Çarlz bukovskġ



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə37/136
tarix20.10.2017
ölçüsü3,08 Mb.
#5794
1   ...   33   34   35   36   37   38   39   40   ...   136

www.vivo-book.com 

 

189 



bu  prosesdən  həzz  alırdı.  Allaha  ümid  edirdim  ki,  bu, 

həqiqətən,  onun  xoĢuna  gəlsin.  Mən  artıq  tərləməyə 

baĢlamıĢdım.  Belimdə  ağrılar  hiss  edirdim.  BaĢım 

gicəllənirdi,  ürəyim  bulanırdı.  Onun  amı  isə,  deyəsən, 

getdikcə  böyüyürdü.  Heç  nə  hiss  eliyə  bilmirdim.  Elə  bil 

böyük  bir  kağız  torbanı  sikməyə  çalıĢırdım.  Onun  uĢaqlıq 

yolunun  divarlarına  demək  olar  ki,  təmas  etmirdim.  Bu, 

iztirablı,  heç  bir  mükafatı  olmayan  ağır  bir  iĢə  bənzəyirdi. 

Özümü  çox  pis  hiss  edirdim.  Onun  duyğularını  incitmək 

istəmirdim.  Mən  Ģiddətlə  qurtarmaq  istəyirdim.  Məsələ 

yalnız  mənim  sərxoĢluğumda  deyildi.  Mən  sərxoĢ  ikən  bir 

çoxlarından  daha  yaxĢı  nəticələr  göstərirdim.  Öz  ürəyimin 

döyüntülərini eĢidirdim. Öz ürəyimi hiss edirdim. Ürəyimin 

köksümdə  necə  çırpındığını  hiss  edirdim.  Ürəyimi 

boğazımda  hiss  edirdim.  Ürəyimi  baĢımda  hiss  edirdim. 

Buna  daha  dözümüm  qalmamıĢdı.  Təngənəfəs  olduğumdan 

çətinliklə  nəfəs  ala-ala  onun  üstündən  yan  tərəfə 

yuvarlandım. 

– BağıĢla məni, Mindi, Allah xatirinə, məni bağıĢla. 

– Hər Ģey qaydasındadı, narahat olma, Henk, – o dedi. 




www.vivo-book.com 

 

190 



Qarnımın  üstünə  çevrildim.  Məndən  tər  iyi  gəlirdi. 

Yerimdən  qalxdım  və  iki  qədəh  içki  süzdüm.  Biz  yataqda 

yan-yana  dik  oturub  içkilərimizi  içdik.  Mən  bir  Ģeyi  baĢa 

düĢə  bilmirdim,  necə  olmuĢdu  ki,  mən  birinci  dəfə  qurtara 

bilmiĢdim.  Bizim  problemimiz  vardı.  Bütün  bu  gözəllik, 

bütün  bu  zəriflik  və  bütün  bu  mehribanlığa  baxmayaraq, 

bizim  problemimiz  vardı.  Bunun  səbəbini  Mindiyə  demək 

iqtidarında  deyildim.  Onun  amının  böyük  olduğunu  ona 

necə deyəcəyimi bilmirdim. Bəlkə də bunu ona heç kim heç 

vaxt söyləməmiĢdi.  

–  Bu  qədər  çox  içmədiyim  zaman  hər  Ģey  daha  yaxĢı 

olacaq, – mən ona dedim. 

– XahiĢ edirəm, Henk, bu qədər narahat olma. 

– YaxĢı. 

Biz  yatdıq,  ya  da  özümüzü  yatmıĢ  kimi  göstərdik. 

Nəhayət mən yuxuya getdim... 



 

28 

Mindi  mənim  evimdə  təxminən  bir  həftə  qonaq  qaldı. 

Onu öz dostlarımla da tanıĢ elədim. Birlikdə bir çox yerləri 



www.vivo-book.com 

 

191 



gəzib 

dolaĢdıq.  Amma  aramızdakı  problemi  çözə 

bilməmiĢdik.  Mən  heç  cür  orqazma  çata  bilmirdim. 

Deyəsən, heç nə onu narahat etmirdi. Təəccüblü olan da elə 

bu idi.  

Bir  axĢam,  saat  təqribən  22:45  radələrində  Mindi  ön 

otaqda oturub içki içərək jurnal oxuyurdu. Mən isə əynimdə, 

sadəcə,  qısa  tumanla,  sərxoĢ  bir  vəziyyətdə,  siqaret  çəkə-

çəkə  və  yanımdakı  stulun  üstündə  dolu  bir  qədəh  içki  ilə 

çarpayıda  uzanmıĢdım.  Heç  nə  hiss  etmədən  və  heç  nə 

haqqında düĢünmədən gözlərimi mavi tavana zilləmiĢdim.  

Birdən bayır qapı döyüldü. 

Mindi dedi: 

– Qapını açımmı? 

– Əlbəttə, – deyə cavab verdim, – get aç. 

Mindinin qapını açmasını eĢitdim. Sonra isə Lidiyanın 

səsi eĢidildi. 

– Sadəcə gəlmiĢəm ki, mənim rəqibimin kim olduğunu 

görüm. 

Aha, mən düĢündüm, bu lap əla oldu ki. Ġndi yerimdən 



qalxıb onların hər ikisinə də içki süzərəm. Hamımız birlikdə 


www.vivo-book.com 

 

192 



içər və söhbət edərik. Qadınlarımın bir-birini anlaması, çox 

xoĢuma gəlir. 

Sonra  Lidiyanın,  –  “Sən  arıq  və  balaca  zibilsən,  düz 

demirəmmi?” – dediyini eĢitdim. 

Bundan sonra Mindinin qıĢqırdığını eĢitdim. Lidiya da 

qıĢqırdı.  Orada  mübarizə,  hıqqıltı  və  yerə  çırpılan  bədən 

səsləri  eĢitdim.  Mindi  yenə  qıĢqırdı  –  elə  bil  ona  hücum 

eləmiĢdilər.  Lidiya  bağırdı  –  bu  qıĢqırıq  öz  qurbanının 

baĢının  üstünü  almıĢ  pələngin  nərəsinə  bənzəyirdi.  Mən 

sıçrayaraq  yataqdan  qalxdım.  Onları  bir-birindən  ayırmaq 

istəyirdim.  Cəld  əynimdəki  bircə  qısa  tumanla  ön  otağa 

qaçdım.  Orada  dəli  bir  səhnənin  Ģahidi  oldum:  onlar  bir-

birinin  saçını  didir,  bir-birinə  tüpürür  və  cırmaqlaĢırdılar. 

Onları ayırmaq üçün irəli Ģığıdım, amma xalçanın üstündəki 

öz  ayaqqabılarıma  iliĢərək  kökündən  kəsilmiĢ  ağac  kimi 

döĢəməyə  çırpıldım.  Mindi  cəld  bir  hərəkətlə  qapıdan 

çıxaraq  bayıra  qaçdı,  Lidiya  isə  vaxt  itirmədən  onun 

arxasında  cumdu.  Onlar  cığırla  küçəyə  tərəf  qaçırdılar.  Bir 

fəryad səsi də eĢitdim.  



www.vivo-book.com 

 

193 



Bir  necə  dəqiqə  keçdi.  Mən  döĢəmədən  ayağa  qalxıb 

qapını  bağladım.  Görünür  Mindi  qaçıb  canını  qurtara 

bilmiĢdi.  Çünki  qəfildən  qapı  açıldı  və  Lidiya  otağa  daxil 

oldu. O, qapının yanındakı stula oturub mənə baxdı.  

– Məni bağıĢla. Mən iĢəyib altımı batırmıĢam.  

O doğru deyirdi. Onun qasığında tünd bir ləkə izi vardı 

və Ģalvarının bir qıçı islanmıĢdı.  

– BoĢ ver, eybi yoxdur, –dedim. 

Mən Lidiyaya bir qədəh içki süzdüm və o qədəhi əlində 

tutaraq elə oradaca oturmuĢdu. Öz qədəhimi isə əlimdə düz 

tuta  bilmirdim.  Heç  birimiz  danıĢmırdıq.  Qısa  bir  müddət 

keçəndən  sonra  qapı  döyüldü.  Mən  bircə  qısa  tumanda 

yerimdən  qalxdım  və  qapını  açdım.  Mənim  nəhəng,  ağ  və 

sallaq  qarnım  tumanın  rezininin  üstündən  aĢaraq  aĢağı 

sallanırdı. Qapıda iki polis məmuru dayanmıĢdı.  

– Salam, – mən onlara dedim.  

–  Biz  ictimai  asayiĢin  pozulması  ilə  bağlı  bizə  daxil 

olmuĢ telefon zənginə görə gəlmiĢik. 

–  Bu,  sadəcə,  xırda  ailə-məiĢət  zəminində  baĢ  vermiĢ 

mübahisə idi, – deyə onlara cavab verdim. 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə