“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
118
Səhərlər evdən çıxanda həmin dördkünc parket parçasına şirin bir nəzər salırdı – orda
Mamayın elə yaxın, amma həm də elə uzaq olan xoşbəxtliyi yatırdı. İndi, dörd min iki
yüz məsələsi açıb-ağardılandan sonra məsələ necə olacaqdı?
Dördüncü gün, sərçə kimi çırpınan ürəyini əli ilə tutan Mamay Zaqorodnıdakı həmin
qapını döydü. O kitabı əsirlikdə saxlayan çalsaqqallı, qalınqaşlı Çernomor piştaxta
arxasında oturmuşdu. Bu dəqiqə Mamayın damarlarında döyüşçü sələflərinin qanı
dolanırdı: Mamay ürəkli addımlarla Çernomora tərəf yeridi.
- A, cənab Mamay! Çoxdandı görünmürsüz...Məndə sizin üçün bir şey var.
Çırpınan «sərçə»ni ovcunda daha bərk sıxaraq, Mamay süni maraqla kitabları
vərəqləyirdi. Amma bu dəqiqələrdə onun gözü kürəyindəydi, o kitab vitrində
gülümsəyirdi.
Mamay rəngi saralmış, 1835-ci ilin "Teleskop"unu seçib, uzun müddət qiyməti
öldürməyə çalışdı, sonra əlini yellədi. Daha sonra tülkü hiyləgərliyi ilə kitabların başına
dolanıb, guya təsadüfən həmin kitaba yaxınlaşdı:
- Hm, bəs, bu neçəyədi?
«Sərçə» ovcundan sivişib, uçdu! Çernomor barmaqları ilə saqqalını daradı:
- Buna görə... sizdən…yüz əlli rubl.
- Hm...Neynək... (Ura! Vursun təbillər! Toplar guruldasın!) Hə, neynək... Sabah pulu
gətirib, kitabı götürərəm.
İndi qalırdı işin ən qorxulu tərəfi – qapının ağzındakı dördbucağı qaldırmaq. Gecə
Mamayın yerinə elə bil qor dolmuşdu, lazımdı, olmaz, olar, ağlasığmazdı, olar, olmaz,
lazımdı...
Hər şeyi bilən, mehriban, əzəmətli, barmağında evlilik üzüyü gəzdirən Budda çay içirdi.
- Ye də, Petenka. Bu gün elə bil sənə nəsə olub... Yenə gecəni yatmamısan?
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
119
- Hə. S...siçanlar qoymur... nə bilim...
- Qoy yerə o dəsmalı, didmə! Nə olub sənə!
- Di…didmirəm...
Budu, axır ki, stəkanındakını içib, qurtardı: stəkan bu gün ona qırx vedrə su tutan çəllək
kimi görünürdü. Budda mətbəxdə aşpaz qadınla qurbanvermə ayini keçirirdi. Mamay
kabinetində tək oturmuşdu.
Saat on ikiyə az qalanda, Mamay özü saat kimi taqqıldayırdı. O, havanı ciyərlərinə çəkdi,
qulaq verib, dinşədi, ayaq barmaqları ucunda yazı masasına tərəf getdi,
kitabkəsən balaca
xəncəri çıxardı.
Sonra qızdırmalı adam kimi, qapının yanına atıldı, bu vaxt keçəlinə səhər talası kimi şeh
düşmüşdü, xərcərlə parket kvadratı qaldırdı və var gücü ilə inlədi!
İniltiyə mətbəxdəki Budda qaçıb gəldi və ilk gördüyü boranıya bənzər keçəl, sonra
əlində xəncər tutmuş cırtdan, sonda isə kağız ovuntuları oldu.
- Dörd mini… siçanlar... Odu! Odu!
1917-ci ilin Mamayı min üç yüz neçənci ilin qəddar, amansız Mamayı kimi qapının
küncünə atıldı, siçanı qapının arasına sıxışdırdı. Gözlərini qan örtmüş Mamay bir an
içində qılıncı düşmənə sapladı. Əvvəl-əvvəl çətin oldu, qarpızın qabığını keçəndən sonra
isə asanlaşdı, ən yumşaq yeri ötəndən sonra isə qılıncın ucu parketə dirəndi.
Son.
1920
Tərcümə edəni: Günel Mövlud
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
120
Frans Kafka
Akademiya üçün hesabat
Hörmətli cənab akademiklər!
Hələ meymun ikən keçdiyim həyat yoluyla bağlı Akademiya üçün hesabat məruzəsi
hazırlamağı təklif etməklə mənə böyük şərəf verdiniz.
Təəssüflər olsun ki, bu ricanızı təmin etməm indi imkansızdır. Son beş ildə mən bir
meymun kimi öz həyat tərzimdən tamamilə qopmuşam. Əbədiyyətlə müqayisədə bu
müddət xeyli qısa görünsə də, məndən ötrü sonsuz və uzundur. Bəxtim onda gətirdi ki, bu
yolda mənə dəyərli məsləhətlər verən, məni alqışlayan gözəl insanlarla rastlaşdım. Buna
rəğmən, həmişə yalqızlığa məhkum idim, orkestrlərin qopartdığı hay-küyün, gurultunun
fonunda irəliləsəm də, mənə dəstək verən insanlar bir mənada baryerin o biri üzündə
qalırdılar. Əgər öz keçmişimdən, gəncliyimlə bağlı yaşantılardan dördəlli yapışsaydım, o
halda belə bir uğur qazanmam mümkün olmazdı. Bu məsələdə inad sərgiləməyi özümə
başlıca prinsip seçdiyimdən məqsədimə çata bildim. Hər vəchlə azadlığa can atdığım
üçün xeyli əziyyətlərə qatlaşdım. Buna görə də o dövrlə bağlı xatirələrim zaman keçdikcə
solğunlaşmağa başladı. Əgər insanlar bunu arzulasaydılar, mən geriyə, öz əvvəlki həyat
tərzimə bəlkə də asanlıqla dönə, qayıda bilərdim, çünki oraya açılan qapılar bir müddət
örtülməmişdi. Ancaq onlar məni mədəni olmağa daha çox ruhlandırdıqca və mən bu işdə
daha böyük uğurlar qazanmaqla, insan toplumunda özümü daha rahat və arxayın hiss
etdikcə, keçmişə açılan o qapı bir o qədər alçalır və daralırdı.
Məni öz keçmişimdən qoparan fırtına çoxdan yatıb və indi mən sadəcə dabanlarımı
yalayan xoş bir mehin həzzinə dalmışam. Bu sərin mehin əsdiyi dəlikdən vaxtilə mən
özüm bu biri tərəfə keçmişdim və aradan ötən müddətdə o, xeyli dərəcədə kiçilib. Hətta
əgər indi mən ona qədər getmək üçün özümdə güc və cürət hiss eləsəydim belə, onun o
biri üzünə keçməkdən ötrü tamamilə dəridən-qabıqdan çıxmalıydım. Hər şeyi öz adıyla
çağırmaqla – halbuki mövcud şərtlərdə alleqoriyalardan yararlanmaq daha uyğun
sayılardı – bəli, hər şeyi öz adıyla çağırmaqla mən sizə bildirməliyəm ki, cənablar, əgər
sizdə də meymun xislətindən nə isə bir nişanə qalıbsa, inanın ki, o da, elə mənimki qədər
çox-çox dərinlərə gömülübdür. Balaca bir şimpanzedən tutmuş ta nəhəng Axillesə qədər
ölümə məhkum bütün varlıqlar öz meymunvarı keçmişlərindən vaxtaşırı əsən mehin
topuqlarını necə qıdıqladığından hələ də xoşhallanmaqdadırlar.