Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə169/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   165   166   167   168   169   170   171   172   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

460 


Bilyardxana bazar ertəsi açıldı və bunu hərisliklə gözləyən daimi müştərilər böyük 

həyəcan içərisində dərhal içəri doluşdular. Bilyard masasının üzərinə müəssisənin ümumi 

ab-havasına matəm çaları verən bənövşəyi örtük çəkilmiş, divardan isə elan asılmışdı: 

şarlar itdiyi üçün bilyardxana işləmirdi. 

İçəri girənlər elanı elə bir ovqatla oxuyurdular ki, elə bil bu xəbəri ilk dəfə eşidirdilər. 

Bəziləri isə elanın qarşısında xeyli dayanıb baxır, qeyri-adi inadkarlıqla onu az qala 

gözlərinə təpir, təkrar-təkrar höccələməkdən yorulmurdular. 

Ömrünün böyük bir hissəsini bilyardxananın tamaşaçılar üçün skamyasında keçirmiş 

Damaso da qapı açılan kimi özünü birincilər sırasında dərhal içəri salmışdı. Təəssüf hissi 

keçirdiyini bildirib dərdə şərikliyi izhar etmək uzun iş olmasa da, çox ağır iş idi. O, 

piştaxta dalında dayanan sahibkarın çiyninə vurub: 

- Müsibətə bax, don Roke, – dedi. 

- Neyləmək olar, – kişi başını yellədib acı-acı gülümsədi, sonra köks ötürüb yenə öz işinə 

davam etdi və müştərilərə qulluq göstərməyə başladı. 

Damaso piştaxtanın yanındakı kətilə çökdü və bənövşəyi kəfənə tutulmuş bilyard stoluna 

nəzər salıb mızıldandı: 

- Ağlasığmaz işdir! 

- Çox dəqiq dedin, – o biri kətildə oturmuş bir kişi dərhal təsdiqlədi, – özü də tövbə 

həftəsində! 

Bilyardxananın müştəriləri nahar eləməkçün evə dağılı-şanda Damaso musiqi avtomatına 

pul salıb tabloda yerini əzbər bildiyi Meksika balladasını yığdı. Don Roke bu vaxt stol-

stulu içəri daşıyıb aparır, bir qıraqdan düzürdü. 

- Xeyir ola, neyləyirsiz? – Damaso soruşdu. 

- Şar gəlib çıxanacan bir şeylə baş qatmaq lazımdır, ya yox? İstəyirəm stollara kart 

qoyam. 

Hər əlində bir stul tutmuş don Roke korsayağı inamsızhərəkətiylə təzəlikcə dul qalmış 



ahıl adam təsiri bağışlayırdı. 

- Şarları haçan göndərəcəklər ki? – Damaso soruşdu. 

- Mən biləni, bir aydan çox çəkməz. 

- O vaxtacan köhnələr tapılar. 

- Hara tapılır? – don Roke sıra ilə düzdüyü balaca stollara göz gəzdirdi, sonra da qoluyla 

alnının tərini silib işindən arxayın halda sözünə davam elədi: – Şənbə günündən bəri 

zəncini ac saxlayırlar, yenə bir şey çıxmır. Yəqin çaya tullayıb. 

Damaso dodağını dişlədi. 

- Bəs iki yüz peso? 

- O da yoxdu. Zəncinin cibindən otuzca peso çıxıb. 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

461 


Onlar göz-gözə gəldilər. Damaso hətta istəsəydi belə, heç cürə izah edə bilməzdi ki, niyə 

bu toqquşan nəzərlər ona iki iştirakçının baxışlarını andırdı. Günün axırlarında onun evə 

hansı ovqatla qayıtdığını Anna elə camaşırxanadanca gördü: Damaso xəyali rəqibə zərbə 

endirən boksçu kimi atıla-atıla yeriyirdi. Əri-nin arxasınca Anna da otağa keçdi. 

- Hər şey qaydasındadı. Qoca şarlardan əlini üzüb, təzələrini sifariş verib. İndi bir balaca 

səbr eləmək lazımdır ki, ara soyusun, camaat olub-keçəni unutsun. 

- Bəs zənci necə olacaq? – Anna soruşdu. 

Damaso çiyinlərini çəkdi: 

- Necə olacaq ki? Şarları onda tapmayıb buraxacaqlar. 

Şam yeməyindən sonra onlar çıxıb küçə qapısının ağzında oturdular; kinonun səsi kəsilib 

ətrafa sakitlik çökənəcən qonşularla söhbət elədilər. Yatmağa gedəndə Damasonun kefi 

əməlli-başlı kökəlmişdi. 

- Ağlıma əntiqə şeylər gəlib, qəşəng işlər fikirləşmişəm. 

Anna bildi ki, Damaso bütün axşamı beynində dolandırdığı fikirləri onunla bölüşmək 

istəyir. 

- Şəhər-şəhər gəzib şarları oğurlayacam. Birindən oğurlayıb o birində satacam. Nə çox 

bilyardxana. 

- Elə eləyəcəksən ki, axırda səni güllələyəcəklər. 

- Yox bir! Güllələmək təkcə kinoda olur. 

Damaso otağın ortasında durub öz planlarından əsl şövqlədanışır, Anna soyuna-soyuna 

ərini diqqətlə dinləsə də, özünü elə göstərirdi ki, guya bu onun heç vecinə də deyil. 

- Kefim istəyən qədər kostyum alacam. Bax, düz burdan buracan, – deyə Damaso əllərini 

yana açıb, az qala bütün divarı tutacaq xəyalındakı paltar dolabının həcmini, nə boyda 

olacağını göstərdi. – Hələ düz əlli cüt də ayaqqabı. 

- Allah işini avand eləsin. 

Damaso qaşqabağını tökdü. 

- Mənim işlərim səni maraqlandırmır. 

- Sənin işlərin çox qəlizdir, beynimə batmır, – Anna işığı söndürdü, divar tərəfdən yerinə 

uzanıb dərindən köks ötürdü və sözünə davam edib acı-acı bildirdi: – Mən bircə onu 

bilirəm ki, sənin otuz yaşın olanda, mənim qırx yeddi yaşım olacaq. 

- Axmağın yekəsi, – Damaso cibini eşələyib siqaret axtardı və yavaşdan əlavə etdi:– 

Onda sən daha paltar yumayacaqsan. 

Anna kibriti alışdırıb ona uzatdı, sönənəcən alovdan göz çəkmədi, sonra yanıq dənəni 

kənara atdı. Damaso yerinin içində gərnəşib təzədən söhbətə girişdi: 

- Heç bilirsən şarları nədən düzəldirlər? 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

462 


Anna cavab vermədi. 

- Fil dişindən. Ona görə çətin tapılırlar da, bildin? Gətirib çıxaranacan azından bir ay 

çəkəcək, başa dıüşürsən? 

- Yat, – Anna onun sözünü yarımçıq kəsib sualını cavabsız qoydu, – mən obaşdan 

durmalıyam. 

Damaso artıq özünə gələrək, öz təbii vəziyyətinə qayıtmışdı: günün birinci yarısını o, 

adətən siqaret çəkə-çəkə yataqda keçirir, günortadan sonra üst-başına əl gəzdirib küçəyə 

çıxır, axşamlar bilyardxanaya gəlib beysbol çempionatının radio verilişlərinə qulaq asırdı. 

Hər kəsə nəsib olmayan fövqəladə bir qabiliyyət vardı onda: öz ideyalarını hansı həvəslə 

işə salırdısa, onları eyni şövqlə də unuda bilirdi. 

- Səndə pul var? – şənbə günü Annadan soruşdu. 

- On bir peso pul qalıb, – deyə Anna cavab verdi və tez dəmülayim səslə əlavə elədi: – O 

da kirəhaqqıdır. 

- Qulaq as, gör sənə nə deyirəm. 

- Nədi ki? 

- O pulu mənə borc ver. 

- Kirə haqqını vermək lazımdır. 

- Sonra verərsən. 

Anna başını buladı. Damaso cəld onun qolundan yapışıb, indicə səhər yeməyi yedikləri 

masa dalından qalxmasına imkan vermədi; qadının əlini eyni vaxtda həm nəvazişlə, həm 

də fikri dağınıq halda sığallaya-sığallaya dedi: 

- Cəmisi bir neçə günlüyə. Şarları satanda hər şeyə pulumuz çatacaq. 

Anna razılaşmadı. Axşam klubda kinoya baxdıqları vaxt,hətta fasilə zamanı dostlarıyla 

söhbət edərkən də – bütün müddət ərzində Damaso əlini onun çiynindən götürmədi. 

Filmə o qədər də diqqətlə baxmırdılar. Axırda Damasonun səbri tükəndi. 

- Onda gərək mən pulu hardansa oğurlayam. 

Anna çiyinlərini çəkdi. Az sonra Damaso Annanı kinodan çıxan camaatın arasıyla 

itələyə-itələyə hədə-qorxuya keçdi: 

- Qabağıma birinci çıxanı boğacam, baxarsan, məni adam öldürdüyümə görə 

damlayacaqlar. 

Anna ürəyində güldü, ancaq öz dediyindən dönmədi. 

Bütün gecəni çəkişdilər, səhər tezdən isə Damaso nümayişkaranə bir təhdidlə yerindən 

qalxıb tələm-tələsik geyindi və Annanın yanından ötərkən: 

- Məni gözləmə, – dedi, – bir də qayıdan deyiləm! 

Anna özünü ha sıxsa da, əsməsini gizlədə bilmədi. 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə