Çarlz bukovskġ



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə41/136
tarix20.10.2017
ölçüsü3,08 Mb.
#5794
1   ...   37   38   39   40   41   42   43   44   ...   136

www.vivo-book.com 

 

209 



az baĢımdan aĢağı tökdüm. Nəhayət sudan içdim, amma çox 

yox. Özü də asta-asta, kinofilmlərdə gördüyüm kimi. 

Bir  qədər  yorğunluğumu  alandan  sonra,  su  anbarının 

üstündən keçən bir körpü gördüm. Körpünün üstünə çıxdım. 

Bir  qədər  irəliləyəndən  sonra  körpünün  yanına  boltlarla 

bərkidilmiĢ bir metal yeĢiyə rast gəldim. Onun qapağı qıfılla 

kilidlənmiĢdi.  Yəqin  onun  içində  telefon  vardı!  Mən  zəng 

edib kömək çağıra bilərdim!  

Gedib  bir  böyük  daĢ  tapdım  və  qıfılı  sındırmaq  üçün 

onunla  qıfıla  zərbələr  endirməyə  baĢladım.  Qıfıl  heç  cür 

sınmaq  istəmirdi.  Belə  bir  vəziyyətdə  Cek  London  nə 

edərdi? Bəs Heminquey nə edərdi? Bəs Jan Jene? 

Fasiləsiz  olaraq  əlimdəki  daĢla  qıfıla  zərbələr 

endirirdim. Bəzən hədəfi ĢaĢırırdım. Belə anlarda əlim qıfıla, 

ya  da  metal  qutuya  çırpılırdı.  Ona  görə  də  əlimin  dərisi 

qopmuĢdu və yaramdan qan axırdı. Bütün gücümü toplayıb 

qıfıla son zərbəni endirdim. Qıfılın dili qırıldı. Onu çıxardım 

və metal qutunu açdım. Orada telefon-zad yox idi. Qutunun 

içində dəyiĢdirici açarlar sırası və bir neçə qalın kabel vardı. 

Mən  əlimi  qutunun  içinə  uzadın  kabellərdən  birisinə 




www.vivo-book.com 

 

210 



toxundum və elektrik cərəyanı məni çox güclü çarpdı. Sonra 

açarlardan  birini  özümə  tərəf  dartdım  və  qəfildən  suyun 

uğultusunu eĢitdim. Beton divardan çıxan 3, ya da 4 borudan 

nəhəng,  ağ  su  Ģırnaqları  fıĢqırırdı.  BaĢqa  bir  açarı  dartdım. 

Tonlarla  suyu  buraxan  daha  bir  neçə  boru  açıldı.  Üçüncü 

açarı dartdım və elə o andaca bənddəki bütün borular açıldı. 

Mən  körpüdə  dayanıb  sürətlə  axan  suya  tamaĢa  edirdim. 

Bəlkə də mən burada daĢqın yarada bilsəydim, kovboylar at 

belində,  ya  da  sınıq-salxaq  balaca  pikaplarda  gəlib  məni 

xilas  edərdilər.  Mən  artıq  qəzet  manĢetlərini  də  görə 

bilirdim: 

HENRĠ  ÇĠNASKI,  AZ  TANINMIġ  ġAĠR,  ÖZ  LOS-

ANCELESLĠ  YUMġAQ  DALINI  XĠLAS  ETMƏK  ÜÇÜN 

YUTA MEġƏLƏRĠNĠ DAġQINA QƏRQ EDĠB. 

Qərara gəldim ki, bunu etməsəm daha yaxĢı olar. Mən 

bütün açarları öz normal yerlərinə qaytardım,  metal qutunu 

bağladım və sınıq qıfılı yerinə asdım.  

Sonra su anbarından çıxıb bir az yuxarıda baĢqa bir yol 

tapdım  və  onunla  da  yoluma  davam  etdim.  O  bir  yola 

nisbətən,  deyəsən,  bu  yoldan,  daha  çox  istifadə  edilmiĢdi. 




www.vivo-book.com 

 

211 



Mən  yoluma  davam  edirdim.  Həyatımda  heç  vaxt  belə 

yorulduğumu xatırlamırdım. Gözlərim demək olar ki, heç nə 

görmürdü.  Birdən  qarĢıdan  beĢ  yaĢlarında  balaca  bir  qız 

uĢağının  mənə  tərəf  gəldiyini  gördüm.  Onun  əynində  mavi 

rəngli don, ayaqlarında isə ağ rəngli ayaqqabılar vardı. UĢaq 

məni  görüb  qorxmuĢdu.  Mən  ona  tərəf  yanakı  irəlilədikcə, 

qızın gözünə xoĢ və mehriban görünməyə çalıĢdım. 

–  Ay  qız,  məni  burda  qoyub  getmə.  Sənə  pis  heç  nə 

eləmərəm. MƏN BURALARDA AZIB QALMIġAM! Sənin 

anan-atan  hardadılar?  Ay  qız,  məni  öz  valideynlərinin 

yanına apar! 

Balaca qızcığaz barmağı ilə harasa iĢarə elədi. QarĢıda 

bir qoĢqu ilə avtomobilin dayandığını gördüm.  

– EY, mən YOLUMU AZMIġAM! – deyə qıĢqırdım. – 

AMAN 

ALLAHIM 


SĠZĠ 

GÖRMƏYĠMƏ 

NECƏ 

SEVĠNDĠYĠMĠ BĠR BĠLSƏYDĠNĠZ. 



QoĢqunun  arxasından  Lidiya  çıxdı.  Onun  saçlarının 

arasında qırmızı biqudilər görünürdü. 

–  Bura  gəl  görüm,  səni  Ģəhər  uĢağı,  o  dedi.  –  Gəl 

evimizə gedək. 




www.vivo-book.com 

 

212 



– Səni görməyimə necə də Ģadam, əzizim, öp məni! 

– Yox. Arxamca gəl. 

Lidiya  məndən  iyirmi  fut  öndə  qaça-qaça  getməyə 

baĢladı. Onunla ayaqlaĢmaqda çətinlik çəkirdim.  

– Onlardan soruĢdum ki, bu ətraflarda Ģəhərli bir oğlan 

görüblərmi, – Lidiya baĢını çiyninin üstündən geri çevirərək 

dedi. – Onlar da görmədiklərini söylədilər. 

– Lidiya səni sevirəm!  

– Tez elə, tələs görüm! Lap tısbağasan elə bil! 

– Dayan, Lidiya, bir az məni gözlə! 

Lidiya  bir  göz  qırpımında  tikanlı  məftilli  çəpərin 

üstündən o biri yana adladı. Amma məndə heç nə alınmadı. 

Mən  məftilin  tikanlarına  iliĢib  qaldım.  Hərəkət  edə 

bilmirdim. Elə bil tələyə düĢən inək idim. 

– LĠDĠYA! 

O, baĢında qırmızı biqudiləri ilə geri qayıtdı və mənim 

tikanların  cəngindən  qurtulmağım  üçün  yardım  etməyə 

baĢladı.  

– Mən sənin izimlə gedirdim. Sənin qırmızı bloknotunu 

da tapdım. Sən qəsdən yolu azmısan, çünki qəzəblənmiĢdin. 




www.vivo-book.com 

 

213 



–  Yox,  mən  naĢılığımın  ucbatından,  içimdəki  qorxu 

üzündən  azmıĢdım.  Mən  yarımçıq  Ģəxsiyyətəm  –  mən 

inkiĢafı  ləngimiĢ  Ģəhər  adamıyam.  Mən  müəyyən  mənada 

təklif etməyə heç nəyi olmayan çiskinləyən nəcisəm. 

– Aman Allahım, – o dedi, sən elə düĢünürsən ki, bütün 

bu söylədiklərindən xəbərsizəm?  

O  məni  məftilin  tikanlarından  azad  etdi.  Ləngər  vura-

vura  onun  arxasınca  getdim.  Mən  yenə  öz  Lidiyama 

qovuĢmuĢdum. 

 

31 

Bədii qiraət üçün 3 və ya 4 gün sonra Hyustona uçmalı 

idim. Əvvəlcə, at yarıĢlarına getdim, orada yaxĢıca vurdum, 

sonra Holivud Bulvardakı bara getdim. Evə isə ancaq axĢam 

təxminən  saat  doqquz,  ya  da  onda  qayıtdım.  Yataq 

otağından  hamamxanaya  tərəf  hərəkət  edərkən  ayağım 

telefonun Ģunuruna iliĢdi. Yıxıldım və çarpayının bıçaq kimi 

iti  olan  polad  küncünə  çırpıldım.  Ayağa  qalxandan  sonra 

topuğumdan  bir  azca  yuxarıda  dərin  bir  kəsik  yarası 

olduğunu  gördüm.  Yaradan  axan  qan  xalının  üstünə 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə