C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə23/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   19   20   21   22   23   24   25   26   ...   207

48 

 

Dəri örtüyü 



Quru, rozeoleoz səpgilər 

Nəm, səpgilər xarakterik deyil. 

Nəbz 

Nisbi braktikardiya 



Taxikardiya. 

Təngnəfəslik 

Müşahidə edilmir 

Daimi əlamətdir. 

Dodaqlarda sianoz 

Olmur 


Aydın büruzə verir. 

Dil 


Tifoz dil 

Xarakterik deyildir. 

Leykoformula. 

Xəstəliyin 3-cü günündən 

leykopeniya, neytrope-niya, nisbi 

limfositoz, aneozinofıliya 

Leykopeniya, nisbi neytrofılyoz, 

limfositopeniya 

Trombositlər 

Kəskin trombositopeniya 

Normal 

EÇS 


Normal və ya bir az yüksək 

Əhəmiyyətli dərəcədə yüksək 

Ağ ciyərlərin 

rentgen müayinəsi 

Normal və ya bəzi hallarda bronxit 

və ya bron- 

xopnevmoniya əlamətləri 

Hər iki ağ ciyərlərdə, adətən yuxarı 

paylarda çox 

saylı xırda, birtipli ocaqlar 

Vidal aqlutinasiya 

reaksiyası 

Xəstəliyin II həftəsinin axırlarında 

müsbət olur və 

dinamikada titr yüksəlir 

Xəstəliyin bir qismində müsbət ola 

bilər, lakin 

dinamikada titr yüksəlmir 

Hemokultura 

Xəstəliyin I günündə müsbət olur 

Mənfi olur 

JÖZ DIBININ 

MÜAYINƏSI

 

Normal 



Vərəm düyünləri 

 

Müalicəsi. Qarın  yatalağının  gedişi  və  nəticəsi  düzgün  yataq  rejimi,  qulluq, 

pəhriz, vaxtında aparılan antibakterial və patogenetik müalicədən çox asılıdır. Xəstəliyin müalicəsi 

klinik-epidemioloji  nöqteyi  nəzərdən  xəstəxana  şəraitində  aparılmalıdır.  Xəstə  kəskin  dövrdə 

və normal temperaturun 10-cu gününədək yataq rejimində olmalıdır. Normal temperaturun 7-8-ci 

günü oturmağa, 10-11-ci gündən əks  göstəriş  olmazsa, gəzməyə icazə verilir. Xəstələrin yatağı 

rahat  olmalı,  gigiyenik  şəraitə  diqqət  yetirilməlidir.  Ağız  boşluğuna,  bədənə,  dəriyə  qulluq 

əhəmiyyətlidir.  Dildə  çatların,  stomatitlərin,  bədənin  çox sürtülən  yerlərində  yataq  yaralarının 

əmələ  gəlməsinin  qarşısı  alınmalıdır.  Xəstəyə  kəskin  hərəkət  etməmək,  ağırlıq  qaldırmamaq, 

defekasiya zamanı gücən-məmək barəsində xəbərdarlıq edilməlidir. Rejimin genişləndirilməsi çox 

ehtiyatla, xəstənin ümumi vəziyyəti nəzərə alınmaqla aparılmalıdır. 

Xəstənin qidalanması normal temperaturun ilk 7-8-ci gününə kimi xüsusi pəhrizlə 

olmalıdır  (4a  pəhrizi).  Mədə-bağırsaq  sistemini  qıcıqlandıran  (mexaniki,  kimyəvi)  qidalar 

pəhrizdən  çıxarılmalıdır.  Çürümə,  qıcqırma  verən,  bağırsaq  peristaltikasını  artıran  qidalar 

olmamalıdır. Bununla bərabər qəbul edilən qidalar tam dəyərli olub, kifayət qədər kaloriyə malik, 

zülallar,  yağlar, karbohidratların  miqdarı  təlabata  uyğun,  vitaminlər  və  minerallarla 

zəngin olmalıdır. Bu tələblərə 4a pəhrizi cavab verir. Sonra 2 saylı pəhrizə, evə yazılan zaman isə 

1 və 15 saylı pəhrizə keçmək olar. Xəstələrə gündəlik 900 mq C, hərəsi 9 mq Bı və Bfi, 60 mq PP, 

300 mq P olmaqla vitaminlər kompleksi verilməsi vacibdir. 

downloaded from KitabYurdu.org




49 

 

Qarın  yatalağı  müalicəsində etiotrop  müalicə əsas  yer  tutur.  Antibiotiklər  təyin 



edilərkən  həmin  bölgədə  yayılmış  qarın  yatalağı  törədicilərinin  həssaslığı mütləq  nəzərə 

alınmalıdır  və  müalicə  kursu  normal  temperaturun  10-cü  gününə  kimi  aparılmalıdır.  Əgər 

antibiotiklər  təyin  edildikdən  sonra  4-5  gün  müddətində  xəstənin  vəziyyətində  yaxşılaşma 

müşahidə  edilməzsə,  digər  preparata keçilməsi  lazımdır.  Residivlərin  müalicəsi  də  digər 

antibiotikə və ya antibakterial preparata keçməklə aparılmalıdır. Bu zaman əgər xəstədə törədici 

aşkar edilib, kulturası alınıbsa mütləq preparata həssaslıq nəzərə alınmalıdır. 

Son dövrlər bir sıra müəlliflər qarm yatalağının yüngül formalarında, xəstələrin 

stasionara  gec  daxil  olduğu  hallarda  -  infeksion  prosesin  sönməsi  və ya  rekonvalessensiya 

dövrlərində  və  residivlərin  yüngül  gedişlərində  antibiotiklərin  tətbiqini  məqsədəuyğun  hesab 

etmirlər. 

Etiotrop  müalicə  məqsədi  ilə  əsasən  levomisetindən  (xloramfenikol)  isti  -fadə 

edilir. Hər kq çəkiyə 50 mq olmaqla, gündəlik doza 4 dəfəyə, yeməkdən 20-30 dəq. əvvəl daxilə 

təyin edilir. Temperatur normallaşdıqdan sonra doza hər kq çəkiyə 30 mq-a endirilə bilər. Əgər 

preparatı daxilə qəbul etmək mümkün olmursa  - mədə bulanması, qusma, epiqastral nahiyyədə 

ağrı olarsa, onda levomisetin-suksinat şəklində gündə 3 dəfə, hər dəfə 1,0 q olmaqla 8 saatdan bir 

parenteral  yeridilir.  Allergik  reaksiya  verməsi,  xəstədə  qan  azlığı,  psoriaz, ekzema  olması 

levomisetinin  verilməsinə  əks  göstərişdir.  Onun  tətbiqinin  ley-kopeniya,  aqranulositoz, 

trombositopeniya,  hipo-  və  ya  aplastik  anemiya  verməsi  də  nəzərə  alınmalıdır.  Belə  hallarda 

ampisillin təyin edilə bilər. Preparat böyüklərə gündə 4-6 dəfə, hər dəfə 1-1,5 q olmaqla, yeməkdən 

sonra verilir. Effektliyi levomisetindən zəif olsa da, bəzən xəstəliyin kəskin dövründə və kəskin 

bakteriyagəzdirənlik zamanı yaxşı nəticə verir. 

Qarın  yatalağının  müalicəsində  biseptolun,  nitrofuran  törəmələrindən 

furazolidonıın da effektli olduğu müəyyən edilmişdir. Ağır gedişlərdə, ağırlaşmalarda və qarışıq 

formalarda  ampisillin  (gündə  6-8  q)  və  gentamisinin  (gündə 240  mq)  birlikdə  parenteral  təyin 

edilməsi yaxşı təsir göstərir. 

Son  vaxtlar  xəstəliyin  yayıldığı  bölgələrdən  asılı  olaraq  törədicilərin  levo-

misetin, ampisillin, biseptola davamlığı müşahidə edilir. Eyni zamanda onların ftorxinolonlara və 

seftriaksona (rosefın) həssaslığını göstərirlər. Hətta bəzi müəlliflər onları etitrop müalicədə əsas 

preparat  kimi  təklif  edib,  levomisetin və  digərlərinin  ehtiyatda  saxlamağı  üstün  tuturlar. 

Ftorxinolonlardan siprof-loksasin gündə iki dəfə 500-700 mq daxilə, ağır hallarda isə gündə iki 

dəfə 200-400 mq olmaqla vena daxilinə təyin edilir. Seftriakson (rosefın) gündə 1-2 q əzələ və ya 

vena  daxilinə  yeridilir.  Ftorxinolonlar  və  seftriaksonun  qarııı  yatalağının  xarici  ölkələrdən, 

xüsusən  Tacikistan,  Əfqanıstan,  Cənubi-Şərqi  Asiya və  s.  ölkələrindən  gətirilməsi  hallarında 

işlədilməsi məsləhətdir. 

Etiotrop  müalicənin  effektliyinin  təmin  edilməsi  və  «residivlərin»,  bakte-

riyagəzdirənliyin  inkişafının  qarşısının  alınması  məqsədi  ilə palogenetik  müalicənin düzgün, 

məqsədyönlü aparılması vacibdir. Dezintoksikasiya, hemostazın korreksiyası, hipoksiyaya qarşı, 

su-duz və turşu-qələvi balansının saxlanması və s. tədbirlər həyata keçirilir. Apanlan tədqiqatlar 

göstərmişdir ki, qarın yatalağının qızğın dövründə orqanizmin antioksindant müdafiə sistemində 

funksional pozğunluqlar və sərbəst radikalların oksidləşmə fəallığının pozulması baş verir. Ona 

downloaded from KitabYurdu.org



Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə