Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə42/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   38   39   40   41   42   43   44   45   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

121 


Bütün bunlarla yanaşı, cənablar, Akademiyanın mənə ünvanladığı suala böyük 

məmnuniyyətlə və qismən cavab verə bilərəm. İlk öyrəndiyim hərəkət – əl görüşmək 

olub və o, səmimiyyətin simvolu sayılır. Vaxtilə öyrəndiyim əl görüşmə jestinə mən indi, 

şöhrətimin zirvəsində ikən öz səmimi etirafımı da əlavə etmək istərdim. Akademiya üçün 

bu, sözün həqiqi mənasında və çox yəqin ki, yeni bir şey sayılmaz, çünki, cənablar, 

verəcəyim açıqlamalar məndən umduğunuzdan xeyli dərəcədə fərqlənəcək və mən hətta 

istəsəm də, hər şeyi olduğu kimi sizlərə açıb deyə bilmərəm. Ancaq yenə də bu hesabatım 

sayəsində siz hansısa meymunun insan toplumunun bir üzvünə çevrilməsinin və orada 

özünü təsdiqləməsinin əsas mahiyyətini sezə biləcəksiniz. Bəlkə də özümdən əmin 

olmasaydım və mədəni dünyanın bütün iri varyete səhnələrində böyük şöhrət 

qazanmasaydım, bəzi əhəmiyyətsiz etiraflara gərək də duymazdım. 

  

Mən əslən Qızıl sahıldənəm. Necə ovlandığım barədə isə sonralar ondan-bundan 



öyrənmişəm. Bir axşam «Qagenbek» firmasının xüsusi ekspedisiyası sahildəki kolluqda 

pusquya yatıbmış. (Onu da deyim ki, bu firmanın rəhbəriylə sonralar mən bir neçə şüşə 

əla növ qırmızı şərab gillətmişəm). Bu vaxt bir dəstə meymun su içmək üçün sahilə enir 

və mən də onların arasındaymışam. Açılan atəşlərdən ikisi təsadüfən mənə tuş gəlir. 

  

Yanağıma dəyən güllənin yarası xəfif idi, xeyli iri və qırmızı rəngdə olduğu üçün aşkar 



sezilən bu yara izinə görə mənə heç nəylə səsləşməyən və buna görə də zəndi-zəhləmi 

tökən «Qırmızı Peter» ayaması taxdılar ki, əslində bu da bir meymun uydurmasından 

başqa bir şey sayılmaz. Belə çıxır ki, bu yaxınlarda gəbərən, özünə kifayət qədər 

pərəstişkar qazanan «Peter» ləqəbli, əhliləşmiş meymun ilə mənim aramdakı yeganə fərq 

yanağımdakı bu qırmızı çapıq imiş. Əlbəttə, bütün bunları sizə sözarası çatdırıram. 

  

İkinci güllə isə budumun aşağı qisminə dəymişdi. Bu yara nisbətən ağır olduğundan hələ 



də yüngülvarı axsayıram. Barəmdə hər cür hap-gop yayan yüzlərlə qəzet cızma-

qaraçısından birinin bu yaxınlarda çap olunan məqaləsində aşağıdakıları oxudum: guya 

mənim meymun xislətim hələ də özünü nələrdəsə büruzə verirmiş, bunun bariz sübutu isə 

dərimdəki yara izini göstərməkdən ötrü başıma toplaşan seyrçilərin qabağında heç bir 

xəcalət hissi duymadan şalvarımı soyunmağım imiş. Mən də: «Bu sətirləri yazan kəsin 

bütün barmaqları birbəbir qurusun!» - deyirəm. 

  

Bəli, mən istənilən adamın qabağında şalvarımı utanıb-çəkinmədən soyuna bilərəm, 



ancaq bu zaman oradakılar vaxtilə mənə həyasızcasına – bu halda mən «həyasızcasına» 

sözünü işlətməyi özümə rəva görsəm də, bunun başqa yerə yozulmasını istəməzdim - hə, 

hə, məhz həyasızcasına atılan güllənin yerində baxımlı meymun xəzindən və yara izindən 

başqa heç nə görə bilmirlər. Mənim hər şeyim ortadadır, gizlədiləsi heç nəyim yoxdur. 

Bir də həqiqəti araşdırmaq istəyən, geniş dünyagörüşünə malik hər düşünən varlıq bütün 

hallarda əxlaq qaydalarından əsla kənara çıxmamalıdır. Əlbəttə, əgər bu sözügedən yazı 

sahibi başqalarının yanında özü şalvarını çıxartsaydı, o halda tamamilə fərqli vəziyyət 

yaranardı. Bunu etməməyini isə şəxsən mən onun sağlam düşüncəsiylə izah edirəm. Ona 

görə də qoy o, ən azından durub başqalarına ədəb-ərkan dərsi verməsin! 



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

122 


  

Yaralanandan sonra huşum başıma gələndə «Qagenbek» şirkətinə məxsus gəminin orta 

göyərtəsindəki qəfəsdə olduğumu öyrəndim və şəxsi xatirələrim də məhz elə ondan 

sonrakı dövrdən üzü bəri formalaşıb. İçində bulunduğum qəfəs adi sayılmazdı, çünki 

onun üç tərəfi barmaqlıqlardan ibarət olsa da, dördüncü tərəf taxta bir sandığın divarını 

xatırladırdı və taxta lövhələrlə kip döşənmişdi. Qəfəs o dərəcədə alçaq idi ki, orada 

qəddimi dikəldə bilmirdim, dar olması isə oturmağıma imkan vermirdi. Ona görə də 

ayaqlarımı altıma yığıb, dizlərim və dirsəklərim üstə dayanmağa məcbur idim. Dizlərimi 

elə hey titrəmə tuturdu. Görünür, həmin günlər mən o qaranlıq guşədə oturmağı kiminsə 

üzünü görməkdən daha üstün bilirmişəm: üzümü qəfəsin taxta divarına söykəyib 

oturduğumdan yan divarların dəmir çubuqları belimi yağır eləmişdi. Ovlanan vəhşi 

heyvanların yuxarıda təsvir olunan biçimdə saxlanılması ən uyğun üsul sayılır. Başıma 

gələnləri saf-çürük edərkən mən insanların məhz belə düşündüyündən tam əmin oluram. 

  

Ancaq o vaxt mən bu barədə heç nə düşünmürdüm. Həyatımda ilk dəfəydi ki, düşdüyüm 



durumdan çıxış yolu, həm də birbaşa çıxış yolu tapmaqda acizlik çəkirdim: qarşımda 

taxta sandığın divarı vardı və onun taxtaları bir-birinə nəyi var sıxılmışdı. Düzdür, az 

sonra mən bu divarda bir dəlik tapdım, hətta bu tapıntı anında ağlımın o vaxtkı dayazlığı 

gərəyi sevinc qıyyası da çəkdim. Ancaq o dəlik elə dar idi ki, oradan heç quyruğum da 

keçməzdi və onu genişlətmək üçün mənim gücüm-qüvvətim heç bir işə yaramazdı. 

Sonralar öyrəndiyimə görə, o vaxt mən özümü xeyli sakit aparırmışam. Belə qənaətə 

gəliblərmiş ki, bu gedişlə ya mən tezliklə canımı tapşıracağam, ya da – əgər bu sıxıntılı 

dönəmi başa vura bilsəm – asanlıqla əhliləşəcəyəm. İndi məlum olur ki, mən o dövrü 

mətanətlə başa vurubmuşam… 

  

Həyatımın sonrakı və yeni mərhələsində qaşqabaqla dişlərimi qıcayıb, üz-gözümü 



qırışdırırmışam, elə hey birə axtarır, çarəsizlik içində qarşımdakı kokosları yalayırmışam. 

Birisinin yanıma yanaşdığını görcək, başımı taxta divara çırparaq, ona dişlərimi 

qıcayırmışam. Nə ilə baş qatıramsa-qatım, o vaxt varlığıma yalnız bir niyyət hakim 

kəsilmişdi: çıxış yolum yoxdur! 

  

Aydın məsələdir ki, mən o zaman, yəni hələ bir meymun ikən, yaşadıqlarımı yalnız indi 



insan dilində ifadə etməyə qadirəm. Bu isə o deməkdir ki, indiki açıqlamalarım çox da 

dəqiq sayılmaz, çünki vaxtilə sahib olduğum meymun məntiqiylə üzülüşdüyüm üçün 

təkrar ona yiyələnməm çətinləşibdir, ancaq bütün hallarda əvvəlki səviyyəmdən sən 

deyən uzaqlaşmamışam və buna zərrəcə şübhə bəslənə bilməz. Əgər o vaxta kimi 

qarşımda istənilən qədər çıxış yolu vardısa, o durumda bunların sayı sıfıra enmişdi. 

Girdiyim qaranlıq dalanın bir küncünə elə sıxılmışdım ki, hətta durub məni orada divara 

mismarlasaydılar belə, vəziyyətim daha betər olan deyildi. Amma niyə? Hətta ayaq 

barmaqlarım qanayana qədər divarı döyəcləsəydim də, heç nəyə nail olmayacaqdım. 

Kürəyimi var gücümlə, yəni bədənimi iki hissəyə böləcək şəkildə, qəfəsin çubuqlarına 

dirəyib, gücənsəydim də, bütün səylərim boşa çıxacaqdı. 

  



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə