o, «Təlimin yolları» adı altında həmin
üsul və prinsiplərindən çox ətraflı və praktik olaraq
danışmışdır.
Tusinin tədris və təlimə verdiyi təhlil bunu deməyə əsas
verirdi ki, pedaqoq alim uzun müddət müəllimlik etmiş,
çox uzun müşahidə və təcrübələr apararaq təhsil, tədris və
təlim məsələlərini incəliyinə kimi şərh etmişdir. Tusinin
fikrincə «Qeyd edilmiş bu və ya digər bir elm fəqət
Dostları ilə paylaş: |