Çağdaş dünya ədəbiyyatı



Yüklə 4,03 Mb.
Pdf görüntüsü
səhifə50/183
tarix24.12.2017
ölçüsü4,03 Mb.
#17763
1   ...   46   47   48   49   50   51   52   53   ...   183

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

146 


- Mənim işim budur, - o, cavab verdi. – Mən adamları qərargaha ötürürəm. 

  

- Siz rabitəçisiniz? 



  

- Bəli, - cavab verdi silahlı adam. – Mən rabitəçiyəm. 

  

―Qəribə rabitəçidir, - düşündü əliyalın, – hara getdiyini özü də bilməyən rabitəçi. Hər 



halda, - əliyalın adam belə nəticəyə gəldi, - yolla getmək istəmir ki, mən qərargahın 

yerini bilməyim. Etibar etmir mənə‖. Nəhs əlamətdir bu – hələ də etibar etmirlər ona. Elə 

hey bunu düşünməkdəydi əliyalın. Amma bu nəhs əlamətin özündə də bir ümid yeri vardı 

ki, onu həqiqətən qərargaha aparırlar, orada buraxacaqlar. Üstəlik, get-gedə sıxlaşan, 

çıxış yolu görünməyən meşə, silahlı adamın sükutu, qüssəsi daha çox bədbinlik oyadırdı. 

  

- Katibi də qərargaha siz ötürmüşdünüz? Dəyirmançının qardaşlarını da? Müəlliməni də? 



O bunları birnəfəsə, fikirləşmədən dedi. Bu, ən qorxulu sual idi, cavabı onun aqibətini 

həll etməliydi: bələdiyyənin katibi, dəyirmançının qardaşları, müəllimə - bunlar hamısı 

aparılıb, bir daha qayıtmayanlar idi; onlar haqqında kimsə bir xəbər öyrənə bilməmişdi. 

  

- Katib faşist idi, - dedi silahlı, - dəyirmançının qardaşları milisdə qulluq etmişdilər, 



müəllimə də yardımçı qoşunlarda. 

  

- Xəbər bilmək üçün soruşdum: axı onlar qayıtmayıblar.   



  

- Yaxşı, - silahlı onun sözünü ağzında qoydu. – Onlar hər kim olublar, olublar. Siz isə 

sizsiniz. Burda müqayisəyə yer yoxdur. 

  

- Əlbəttə, - razılaşdı əliyalın, – müqayisəyə dəyməz. Mən elə-belə, maraq xatirinə 



soruşdum. 

  

O - əliyalın adam özünü toxtatdı. Bütün kənddə ən fəndgir adam idi, fırlatmaq olmazdı 



onu. Başqaları – katiblə müəllimə - qayıtmayıblar, ancaq o, əlbəttə, qayıdacaq. ―Mən usta 

adamam, - deyəcəkdi o, serjanta. – Partizan kaput, mən yox. Mən partizanların hamısını 

kaput‖. Bəlkə də güləcəkdi serjant. 

  



 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

147 


Ancaq yanmış ağaclığın sonu görünmürdü, əliyalının zehnində meşənin içindəki talalar 

kimi müəmmalar, anlaşılmazlıqlar baş qaldırırdı. 

  

- Mən katib barədə də, qalanları haqqında da düz-əməlli heç nə bilmirəm. Rabitəçiyəm 



mən. 

  

- Amma qərargahdakılar ki bilirlər, - dirəşdi əliyalın adam. 



  

- Əlbəttə. Qərargahda xəbər tutarsınız onlardan. Ordakılar bilərlər. 

  

Axşam düşdü. Sıx kolluqdakı üstüörtülü daşlıqda sürüşməmək üçün ehtiyatla yerimək



ayağını hara basacağını götür-qoy etmək lazım gəlirdi. Həm də qəfil qorxu üstələməsin 

deyə, səksəkə, həyəcan içində bir-birinin ardınca baş qaldıran fikirlərini diqqətlə ölçüb-

biçməliydi. 

  

Əgər onu casus bilmiş olsaydılar, əlbəttə, bax beləcə, bu meşənin içində, qətiyyən ona 



fikir verməyən bir adamla təkbətək buraxmazdılar. Onun əlindən istədiyi vaxt qaçıb 

yayına bilərdi. Əgər qaçmaq istəsəydi, o, yəni yanındakı neyləyəcəkdi? 

  

Ağacların arasıyla üzüaşağı gedə-gedə əliyalın adam o birisi ilə özü arasındakı məsafəni 



yavaş-yavaş açmağa başladı. O biri adam sola dönəndə, bu, sağa yönəlirdi. Belə 

görünürdü ki, silahlı hələ də onun hayında deyil. Onlar seyrək meşə ilə beləcə, bir-

birindən aralıda gedirdilər. Arada pineyaların, kolluğun, pöhrələrin arxasında bir-birini 

itirdilər də. Sonra birdən əliyalın adam baxdı ki, silahlı yenə onun başının üstünü alıb. 

Özkefinə yeriyirmiş kimi görünsə də, hər dəfə təzədən onun yanında peyda olurdu. 

  

Əliyalın adam indiyə qədər bu fikirdə idi: ―Əgər onlar məni, lap bircə dəqiqəliyə də olsa, 



buraxsalar, daha heç cür tuta bilməzlər‖. İndi isə belə düşünməyə başlamışdı: ―Əgər 

bunun yanından əkilə bilsəm, onda...‖ 

  

Bu an artıq onun xəyalına almanlar - cərgəyə düzlənmiş almanlar, yük maşınlarındakı, 



tanklardakı almanlar gəlirdi. Başqaları üçün bu səhnə ölüm demək idisə, ondan ötrü 

qurtuluş mənası verirdi; ondan – bu fərasətli, fəndgir adamdan ötrü. 

  

Onlar talaları, seyrək ağaclıqları arxada qoyub, yanğınların yaxın düşmədiyi sıx, yaşıl 



meşəliyə girdilər. Orada torpağın üzünü pineyaların quru iynəyarpaqları örtmüşdü. Silahlı 


 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr: hekayələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

148 


adam hardasa geridə qalmışdı, görünür, o, başqa yolla getmişdi. Bu vaxt əliyalın 

ehtiyatla, nəfəsini qısıb, addımlarını yeyinlətdi; pineyaların arasıyla, dərə boyunca hey 

üzüaşağı, cəngəlliyin içərilərinə doğru gedirdi. O qaçıb uzaqlaşırdı, özü də dərk edirdi 

aradan çıxdığını. Qorxu bürüdü onu. Anladı ki, iş-işdən keçib artıq, o biri adam onun 

qaçmaq istədiyini hiss edib, indi də, yəqin, izinə düşüb gəlir. Bircə yol qalırdı – qaçıb 

daha da uzaqlaşmaq. Əgər indi - qaçmağa cəhd edəndən sonra bir də onun girinə keçsə, 

halı heç yaxşı olmayacaqdı. 

  

Arxadakı xışıltıya qanrılıb baxdı: silahlı adam onun bir neçə metrliyində idi, öz sakit, 



aram yerişi ilə gəlirdi. Avtomatı əlində tutmuşdu. O dilləndi: 

  

- Bax o tərəfdən kəsə yol olmalıdır, - deyib, əliylə ona irəli getmək işarəsi verdi. 



  

Hər şey yenə əvvəlki kimiydi. Yenə də anlaşılmazlıq, müəmma: vəziyyət gah düzəlir, gah 

pisləşir; sonu görünmək əvəzinə, meşə daha da qalınlaşıb; bu adam, bir kəlmə 

dillənmədən, az qala onu əldən buraxacaqdı. 

  

 O soruşdu: 



  

- Bu nədir, bu meşənin heç sonu olmayacaq? 

  

- Bax o təpəni adladıqmı, çatırıq, - dedi o birisi. – Qorxmayın, axşama evdə olarsınız. 



  

- Doğrudan məni evə boşlayarlar? Məni, tutalım, girov kimi saxlamazlar ki? 

  

- Biz alman deyilik ki, girov götürək. Uzaqbaşı, başmaqlarınızı əlborcu alarlar, biz 



hamımız az qala ayaqyalınıq axı. 

  

Əliyalın adam deyinməyə başladı, guya dünyada olan-qalan dərdi elə başmaqları idi. 



  

Ancaq qəlbinin dərinliyində şadlanmışdı. Aqibəti ilə bağlı, yaxşılı-pisli, hər təfərrüat onu 

bir azca toxtadırdı. 

  



Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   183




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə