Camal Zeynalov



Yüklə 83,81 Kb.
Pdf görüntüsü
səhifə67/100
tarix02.10.2017
ölçüsü83,81 Kb.
#2706
1   ...   63   64   65   66   67   68   69   70   ...   100

www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
217 
əsrlərdə  geniĢ  yayılmıĢ  dini  sionizmdən  götürmüĢdür.  Bu 
ideyanın  məzmunu  isə  iudaizmin  müqəddəs  kitabı  “Bibliya” 
rəvayətləri  əsasında  yaranmıĢ  nəzəriyyədən-  bütün  Yer 
kürəsinə yayılmıĢ yəhudilərin Qüdsdə Sion dağlarına, yəni “ulu 
əcdadlarının torpağına” qayıtmasının labüdlüyündən ibarətdir. 
 Bütün  sionist  təbliğatçıları  sübut  etməyə  çalıĢmıĢ  və  yenə  də 
çalıĢırlar  ki,  yəhudilərin  vətəni  Livan  dağları  ilə  Ġordan  çayı, 
Sina  səhrası  ilə  Aralıq  dənizi  arasında  yerləĢən  Fələstin 
ölkəsidir.  Ancaq  “Fələstin”  sözü  sionistlərin  ürəyincə  deyil. 
Çünkü elə bu sözün özü  yəhudilərin həmin ölkəyə olan “təbii 
və tarixi hüquqları” haqqindakı tezisi rədd etmək üçün ən yaxĢı 
dəlildir.  Yəhudilər  yaxĢı  bilirlər  ki,  vaxtilə  burada  filistin 
tayfaları  (ölkənin  adı  onlarla  bağlıdır)  yaĢamıĢlar  və  Fələstinə 
olan  tarixi  mənsubiyyət  də  onlara  məxsusdur.  Ona  görə  də 
sionistlər  ölkənin  adını  dəyiĢdirib,  “Fələstin”  sözünü  “Erest 
Ġsrail”–  Ġsrail  ölkəsi,  torpağı,  baĢqa  sözlə,“  yəhudi  xalqının 
vətəni” adlandırmıĢlar. Ġsrail dövlətinin 1948-ci il mayın 14-də 
qəbul  olunmuĢ  “Ġstiqlaliyyət  bəyannaməsi”ndə  elə  bu  cür 
qeydlər  aparılmıĢdır.  “Ġsrail  ölkəsi  yəhudi  xalqının  yarandığı 
yer olmuĢdur”. Fikir verin: “Ġsrail ölkəsi”. 
 Yəhudilərin  Fələstin  ərazisində  məskunlaĢmasından  çox-çox 
əvvəl, yəni təqribən e.ə. IV-II minillikdən, hətta daha uzaqlara 
gedən  dövrlərdən  orada  arami,  xanain,  amori  və  öz  dövlətləri 
olan  baĢqa  böyük  tayfalar  yaĢamıĢlar.  Fələstin  637-640-cı 
illərdə  xəlifə  Ömər  ibni  Xəttabın  qoĢunları  tərəfindən  zəbt 
olunmuĢ,  uzun  sürən  assimilyasiya  prosesi  nəticəsində 
buradakı  tayfalar-  əsasən  arameylər,  ərəblərə  qaynayıb-
qarıĢmıĢ,  ərəb  dilini  tamamilə  mənimsəmiĢ  və  Ġslam  dinini 
qəbul etmiĢlər. 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
218 
 Qeyd  edək  ki,  hələ  Ġslamdan  xeyli  əvvəl  Fələstində  və 
Suriyada  həmin  tayfalara  mənsub  olan  bəzi  qəbilələr  xiristian 
dinini  qəbul  etmiĢdi.  Ərəb  ilhaqından  sonra  həmin  qəbilələr 
Ġslam  dinini  qəbul  etməmiĢ,  lakin  onlarda  demək  olar  ki, 
tamamilə  ərəbləĢmə  prosesləri  getmiĢ  və  hazırda  Livanda, 
Suriyada  və  Fələstində  yaĢayan  xristian  ərəblər  onların 
nəslindəndir. 
 Beləliklə, 
VII-VIII 
əsrlərdə 
həmin 
tayfaların 
assimilyasiyasından  yaranan  yeni  etnik  birlik-  Fələstin  ərəb 
xalqı ərəb dünyasının ayrılmaz hissəsinə çevrilmiĢ və lap erkən 
tarixi  mənsubiyyət  hüquqları  da  birmənalı  Ģəkildə  onlara 
məxsusdur. Lakin siyasi  sionizmin  yaranması və onun tətbiqat 
mərhələsinə  keçməsi  ilə  Fələstin  ərəb  xalqı  ən  dəhĢətli 
təqiblərə  və  genosid  siyasətinə  məruz  qalmıĢ,  tam  hüquqlu 
olmalarına  baxmayaraq,  tamamilə  hüquqsuz  xalq  səviyyəsinə 
salınmıĢdır. 
 Siyasi  sionizmin  mənəvi  atası  və  siyasi  rəhbəri  Avstriya 
jurnalisti  Teodor  Hertsl  hesab  olunur.  O,  1896-cı  ildə 
buraxılmıĢ  “Yəhudilərin  dövləti”  adlı  kitabçanın  müəllifidir. 
Ancaq  sionizmin  ideoloji  prinsipləri  və  tələbələri  daha  əvvəl 
meydana gəlmiĢdir. Hertsldən üç il əvvəl Naton Bimbaum adlı 
birinin,  ondan  daha  əvvəl  isə  Mezes  Qess  (1812-1875)  adlı 
baĢqasının bu məsələyə dair, yəni Fələstində yəhudi dövlətinin 
yaranması  ilə  yəhudi  məsələsini  həll  etmək  haqqında 
kitabçaları  çıxmıĢdır.  Lakin  sionizmin  ideoloji  və  siyasi 
əsaslarını  sistemləĢdirdiyi  və  onun  təĢkilatçısı  olduğu  üçün 
Teodor  Hertsl  sionizmin  banisi  kimi  qəbul  olunur.  T.Hertsl 
bildirirdi ki, yəhudi məsələsinin ərazi siyasi baxımdan həllinin 
yeganə  yolu  dünyanın  müxtəlif  ölkələrinə  səpələnmiĢ 


www.kitabxana.net – Miilli Virtual-Elektron Kitabxananın e-nəşri 
 
 
219 
yəhudiləri  “öz  əraziləri”ndə  cəmləĢdirmək  və  orada  müstəqil 
dövlət  yaratmaqdır.  Elə  1897-ci  ildə  Bazeldə  çağırılmıĢ 
Ümumdünya  Sionist  TəĢkilatı  (ÜST)  I  Konqresinin  qəbul 
etdiyi  proqramda  da  deyilirdi  ki,  sionizmin  məqsədi 
“Fələstində yəhudi xalqının milli ocağı”nı yaratmaqdır. Sionist 
ekstremistlər,  sonralar  daha  irəli  gedərək  bunu  “Nildən  Fərata 
qədər böyük Ġsrail dövləti” yaratmaq Ģəklində dəyiĢdirdilər. 
 Qeyd etmək lazımdır ki, ilk vaxtlar T.Hertslin siyasi proqramı 
yəhudi  burjuaziyasının  müxtəlif  qrupları  tərəfindən  eyni 
Ģəkildə  qarĢılanmadı.  Bu  onunla  bağlı  idi  ki,  həmin  dövrdə 
imperialist  dövlətlərin  sinfinin  ayrılmaz  hissəsinə  çevrilmiĢ 
yəhudi  mənĢəli  iri  kapitalistlərin  əsas  məqsədi  hələ  Ġngiltərə, 
Almaniya,  Fransa,  ABġ  və  s.  kimi  ölkələrin  iqtisadi  və  siyasi 
həyatında  öz  mövqelərini  möhkəmlətmək  idi.  Fələstində 
yəhudi  dövləti  yaratmaq  ideyası,  hətta  burjuamillətçi 
mövqeydən çıxıĢ edən yəhudi kapitalistləri tərəfindən də Ģübhə 
ilə qarĢılandı. 
Ancaq  “Balfur  bəyannaməsi”nin  elan  edilməsi  ilə,  imperialist 
dövlətlər  tərəfindən  sionistlərin  Fələstinə  tələbləri  təsdiq 
edildikdən  sonra  T.Hertslin  ideyalarını  iri  yəhudi  burjuaziyası 
müdafiə  etməyə  və  həyata  keçirməyə  baĢladı.  Məlum  olduğu 
kimi,  1917-ci  il  noyabrın  2-də  elan  edilmiĢ  və  o  dövrdə 
Ġngiltərənin xarici iĢlər naziri Balfurun adı ilə bağlı olan həmin 
bəyannamədə  bildirilir  ki,  Ġngiltərə  Fələstində  milli  yəhudi 
ocağı  yaradılmasına  razıdır,  həm  də  bu  zaman  elə  etməyə 
çalıĢacaqdır  ki,  Fələstindəki  qeyri-yəhudi  icmaların  dini  və 
mülki hüquqlarına heç bir xətər dəyməsin. Bununla da Ġngiltərə 
höküməti  “Fələstində  yəhudi  xalqının  milli  ocağı”nın 
yaradılmasına kömək etməyi rəsmi surətdə öz üzərinə götürdü. 


Yüklə 83,81 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə