Camal Zeynalov



Yüklə 83,81 Kb.
Pdf görüntüsü
səhifə68/100
tarix02.10.2017
ölçüsü83,81 Kb.
#2706
1   ...   64   65   66   67   68   69   70   71   ...   100

www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
220 
Az  sonra  ABġ  prezidenti  Vilson  öz  hökümətinin  “Balfur 
bəyannaməsi”ni tamamilə bəyəndiyini bildirdi. 
 1920-ci  ildə  Ġngiltərə  ABġ-ın  köməyi  ilə  Millətlər 
Cəmiyyətindən  Fələstin  üzərində  mandat  hüququ  aldı  və 
yəhudilərin  kütləvi  köçürülməsi  qəbul  olundu.  Lakin  həm 
Fələstində  əhalinin  yaĢayıĢ  səviyyəsi  və  iqtisadiyyat,  Avropa, 
Amerika  və  hətta  Asiyadakı  yəhudilərin  yaxĢı  yaĢaması,  həm 
də artıq  yaĢadıqları  yerləri öz vətənləri kimi  görmələri onların 
Fələstinə  kütləvi  köçməsini  məhdudlaĢdırdı.  Bu  isə  sionist 
rəhbərlərini  narahat  edən  çox  ciddi  məsələ  idi.  Çünki  əgər 
Fələstin  ərazisində  yəhudilər  çoxluq  təĢkil  etməsəydi,  orda 
“yəhudi  dövləti”nin  yaradılması  da  mümkün  olmayacaqdı. 
Yəhudilərin 
Fələstinə 
kütləvi  köçməsini  reallaĢdırmaq 
məqsədilə  II  Dünya  Müharibəsində  sionizmin  rəhbərlərindən 
Katsner  ilə  cəllad  Adolf  Eyxman  arasında  əldə  edilmiĢ  gizli 
saziĢ  nəticəsində  Macarıstandan  bir  qrup  sionist  rəhbər  ailəvi 
surətdə  çıxıb  gedə  bilmiĢ,  lakin  bunun  müqabilində  450  min 
yerli  yəhudinin  məhv  edilməsinə  razılıq  verilmiĢdi.  Sionizm 
rəbərləri  “yəhudi  dövləti”  yaratmaq  naminə  yüz  minlərlə 
yəhudini  qurban  verməyə  və  imperializmin  ən  mənfur 
qüvvələri ilə əmakdaĢlıq etməyə hazır idilər. 
 Lakin  bütün  bunlara  baxmayaraq,  1920-1947-ci  illər  ərzində 
Fələstinə  köçüb  gələn  yəhudilərin  ümumi  sayı  600  min 
nəfərdən  çox  deyildi.  Eyni  zamanda  Fələstin  ərəbləri  sayca 
yəhudilərdən  ikiqat  çox  idilər.  Belə  bir  məqamda  sionist 
rəhbərləri “yəhudi dövləti”ni qurmaqla Fələstin ərəblərinə qarĢı 
genosid  siyasətini  həyata  keçirməyə  və  öz  mövqelərini 
tamamilə möhkəmlətməyə tələsirdilər. 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
221 
 II Dünya Müharibəsi dövründə- 1942-ci il mayın 11-də Bitmar 
proqramı  qəbul  olundu.  Bu  proqram  yəhudi  dövləti  yaratmaq, 
yəhudilərin  Fələstinə  imiqrasiyasına  hədd  qoymamaq,  yerli 
yəhudilər  olan  iĢuva  ordusu  yaratmaq  tələblərini  irəli  sürürdi. 
Beynəlxalq  sionist  təĢkilatının  nümayəndələri  isə  kapitalist 
dövlətləri ilə danıĢıqlar aparır, yeni ağaları- ABġ imperializmi 
köməyi  ilə  vəziyyətlərini  qüvvətləndirməyə  çalıĢırdılar.  II 
Dünya  Müharibəsi  dövründə  sionistlər  ABġ-da  o  dərəcədə 
qüvvətlənə  bildilər  ki,  müharibə  qurtaran  kimi  Fələstinin 
statusu  məsələsinin  həllini  tələb  etdilər.  Həm  də  bir  Ģərtlə- 
Fələstin, yəhudi dövlətinə çevrilməlidir! 
 Sözsüz  ki,  bu  Ģərt  nə  Fələstin  ərəblərini,  nə  də  qonĢu  ərəb 
ölkələrini  razı  sala  bilməzdi.  Ərəblər  Fələstində  ancaq  ərəb 
dövlətini  yaratmağı  tələb  edirdilər.  Vəziyyət  kəskinləĢdi  və 
Fələstin məsələsi BirləĢmiĢ Millətlət TəĢkilatının müzakirəsinə 
verildi.  1947-ci  ilin  noyabrın  29-da  BMT  BaĢ  Məclisi 
Fələstində  iki  müstəqil  dövlət-  ərəb  və  yəhudi  dövlətləri 
yaratmaq  haqında  181  nömrəli  qərar  qəbul  etdi.  Ġngiltərənin 
mandat  müddəti  1948-ci  ildə  avqustun  1-də  qurtardığından 
həmin günə qədər ingilis qoĢunları Fələstindən  çıxarılmalı idi. 
Fələstin  ərazisində  hər  iki  dövlətin  yaranması  isə  həmin  il 
oktyabrın birinə kimi rəsmən elan olunmalı idi. 
 Ġngiltərə  höküməti  isə  bir  qədər  də  “irəli”  getdi  və  1948-ci  il 
mayın  11-də  bildirdi  ki,  mandatlıq  mayın  15-dən  etibarən 
qüvvədən  düĢəcəkdir.  Mayın  14-dən  15-nə  keçən  gecə  isə 
“Yəhudi  Agentliyi”nin  yaxından  iĢtirakı  ilə  Fələstindəki 
Yəhudi Milli ġurası “Ġstiqlaliyyət bəyannaməsi”ni elan etdi və 
Ġsrail  yəhudi  dövlətinin  yaradıldığını  bildirdi.  Təbiidir  ki,  bu 
cür  siyasi  çeviklik  Fələstindəki  sionist  mərkəzlərinin 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
222 
uzunmüddətli,  düĢünülmüĢ  və  planlı  fəaliyyətinin,  onların  bu 
iĢə, məhz həmin günə hərtərəfli hazırlığının nəticəsi idi. 
 Beləliklə,  Yaxın  ġərqdə  BMT-nin  “xeyr-dua”sı,  imperiya 
dövlətlərinin,  xüsusilə  ABġ  və  Ġngiltərənin  dəstəyi  ilə  yeni 
münaqiĢə  ocağı  yarandı.  Bu  da  1948,  1956,  1967  və  1973-cü 
illər  müharibələri  nəticəsində  zorla  qovulmĢ,  əmlakından  və 
hər  cür  yaĢayıĢ  vəsaitindən  məhrum  olmuĢ,  haqqı,  insanlıq 
ləyaqəti  tapdanmıĢ,  ac-yalavac,  dilənçı  kökündə  yad  ölkələrə 
səpələnmiĢ yüz minlərlə qaçqının insanı dəhĢətə gətirən miskin 
həyat  yaĢamasına,  sionizmi  rəsmi  dövlət  səviyyəsinə  qaldıran 
Ġsrailin Fələstindən kənarda, Misirin, Suriyanın və Ġordaniyanın 
xeyli torpaqlarını iĢğal etməsinə səbəb oldu. 
 Ġsrail dövlətinin yarandığı ilk gündən sionist liderləri iĢğalçılıq 
siyasəti  yeritmiĢ,  “bütün  dünyanın  yəhudilərinin  buraya 
cəmlənməsini”  əsas  məqsəd  elan  etmiĢ,  Ġsraili  yəhudilərdən 
ibarət çox milyonlu əhaliyə və müvafiq sərhədlərə malik dövlət 
kimi görmək istəmiĢlər. Mövcud sərhədlər sionist liderləri heç 
vaxt təmin etmirdi. Ġsrailin ilk baĢ naziri D.Ben-Qurion deyirdi: 
“Dövlət Ġsrail torpaqlarının yalnız bir hissəsində yaranmıĢdır”. 
Ġsrailin digər baĢ naziri Minahim Begin isə həyasızcasına belə 
dyirdi: “Ġsrail dövləti yaranmıĢdır, ancaq biz unutmamalıyıq ki, 
ölkəmiz hələ tam azad olmamıĢdır. Mübarizə davam edir və siz 
görəcəksiniz  ki,  məhz  yəhudi  silahı  yəhudi  dövlətinin 
sərhədlərini  müəyyənləĢdirəcəkdir…  Allahın  bizə  verdiyi  ölkə 
vahiddir.  Onu  parçalamaq  cəhdləri  nəinki  cinayətdir,  həm  də 
küfrdür…  Kim  bizim  bütün  vətənə  olan  hüququmuzu 
tanımırsa,  o  bizim  vətənin  hər  hansı  parçasına  olan 
hüququmuzu  da  tanımır.  Biz  heç  zaman  öz  təbii 
hüququmuzdan imtina etməyəcəyik.” 


Yüklə 83,81 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə