Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə165/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   161   162   163   164   165   166   167   168   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

450 


Bir əlini böyrünə qoyan komandir o biri əlinin iki barmağını, ağır-ağır, üstdən basa-basa 

bığına çəkdi, guya indicə iri bir qədəhi boşaltmışdı, şərab da hələ öz yoluyla süzülüb 

gedirdi. Şəhadət barmağıyla buxağını qaşıdı. 

 

- Aparın, qoy yatıb ayılsın, - dedi. – Maşını yoldan götürün. 



 

Qərargah rəisi onu yeraltı sığınacaqda haqladı. 

 

- Fikir vermə, boş şeydi… Əsas odur ki, yaxşı qurtarıb… 



 

Komandirin baxışları buz bağlamışdı. 

 

- Cavandılar, bir az özlərini buraxıblar… 



 

- Sən buraxmısan, - dedi Qaşqabaq. – Səkkizdə zabitlərin iclasıdı… 

 

Axşam, düz saat səkkizdə bütün zabitlər yığışmışdılar, dinməzcə, nigaranlıq içində 



gözləyirdilər. Bütün ağırlığıyla stola dirsəklənən Qaşqabaq şəxsi heyətin siyahısında 

qeydlər aparırdı. Axır ki, dikəldi. 

 

- Leytenant Ovsepyan. 



 

Leytenant tərəddüdlə ayağa qalxdı. 

 

- Sənin gündəlik norman yüz qramdır. Otur. Leytenant Avakimov… 



 

- Burda. 

 

- Allaha şükür, - qərargah rəisi söz atdı. 



 

- Əlli qram. Leytenant Sisoyan… 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

451 


 

- Mən. 


 

- Yüz əlli. Baş leytenant Mirzəyan – əlli, üstəgəl bir qram… Nə var, Avakimov? 

 

- Bu, ayrı-seçkilikdi, komandir. 



 

- Heç bir ayrı-seçkilik yoxdu, - Qaşqabaq sakit tərzdə, gözlərini kağızdan ayırmadan 

dedi. – Mirzəyan da özünə görə deyil, amma səndən bir ulduz yuxarıdı, hər halda, 

ordudayıq, hara fırlatsan da, böyük-kiçik yeri bilinməlidi…-  Sonra, əsas işi bitmiş sayıb, 

baxışlarını hərlədi. – Bir də, ümumiyyətlə, hər kəs içə bildiyi qədər içməlidi. 

 

Qərargah rəisi dinməzcə kənara çəkildi, çaşıb qalmışdı. 



 

- İçə bildiyi halda, içməyən isə axmaqdır. – Qaşqabaq sözünü tamamladı. – Sabahdan 

qayda belədir… 

 

Sonra isə dağılışmağa başlayan zabitləri ciddi-ciddi süzüb qərargah rəisinə astadan 



səsləndi: 

 

- Sabahdan, Ovanesyan. Çünki hər halda bu günün öz yeri var: düşmən tankı heç də hər 



gün ələ keçmir. Qeyd eləmək lazımdı. 

 

Qərargah rəisi də astadan dilləndi: 



 

- Bəs onda bu nədən ötrüydü belə? 

 

- Neçə ildi, işləri-gücləri ancaq vuruşmaqdı… Atəşkəs dövrünün bekarçılığı uşaqlara 



çətin gəlir, qıcqırırlar; neyləməli, nə cür yaşamalı?... Gərək hamımız ehtiyatlı davranaq, 

uçurumun qırağıyla yeriyənlər kimi - hələlik… - Ona elə gəldi ki, bu an gülümsəməlidi, 

ancaq bunu bir vaxtlar necə etdiyini yadına sala bilmədiyi üçün, ürkək, sönük bir 

təbəssüm alındı. – Bir şərtlə ki, adətə çevrilməsin… 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

452 


Qərargah rəisi cavabında nəsə dedi, yenə də səsini qısmışdı, halbuki onları kim 

dinşəyəcəkdi: yuxarı komandanlığın min cür dərdi vardı... Hərə öz işindəydi. 

 

Döyüşçülər isə keçən gün baş verənlərin hayındaydılar. 



 

- Avakimov, axı sən heç ayaq üstə dura bilmirdin… 

 

- Hə də… Oturdum, sürüb gəldim, orda qalası deyildim ki… Beynim yerindəydi… 



 

- Bəs necə oldu ki, duyuq düşmədilər? 

 

- Ta demə: heç özlərində deyildilər, ləngər vururdular… Lül-qəmbər kefliydilər. 



 

- Eh, heyf ki, atəşkəsdi… 

 

- Nə bilmək olar… - Avakimov fikirli-fikirli dilləndi. – Gedirəm yatam. 



 

 

Rus dilindən tərcümə edəni:  Seyfəddin Hüseynli  

 

 

 



 

 

 



 

 

 



 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

453 


 

Qabriel Qarsiya Markes 

 

Bizlərdə oğru yoxdur 

 

 



Damaso xoruzların birinci banında gəlib çıxdı;yeddi aylıq hamilə arvadı Anna paltarını 

soyunmadan yatağın içində oturub eləcə gözləyirdi. İşartısı öləziyən nöyüt lampasına 

baxa-baxa Damaso hiss etdi ki, Anna bütün gecə dəqiqəbədəqiqə onu gözləyib; elə indi 

də gözləməkdədir. Odur ki, toxdaqlıq üçün başını tərpətdi. Ancaq Anna cavab vermədi, 

qorxudan bərəlmiş gözlərini Damasonun əlindəki qırmızı bağlamaya dikib, hönkür-

tüsünü boğmaq üçün dodaqlarını bir-birinə sıxaraq titrətməyə başladı. Damaso səssiz bir 

çılğınlıqla arxadan gəlib hər iki əliylə qadının korsajından yapışdı. Ondan turşumuş spirt 

iyi gəlirdi. 

Anna birtəhər ayağa qalxdı, sonra bütün ağırlığıyla özünü Damasonun qucağına yıxdı, 

üzünü al-qırmızı rəngli zolaq-zolaq köynəyinə sıxıb hönkürdü, ta sakitləşənə qədər ondan 

bərk-bərk yapışıb buraxmadı. 

- Oturduğum yerdəcə yuxulamışam, – deyə zarıya-zarıya hıçqırdı, – yuxuda görürəm 

birdən qapı taybatay açılır, səni qan içində sürüyüb içəri atırlar. 

Damaso arvadının ağuşından kirimişcə qopub onu bayaqkı yerində oturtdu, sonra 

bağlamanı onun qucağına atıb özü bayıra, ayaqyoluna çıxdı. Anna bağlamanı açanda 

oynanmaqdan didiklənib çopur-çopur olmuş üç bilyard şarı gördü: ikisi ağ rəngdə, biri 

qırmızı. Damaso təzədən içəri girəndə qadın hələ də təəccüb içində şarları gözdən 

keçirirdi. 

- Bunlar neyçündü belə? 

Damaso çiyinlərini çəkdi: 

- Bilyard oynamaqçün. 

Sonra şarları təzədən qırmızı əskiyə bükdü və bıçağı, cib fənərini, bir də özünün yonub 

düzəltdiyi kilidaçanı bağlama ilə birgə sandığın dibində gizlətdi. Anna elə paltarlı-paltarlı 

yerinə uzanıb üzünü divara çevirdi. Damaso təkcə şalvarını soyundu. O, yatağa sərələnib 

siqareti siqaretə calaya-calaya bayırı dinşəyir, çöldən eşidilən erkən sübh xışıltıları 

içində, törətdiyi həngamənin hansısa əlamətini, əks-sədasını kəsdirməyə çalışırdı; 

qəfildən hiss etdi ki, Anna da yatmır. 

- Nə fikirləşirsən? 

- Heç nə, – Anna cavab verdi. 

Hirsindən Damasonun səsi indi daha dərindən və daha boğuq çıxırdı. O, siqaretə son 

qüllab vurub kötüyü torpaq döşə-məyə basıb söndürdü və dərindən köks ötürüb pıçıldadı: 



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə