Çarlz bukovskġ



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə28/136
tarix20.10.2017
ölçüsü3,08 Mb.
#5794
1   ...   24   25   26   27   28   29   30   31   ...   136

www.vivo-book.com 

 

142 



üçün  onun  baĢını  bir  də  qaldıranda  diĢləri  yerindən  çıxdı. 

Onun üst və altı çənə diĢləri orada, eləcə mələfənin üstündə 

qalmıĢdı.  

–  Axxx…  mənim  diĢlərim,  –  dedi.  Ya  da  belə  demək 

istədi. 

– DiĢlərin üçün narahat olma. 

Mən yenə öz barmaqlarımı dibinə qədər onun boğazına 

soxdum. 


–  Mən  iĢĢtəmiyəm  ki,  –  o  davam  etdi,  –  ĢĢən  mənim 

diĢləyimi göyəsən... 

–  Narahat  olma,  Di  Di,  hər  Ģey  qaydasındadır.  Onlar, 

əslində, elə də qorxunc görünmür. 

– Aaahhh... 

O,  diĢlərini  yenidən  ağzına  taxacaq  qədər  özünə 

gəlmiĢdi. 

–  Məni  evimə  apar,  –  o  dedi,  –  mən  evə  getmək 

istəyirəm. 

–  Mən  də  səninlə  qalacağam.  Bu  gecə  səni  yalqız 

qoymayacağam.  



www.vivo-book.com 

 

143 



–  Əvvəl-axır,  onsuz  da  bir  gün  məni  atıb  gedəcəksən, 

düzdümü? 

– Gəl əynimizi geyinək, – mən dedim. 

Valentino  həm  Lidiyanı,  həm  də  Di  Dini  əlindən 

buraxmazdı. Ona görə də elə cavan yaĢlarında vəfat etdi. 

 

20 

Lidiya  geri  qayıtdı  və  Börbank  rayonunda  özünə 

qəĢəng  bir  mənzil  tapdı.  Deyəsən,  indi  o  mənimlə  əvvəllər, 

ayrılıncaya  qədər  olduğundan,  daha  çox  maraqlanır, 

qayğıma qalırdı.  

–  Mənim  ərimin  Ģeyi  çox  böyükdü,  bax  bu  boyda, 

amma ondan baĢqa da heç nəyi yox idi. Nə Ģəxsiyyəti vardı, 

nə də hissiyyatı. Bircə  zorba  bir  Ģey  və  o elə düĢünürdü ki, 

ona bundan baĢqa da heç nə lazım deyil. Aman Allahım, o 

necə  taxtabaĢ  idi!  Sən  isə  tamam  baĢqasan,  səninlə  bütün 

hissləri  hər  zaman  ala  bilirəm...  aramızda  cərəyan  edən  bu 

elektrik axını heç vaxt kəsilmir.  

Biz yataqda uzanmıĢdıq. 



www.vivo-book.com 

 

144 



–  Bilirsənmi,  mənim  hətta  onun  Ģeyinin  böyük,  ya  da 

kiçik olduğu haqqında da heç bir fikrim yox idi, çünki onun 

Ģeyini  görüncəyə  qədər  mən  həyatımda  bir  dənə  də  olsun 

kiĢi Ģeyi görməmiĢdim.  

Lidiya diqqətlə mənə baxırdı. 

–  Mən  elə  düĢünürdüm  ki,  elə  hamının  Ģeyi  mənim 

əriminki kimidir. 

– Lidiya... 

– Nədi? 

– Mən sənə bir Ģey deməliyəm. 

– Nə deməlisən? 

– Mən gedib Di Dini yoluxmalıyam. 

– Gedib Di Dini yoluxmalısan? 

– Özünü gülünc aparma. Bunun ciddi səbəbi var. 

– Sən dedin axı, dedin ki, sizin aranızda hər Ģey bitib. 

–  Hə,  elədir.  Mən  onu  belə  etibarsızcasına  atmaq 

istəmirəm.  Nə  baĢ  verdiyini  ona  izah  etmək  istəyirəm. 

Ġnsanlar bir-birinə qarĢı çox soyuq davranırlar. Mən onu geri 

qaytarmaq  fikrində  deyiləm,  sadəcə,  nə  baĢ  verdiyini  ona 



www.vivo-book.com 

 

145 



izah  etmək  üçün  cəhd  eləmək  istəyirəm  ki,  o  məni  baĢa 

düĢsün.  

– Sən onu qayırmaq istəyirsən. 

– Yox. Mən onu qayırmaq istəmirəm. Onunla birlikdə 

olanda  da  onu  qayırmaq  istəməmiĢəm,  demək  olar.  Mən, 

sadəcə, ona bəzi Ģeyləri izah etmək istəyirəm. 

– Bu heç mənim xoĢuma gəlmir. Nə bilim... bu bir az... 

ürəkbulandırıcı səslənir. 

–  Ġmkan  ver,  düĢündüyüm  Ģeyi  eləyim.  Lütfən.  Mən, 

sadəcə, hər  Ģeyin  aydınlığa  qovuĢmasını  istəyirəm.  Tezliklə 

qayıdacağam. 

– YaxĢı, amma tez qayıt ha. 

Mən  öz  folksvagenimə  mindim,  fontanın  yanındakı 

küncü kəsərək döndüm, bir neçə mil getdikdən sonra Ģimala, 

Bronsona  tərəf  istiqamət  aldım  və  icarə  haqqlarının  yüksək 

olduğu  məkana  çatdım.  MaĢını  bayırda  bir  yerdə  saxladım 

və  düĢdüm.  Uzun  pilləkənlərlə  yuxarı  qalxdım  və  qapının 

zəngini  basdım.  Qapını  Byanka  açdı.  Bir  gecə  Byankanın 

qapıya  lüt  çıxdığını  xatırladım,  o  vaxt  onu  qəfildən 



www.vivo-book.com 

 

146 



qamarlamıĢdım  və  biz  onunla  öpüĢən  zaman  Di  Di  aĢağı 

enib demiĢdi: 

– Burada nə baĢ verir, lənət Ģeytana? 

Bu  dəfə  vəziyyət  keçən  dəfəkindən  fərqli  idi.  Byanka 

dedi:  

– Sənə nə lazımdır 



– Di Di-ni görmək istəyirəm. Onunla danıĢmalıyam. 

–  O  xəstələnib.  O,  həqiqətən,  xəstədir.  Di  Di  ilə  belə 

davranıĢından  sonra  onunla  görüĢməməli  olduğunu 

düĢünürəm. Məncə, sən birinci dərəcəli əclafsan. 

–  Mən,  sadəcə,  onunla  bir  az  danıĢıb  bəzi  Ģeyləri  ona 

izah eləmək istəyirəm. 

– YaxĢı. Ġndi o, yataq otağındadır. 

Mən  dəhlizdən  keçərək  yataq  otağına  daxil  oldum.  Di 

Di çarpayıda uzanmıĢdı, əynində bircə qısa tuman vardı. Bir 

qolunu gözlərinin üstünə qoymuĢdu. DöĢləri əla görünürdü. 

Onun yatağının yanında, döĢəmədə yarımçıq viski ĢüĢəsi və 

bir də ləyən vardı. Ləyəndən içki və qusuntu iyi gəlirdi.  

– Di Di… 

O qolunu gözlərinin üstündən qaldırdı. 




www.vivo-book.com 

 

147 



– Nə? Henk, sən geri qayıtdın? 

–  Yox,  bir  dayan,  mən,  sadəcə,  səninlə  danıĢmaq 

istəyirəm… 

– Ah, Henk, Mən səninçün elə darıxmıĢdım ki. Az qala 

dəli  olacaqdım,  içim  ağrıdan  elə  qıvrılırdı  ki.  Bu  lap  kabus 

idi... 


–  Mən  sənin  vəziyyətini  yüngülləĢdirmək  istəyirəm. 

Ona  görə  də  bura,  sənin  yanına  gəlmiĢəm.  Bəlkə  də  mən 

axmaq  adamam.  Amma  mən  açıq-aĢkar  qəddarlığa 

inanmıram... 

– Mənim nə hislər keçirdiyimi sən hardan biləsən... 

– Bu hisslərin nə olduğunu yaxĢı bilirəm. Oralarda mən 

də olmuĢam.  

– Ġçmək istəyirsənmi? – o əli ilə ĢüĢəyə iĢarə elədi. 

Mən  boĢ  viski  ĢüĢəsini  qaldırdım  və  hüznlə  onu  yenə 

yerinə qoydum.  

–  Bizim  dünyamızda  həddən  ziyadə  soyuqluq  var,  – 

mən ona dedim. – Əgər insanlar öz müĢkülləri haqqında bir-

biri ilə danıĢaraq  razılığa gələ bilsəydilər, dünyamız  tamam 

dəyiĢərdi. 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə