Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə163/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   159   160   161   162   163   164   165   166   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

444 


Dəstə rəhbəri: "Azğın Düşməni Geriyə Oturdan… Şanlı Vətən Oğlunun… Adı Əsla 

Unudulmayacaq…" - deyib, çıxışını bitirəndən sonra kitabı Minaşın önünə qoydular. 

Martın 6-da həlak olanlardan və itkin düşənlərdən bəhs edən 1993-cü səhifədə, güclə 

seçilən hərflərlə, onun oğlundan da yazılmışdı. Minaş titrəyən barmaqlarını o qısa, 

yarımçıq kəlmənin üstündə gəzdirir, elə bil oğlunun sağ olub-olmadığını buradan duya 

biləcəyinə inanırdı. Ancaq soyuq kağız dinmirdi: elə bil dözülməz soyuqdan büzüşüb 

kiçilmiş hərflər geniş ağ kağıza tək-tək, ordan-burdan səpələnmişdi. 

 

Köynəyinin nişastalı yaxası düz çənəsinin altında düymələnmiş Beslan, qarının o andakı 



dözülməz ağrısını öz canında hiss etdiyindən, ürəyi sıxıldı. "Hiss etmək" bəlkə xeyli 

gurultulu çıxdı. O, qarıya ancaq gözünün ucuyla baxmış, dərhal da baxışını 

yayındırmışdı: bu ağrıya tab gətirmək olmazdı… 

 

İndi Beslan öz dostuyla birlikdə həmin qarını kənddən çıxarmağa gedirdi. Onlar birinci 



müdafiə xəttini tərk edib – başqa çarə də qalmamışdı – ikinciyə çəkiləndə iyirmidən artıq 

ev düşmən əlinə keçmişdi. Ortalıq qarışanda qarı kimsənin yadına düşməmişdi, hayına 

qalası bir yaxın qonşusu da yoxdu. 

 

Gürcülərin əlinə düşsəydi, aləmə car çəkəcəkdilər ki, abxazlar elə götürülürlər, qoca-



qoltuq yaddan çıxıb qalır… 

 

Qaranlıqda Minaşın evini tapdılar. Yandakı əl yerindən işartı gəlirdi. Onlar içəri girəndə 



Minaş bir küncdə qabları yığışdırırdı. İşığı çoxdan kəsmişdilər, divardan asılan kerosin 

lampasının altında yan-yörəni güclə seçmək olurdu. 

 

- Kim var burda?! – Qarı təlaşlı səslə soruşdu. 



 

- Qorxma, özgə deyilik. – Beslan cavab verdi. 

 

Minaş şkafdan aralanıb Beslana yaxınlaşdı. Anışdırmaq üçün bir ara altdan-yuxarı ona 



baxdı.  

 

- Can, tanıya bilmədim, kimin nəvəsisən? 



 

- Qədirin. 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

445 


- Həə, Tərsxanın nəvəsisən, deməli! Mən onu belə çağırırdım, can, niyə ölmürəm axı 

mən… Onun torpağı sanı Allah sənə ömür versin!... 

 

- Burda qalmaq qorxuludur, Minaş, yır-yığış elə, aparaq səni. 



 

- Can, noolub, niyə evimdən çıxmalıyam ki? 

 

- Dava gedir, düşmən bizə hücum çəkib… 



 

Minaş Beslanı şəkli-şəkli süzdü. 

 

- Vay başıma xeyir, nə danışırsan sən! O dedikləri dava başlayıb yəni… Son günlər güllə 



səsləri gəlirdi, təyyarələr də lap aşağıdan uçurdu, az qalırdı armudun kəlləsinə ilişsin. Bir 

gurultu vardı, Allah sən saxla! Ürəyimə dammışdı ki, xeyirliyə deyil bunlar, ancaq dava 

heç ağlıma gəlməmişdi... 

 

- Ən vacib nəyin varsa, yığ, gedək. 



 

Minaşı fikir götürmüşdü, bilmirdi, neyləsin. Sonra bir qərara varıbmış kimi dilləndi: 

 

- Mən bugün-sabahlığam, ay bala, sizə yük olmayım… Yaxşısı budur, evimdə qalım… 



 

- Bura bax, deyəsən, bu qarının başı xarab olub axı! – Con təəccüb içində dilə gəldi. 

 

Minaş onun nə dediyini tam anlamadı, ancaq səsindən bildi ki, acığı tutub, tez aranı 



yumşaltmaq istədi: 

 

- Can, mənə görə əziyyət çəkmisiniz, ömrünüz uzun olsun! 



 

- Minaş, düşmən qapını kəsəndə neyləyəcəksən? – Beslan da hövsələdən çıxırdı. 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

446 


- Deyirəm də sənə, başı xarab olub bunun!... 

 

Ha dilə tutsalar da, qarı "yox!" deyib durdu. 



 

- Elə dediyini deyir e! İndi ovcuma götürüb vuracam qoltuğuma, cınqırını da çıxara 

bilməyəcək! – Conun səbr kasası daşdı. 

 

Vəziyyətin qəlizliyini görən Minaş kövrəldi, əvvəlcə astadan, sonra isə get-gedə ucadan 



oxşama deyib ağlamağa başladı: 

 

- Can, anan ölsün, ay bala! Səs eşitcək qapıya yüyürmüşəm ki, bəlkə sənsən! Gecələr, 



yuxu bilməyib, yolu dinşəmişəm! Ocağı yanılı qoyub, bir qazan qarğıdalı sıyığı asmışam 

hər gün, vedrədə su qızdırmışam ki, yol gəlib yorulmuş olarsan: isti su yorğunluğunu da 

çıxarar, günahlarını da yuyub aparar. Sabun köpüyü içində ağappaq olar, tərtəmiz 

yuyunarsan, can bala... Amma indi gəlsən, görəcəksən ev bomboşdu, can! Orda da dava

burda da – hər yandan yolun bağlandı, ay bala!... 

 

Minaş Beslana baxa-baxa deyirdi bunları, onun da halı özündə deyildi. 



 

Birdən Minaş tamam ayrı cür, acıqlı səslə söylənməyə başladı: 

 

- Sizdə, siz kişilərdədi günahın hamısı! Başıma gətirdikləriniz azlıq eləyib, indi də silah 



götürüb üstümə gəlmisiniz ki, qoca arvaddır da... Gücünüzə arxayınsınız, hə?! İndi elə 

qarğayaram, yerinizdən tərpənə bilməzsiniz!... 

 

Hər nə desə də, onu orda qoymaq olmazdı… 



 

Artıq gecəyarıydı. Aydın payız səmasında Süd Yoluna səpələnmiş ulduzları bir-bir 

saymaq olardı. Hardasa, ünyetməz uzaqlarda atılan odlu güllələr havanı cıza-cıza göyün 

ənginliklərinə şığıyırdı. Öləziyən, ya da öz sərhəd xəttinə dirənən (bəlkə də göylər 

onların hər biri üçün ayrıca sərhədlər cızmışdı) güllələr bir-birinin ardınca sönürdü. 

 

Minaş dinmirdi. Con az qala bütün yol boyu onu qucağında aparmışdı. Qarının əlində bir 



bağlama vardı. Çox dirəşəndən sonra, axırda birdən razılaşıb, dinməz-söyləməz onlarla 

gəlmişdi. 




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə