www.vivo-book.com
204
zəng edə bilər. Orada məntiqə uyğun problemlərin məntiqə
uyğun da həlli yolları var.
Vans Otlaqları mənim ətrafımda dörd bir tərəfə göz
iĢlədikcə elə hey uzanıb gedirdi. Öz qırmızı bloknotumu
harasa fırıldatdım. Amma yazıçı üçün nə ölümdü! Mən
qəzetlərdəki baĢlıqları xəyalımda canlandıra bilirdim:
HENRĠ ÇĠNASKI, AZ TANINMIġ ġAĠR, YUTA
MEġƏLƏRĠNDƏ ÖLÜ TAPILMIġDIR.
KeçmiĢ poçt məmuru, sonradan isə yazıçı olmuĢ Henri
Çinaskinin çürüməkdə olan cəsədi meĢədə meĢəbəyi V. K.
Bruks tərəfindən tapılmıĢdır. Cəsədin yaxınlığında balaca
qırmızı bir bloknot da aĢkar edilib. Yəqin ki, bu bloknotda
mister Çinaskinin ən son əsərləri yazılmıĢdır.
Bir az da irəlilədim. Tezliklə su ilə dolu ona islaq bir
əraziyə çıxdım. Ara-sıra ayaqlarımdan birisi dizə qədər
bataqlığa batırdı. Mən onu dartıb çıxarmalı olurdum.
Tikanlı məftillərdən düzəldilmiĢ bir hasarın yanına
çatdım. Dərhal baĢa düĢdüm ki, bu hasarın üstündən o biri
tərəf aĢmalı deyiləm. Bunu etməyin yanlıĢ bir Ģey olduğunu
bilsəm də, baĢqa bir alternativ yol da görmürdüm. Hasarın
www.vivo-book.com
205
üstündən aĢaraq o biri tərəfə keçdim və orada dayanıb
əllərimi ağzımın kənarında yumurlayaraq var gücümlə
qıĢqırdım:
– LĠDĠYA!
Heç bir cavab gəlmədi.
Bir də qıĢqırdım:
– LĠDĠYA!
Səsim bu dəfə daha yalvarıĢlı səsləndi. Lap qorxaq səsi
kimi.
Mən irəliləməyə davam etdim. Bacıların yanına geri
qayıtmaq və onların seks, kiĢilər, rəqslər və qonaqlıqlar
haqqında danıĢıb-gülmələrinə qulaq asmaq lap əla olardı,
deyə mən düĢündüm. Hətta Qlendolinanın da səsini
eĢitməyə həvəslə razı idim. Əlimi Lidiyanın uzun saçlarının
arasına salmaq da yaxĢı olardı. Mən vicdanla onu Ģəhərdəki
bütün əyləncə gecələrinə aparardım. Hətta oradakı bütün
qadınlarla rəqs edər və hər Ģey haqqında əla zarafatlar
edərək hamını əyləndirərdim. Mən hətta üzümdə təbəssümlə
onların anormal gəvəzəliklərinə də dözərdim. Mən az qala
öz səsimi eĢidirdim:
www.vivo-book.com
206
– Ey, bu, rəqs üçün əla melodiyadır. Kim bədəninin
tozunu tökmək istəyir? Kim əsl buqi-vuqi rəqs etmək
istəyir?
Mən bataqlığın içi ilə yoluma davam edirdim. Nəhayət
ki, quru torpağa çıxdım. Bir yola çıxmıĢdım. Bu, köhnə
torpaq yol olsa da, pis görünmürdü. Yolda təkər və
heyvanların dırnaq izlərini görə bilirdim. BaĢımın üzərindən,
hətta harayasa elektrik aparan naqillər də keçirdi. Mənə,
sadəcə, bu naqilləri izləmək qalırdı. Yolla getməyə
baĢladım. GünəĢ səmada zirvəyə qalxmıĢdı, yəqin indi
günorta vaxtı olmalıydı. Özümü axmaq kimi hiss edərək
yoluma davam edirdim.
Yolun düz önündə kilidlənmiĢ bir darvazaya çatdım.
Bu nə demək idi? Darvazının yan tərəfində kiçik bir alaqapı
da vardı. Yəqin bu darvaza mal-qaranın önünü kəsmək üçün
buraya qoyulmuĢdu. Bəs onda mal-qara niyə gözə dəymirdi?
Bəlkə də heyvanlar buraya altı aydan bir gətirilir.
BaĢımın düz təpəsi ağrımağa baĢladı. Mən əlimi
qaldırıb otuz il bundan öncə Filadelfiya barında baĢıma
vurulan dəynəyin yerinə toxundum. Həmin yerdə çapıq
www.vivo-book.com
207
qalmıĢdı. Ġndi isə günəĢ Ģüalarının yandırdığı çapıq yeri
əməlli-baĢlı ĢiĢmiĢdi. Bu hissə lap balaca buynuz kimi
qabarmıĢdı. Mən çapıqdan balaca bir parça qoparıb yola
atdım.
Daha bir saatlıq məsafəni də qət edəndən sonra geri
dönmək qərarına gəldim. Bu isə bütün yolu piyada geri
qayıtmaq
anlamına
gəlirdi,
amma
qayıtmalıydım.
Köynəyimi soyunub onu baĢıma sarıdım. Yolla geri
qayıdarkən bir-iki dəfə də ayaq saxlayıb – “Lidiya!” – deyə
qıĢqırdım. Cavab verən olmadı.
Bir müddət sonra, üstündən adladığım həmin darvazaya
yetiĢdim. Mənə, sadəcə, onun ətrafından dolanıb keçmək
lazım idi, amma yolumun üstündə dayanmıĢ bir Ģey məni
keçməyə qoymurdu. O, darvazanın önündə məndən
təxminən on beĢ fut aralı dayanmıĢdı. Bu, ya diĢi maral, ya
maral balası və ya bunlara bənzər baĢqa bir canlıydı.
Mən yavaĢ-yavaĢ ona tərəf getdim. O heç yerindən
qımıldanmadı da. Məni yanından keçməyə qoyaqcaqdımı?
Onun məndən qorxub çəkindiyi hiss olunmurdu. Məncə,
yəqin ki, o mənim içimdəki təĢviĢ və qorxunu hiss etmiĢdi.
www.vivo-book.com
208
Mən getdikcə ona daha da yaxınlaĢırdım. Onun isə, deyəsən,
mənim yolumdan qətiyyən çəkilmək fikri yox idi. Onun
gözəl qəhvəyi rəngli gözləri vardı, mənim həyatımda
gördüyüm bütün qadınların gözlərindən daha gözəl. Ġnana
bilmirdim. Mənimlə onun arasında cəmisi 3 fut məsafə
qalmıĢdı. Artıq geri çəkilmək barədə ürəyimdə götür-qoy
etdiyim an, o yerindən sıçrayaraq yoldan qaçıb meĢəliyin
içində gözdən itdi. O çox gözəl formada idi. QaçıĢına da söz
ola bilməzdi.
Yolla bir müddət beləcə irəlilədikdən sonra haradasa
qarĢıda axar su səsi eĢitdim. Mənə su lazım idi. Su içmədən
uzun müddət yaĢamaq mümkün deyil. Yoldan kənara çıxdım
və axan suyun səsi istiqamətində getdim. Önümdə üstünü ot
basmıĢ balaca bir təpə vardı, onun üstündən o biri tərəfə
aĢanda suyu gördüm: su bəndin divarındakı bir neçə sement
boru ilə axaraq su anbarına bənzər bir yerə tökülürdü. Mən
bu su anbarının kənarında oturdum, ayaqqabılarımı və
corablarımı soyundum, Ģalvarımın balaqlarını yuxarı
çırmaladım və ayaqlarımı suyun içinə saldım. Sonra suyu bir
Dostları ilə paylaş: |