Çarlz bukovskġ



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə29/136
tarix20.10.2017
ölçüsü3,08 Mb.
#5794
1   ...   25   26   27   28   29   30   31   32   ...   136

www.vivo-book.com 

 

148 



–  Mənimlə  qal,  Henk.  Onun  yanına  qayıtma, 

yalvarıram  sənə.  Lütfən.  Mən  kifayət  qədər  uzun  ömür 

sürmüĢəm  və  yaxĢı  qadın  olmaq  üçün  nə  lazım  olduğunu 

yaxĢı  bilirəm.  Bunu  sən  özün  də  bilirsən.  Mən  həm  sənə 

qarĢı, həm də sənin üçün yaxĢı olacağam. 

–  Mən  Lidiyanın  caynaqlarına  keçmiĢəm.  Bunu  izah 

edə bilmərəm, çünki özüm də bilmirəm necə.  

– O yüngülxasiyyət qadındır. O tezqızıĢan qadındır. O 

səni bir gün atıb gedəcək. 

– Bəlkə də məni onda cəlb eliyən Ģey də elə budur. 

–  Sənə  fahiĢəmi  lazımdır?  Sən  təmiz  sevgidən 

qorxursan?  

– Bəlkə də sən haqlısan. 

– Məni öp, sadəcə, məni öp. Məni öpməyini istəməklə 

səndən çox Ģey istəmiĢ olmuram ki? 

– Yox. 


Mən 

onun  yanında  çarpayıya  uzandım.  Biz 

qucaqlaĢdıq. Di Dinin ağzından qusuntu iyi gəlirdi. O məni 

öpdü, biz öpüĢdük və o məni özünə tərəf çəkərək bərk-bərk 




www.vivo-book.com 

 

149 



qucaqladı.  Mən  mümkün  olduğu  qədər  nəzakətlə  ondan 

aralandım.  

–  Henk,  –  o  dedi.  –  Mənimlə  qal!  Onun  yanına 

qayıtma! Bax, mənim çox qəĢəng qıçlarım var! 

Di  Di  bir  ayağını  yuxarı  qaldırdı  və  mənə  nümayiĢ 

etdirdi.  

– Mənim topuqlarım da qəĢəngdir! Bax! 

O  mənə  öz  topuqlarını  da  göstərdi.  Mən  onun 

çarpayısının kənarında oturmuĢdum.  

– Mən səninlə qala bilmərəm, Di Di... 

O  birdən  qalxıb  yerində  oturdu  və  məni  kötəkləməyə 

baĢladı.  Onun  yumruqları  elə  bərk  idi,  elə  bil  qaya 

parçalarıydı. O hər iki əli ilə də mənə ağır zərbələr endirirdi. 

O  mənə  bu  zərbələri  endirdiyindən  mən  sakitcə  onun 

yanında  oturmuĢdum.  Onun  zərbələri  mənim  gözümün 

üstünə,  gözümün  içinə,  alnıma  və  yanaqlarıma  dəyirdi. 

Zərbələrdən biri, hətta düz hulqumuma tuĢ gəldi. 

–  Al,  səni  alçaq!  Alçaq,  alçaq  alçaq!  SƏNƏ  NĠFRƏT 

EDĠRƏM! 

Mən onun biləklərindən yapıĢdım.  




www.vivo-book.com 

 

150 



– YaxĢı, Di Di, daha bəsdir. 

Mən  çarpayıdan  qalxanda,  o  yenə  arxası  üstə  yatağına 

sərildi.  Mən  yataq  otağından  çıxdım,  dəhlizdən  keçdim  və 

qapıdan bayıra çıxdım.  

Mən evə  qayıdanda, Lidiya  kresloda  oturmuĢdu. Onun 

üzündən zəhrimar yağırdı. 

–  Bu  qədər  vaxt  hansı  cəhənnəmdəydim!  Gözümün 

içinə bax! Sən onunla sikiĢdin, düz demirəmmi? 

– Yox, düz demirsən. 

– Sən getdiyindən sonra həddən çox vaxt keçib. Bax, o 

sənin üzünü də cırmaqlayıb!  

– Sənə deyirəm ki, heç nə baĢ verməyib. 

–  Köynəyini  soyun.  Mən  sənin  kürəyinə  baxmaq 

istəyirəm!  

– Aahhh, qurtar bu zibili, Lidiya. 

– Köynəyini də soyun, maykanı da. 

Mən  köynəyimlə  maykamı  soyundum.  O  mənim 

ətrafımda bir dövrə vuraraq baxdı. 

– Bəs kürəyindəki bu cırmaq izi nədir? 

– Nə cırmaq, nə iz? 




www.vivo-book.com 

 

151 



–  Bax  burdakını  deyirəm,  uzun  bir  cırmaq  izidir... 

qadın dırnağının izinə oxĢayır. 

–  Əgər  orda  cırmaq  izi  varsa,  deməli  o  sənin 

dırnaqlarının izidir... 

– YaxĢı. Bunu necə aydınlaĢdıracağımı yaxĢı bilirəm. 

– Necə? 


– Gəl yatağa girək. 

– YaxĢı, qoy sən deyən olsun! 

Mən  sınaqdan  üzüağ  çıxdım.  Lakin  sonra  öz-özümə 

düĢündüm.  Görəsən,  bəs  qadının  sədaqətli  olub-olmadığını 

necə yoxlamaq olar? Bu mənə çox ədalətsiz göründü. 

 

 

21 

Məndən  təxminən  bir  mil  aralı  yaĢayan  bir  qadından 

aramsız  olaraq  məktublar  alırdım.  Bu  qadın  məktublarını 

Nikol  adı  ilə  imzalayırdı.  O  yaxırdı  ki,  mənim  bir  neçə 

kitabımı  oxuyub  və  onları  çox  bəyənib.  Mən  onun 

məktublarından  birini  cavablandırdım.  O,  əlinə  çoxdan 

gözlədiyi  bir  fürsət  düĢmüĢ  kimi,  dərhal  məni  öz  evinə 



www.vivo-book.com 

 

152 



qonaq  çağırdı.  Bir  gün,  Lidiyaya  bir  söz  demədən,  mən  öz 

“Folksvage”nimə  mindim  və  onun  evinə  getdim.  Qadının 

mənzili  Santa  Monika  bulvarındakı  quru  təmizləmə 

Ģirkətinin üst mərtəbəsində yerləĢirdi. Onun giriĢ qapısı düz 

küçəyə  çıxdığından,  ĢüĢədən  baxanda  yuxarı  qalxan 

pilləkənləri görmək olurdu. Mən qapının zəngini basdım. 

–  Kimdir?  Qapının  yanına  quraĢdırılmıĢ  balaca  metal 

dinamikdən qadın səsi gəldi. 

– Mən Çinaskiyəm, – dedim. ġaqqıltı səsi gəldi və mən 

qapını itələyərək açdım.  

Nikol  pilləkənlərin  baĢında  dayanıb  yuxarıdan  aĢağıya 

mənə baxırdı. Onun üzündə çox mədəni, hətta deyərdim ki, 

bir az da faciəli bir ifadə vardı. O, əyninə ön tərəfində kəsik 

olan yaĢıl rəngli uzun ətəkli ev xalatı geyinmiĢdi. Deyəsən, 

onun  çox  gözəl  bədəni  vardı.  O,  tünd  qəhvəyi  rəngli  iri 

gözləri  ilə  mənə  baxırdı.  Gözlərinin  ətrafında  çoxlu  xırda 

qırıĢların  olduğu  da  asanlıqla  sezilirdi:  bəlkə  də  bunun 

səbəbi çox içməsi, ya da çox ağlaması olmuĢdu. 

– Siz evdə təksinizmi? – ondan soruĢdum. 

– Bəli, – o gülümsəyərək cavab verdi, – buyurun içəri. 




www.vivo-book.com 

 

153 



Mən pilləkənlərlə yuxarı qalxdım. Mənzil çox geniĢ idi, 

iki  yataq  otağı  və  çox  az  sayda  mebel  əĢyaları  vardı. 

Gözümə  ilk  dəyən  Ģey  küncdəki  kitab  Ģkafı  və  klassik 

musiqi  valları  yığılmıĢ  rəf  oldu.  Mən  keçib  divanda 

əyləĢdim. O da gəlib yanımda oturdu.  

–  Mən  elə  indicə,  –  o  dedi,  –  “Pikassonun  Həyatı” 

kitabını bitirdim. 

Qəhvə  masasının  üstündə  “Nyu-Yorker”  jurnalının  bir 

necə nömrəsi vardı.  

–  Sizə  bir  fincan  çay  təklif  edə  bilərəmmi?  –  Nikol 

məndən soruĢdu.  

– Ən yaxĢısı, mən çıxım içməyə bəzi Ģeylər alım. 

– Buna ehtiyac yoxdur. Mənim evimdə də içməyə nəsə 

tapılar. 

– Nə? 

– Çox gözəl qırmızı Ģəraba nə deyirsiniz? 



– Hə, lap yaxĢı olar, – mən dedim. 

Nikol ayağa qalxdı və mətbəxə keçdi. Mən isə arxadan 

onun  necə  hərəkət  etdiyinə  marıtladım.  Mənim  uzun  paltar 

geyən qadınlardan həmiĢə xoĢum gəlib. Onun hərəkətlərində 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə