Çarlz bukovskġ



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə44/136
tarix20.10.2017
ölçüsü3,08 Mb.
#5794
1   ...   40   41   42   43   44   45   46   47   ...   136

www.vivo-book.com 

 

224 



– Mənim heç bir rəfiqəm zadım yoxdur. Mən guĢəniĢin 

bir həyat sürürəm. 

–  Bəs  sən  həmiĢə  qadınlar  haqqında  Ģeirlər  yazırsan 

axı. 


– Onlar hamısı keçmiĢdə qaldı. Biz isə indiki zamanda 

yaĢayırıq. 

– Bəs Lidya necə olsun? 

– Lidiya? 

– Hə, sən axı onun haqqında mənə hər Ģeyi danıĢmısan. 

– Onun haqqında sənə nə danıĢmıĢam ki? 

–  Sən  mənə  onun  baĢqa  iki  qadını  necə  kötəklədiyini 

danıĢmıĢdın.  Onun  məni  də  döyməsinə  imkan  verərdinmi? 

Mən axı elə də böyük və qüvvətli deyiləm, bunu sən özün də 

bilirsən. 

–  Belə  Ģey  ola  bilməz.  O,  Feninksə  köçüb.  Sənə 

deyirəm, Katrina, sən mənim illərlə arzuladığım, axtardığım 

müstəsna qadınsan. Lütfən mənə inan.  

–  Bəzi  iĢləri  qaydasına  salmalıyam.  PiĢiyimə  göz 

olması üçün bir adam tapmalıyam. 



www.vivo-book.com 

 

225 



–  YaxĢı.  Amma  sənin  bilməni  istəyirəm  –  burada 

qaranlıq heç nə qalmayıb. 

–  Amma,  Henk,  öz  qadınların  haqqında  mənə 

danıĢdıqlarını unutma. 

– Nə danıĢmıĢam axı? 

–  Sən  deyirdin  ki,  onlar  həmiĢə  sənin  yanına  geri 

dönürlər. 

– Bu, sadəcə, erkək boĢboğazlığıdır.  

–  YaxĢı,  mən  gələrəm,  –  o  dedi.  –  Bu  arada  iĢlərimi 

qaydasına salan kimi, bilet sifariĢ edib sənə xəbər edərəm.  

Mən  Texasda  olanda,  Katerina  öz  həyatı  haqqında 

mənə  danıĢmıĢdı.  Mən  onun  yatdığı,  sadəcə,  üçüncü  kiĢi 

idim.  Onun  həyatında  üç  kiĢi  olmuĢdu:  onun  əri,  əyyaĢ  bir 

ippodrom ulduzu və mən. Onun keçmiĢ əri Arnold müəyyən 

mənada  Ģou-biznes  və  incəsənətlə  məĢğul  olurdu.  Bunun 

onda  necə  alındığı  haqqında  məlumatım  yoxdur.  O,  rok 

ulduzları,  rəssamlar  və  buna  bənzər  insanlar  ilə  daim 

müqavilələr imzalayırdı. Onun biznesi $60,000 dollar borca 

düĢsə  də  çiçəklənməkdə  idi.  Bu:  –  “Nə  qədər  borca  çox 



www.vivo-book.com 

 

226 



batsan,  deməli  iĢlərin  bir  o  qədər  yaxĢı  gedir”,  –  deyilən 

vəziyyətlərdən biri idi.  

Ġppodrom  ulduzuna  nə  olduğunu  bilmirəm.  Məncə,  o, 

sadəcə,  əkilərək  aradan  çıxmıĢdı.  Sonra  isə  Arnold  kokainə 

qurĢanmıĢ  və  bu  zibil  onu  bir  gecədə  tamam  dəyiĢmiĢdi. 

Katrina  mənə  demiĢdi  ki,  bundan  sonra  o  daha  öz  ərini 

tanıya  bilmirdi.  Vəziyyət  dəhĢətverici  idi.  Təcili  yardım 

maĢını ilə xəstəxanaya yürüĢlər. Növbəti gün isə, o, heç nə 

olmayıbmıĢ kimi öz ofisinə qayıdardı. Sonra Coanna Dover 

adlı  bir  qadın  meydana  çıxdı.  Hündür  və  vüqarlı 

yarımmilyoner. Təhsilli və kəmağıl. ĠĢ belə gətirir ki, Arnold 

ilə  o  qadın  ortaq  bizneslə  məĢğul  olmağa  baĢlayırlar. 

Coanna  Dover  incəsənətlə  elə  davranırdı,  elə  bil  qarğıdalı 

fyuçersləri  satırdı.  O,  Ģan-Ģöhrət  yolunda  irəliləməkdə  olan 

tanınmamıĢ  rəssamları  axtarıb  tapır,  onların  əsərlərini  çox 

ucuz  qiymətə  alır  və  sonra  onlar  məĢhurlaĢanda  bu  əsərləri 

qat-qat bahasına satırdı. Onun belə sərrast gözü vardı. Və 6 

futluq  gözəl  qaməti.  O,  Arnoldla  getdikcə  daha  tez-tez 

görüĢməyə baĢlayır. Bir gecə Coanna əynində çox bahalı və 

bədəninə  damdar  oturan  bir  gecə  paltarı  ilə  Arnoldu  evdən 




www.vivo-book.com 

 

227 



almağa  gəlir.  O  zaman  Katrina  baĢa  düĢür  ki,  Coannanı, 

həqiqətən,  yalnız  biznes  maraqlandırır.  O  gündən  sonra, 

Arnold  ilə  Coanna  bir  yerə  gedəndə  Katrina  da  onlarla 

birlikdə  getməyə  baĢlayır.  Onlar  trio  idilər.  Arnoldun  seksə 

meyli  zəif  olsa  da,  Katrinanı  narahat  eləyən  bu  deyildi.  O 

yalnız  biznesə  görə  narahat  olurdu.  Sonra  Coanna  gözdən 

itdi, ortalıqda görünmədi və Arnold isə kokain bataqlığında 

daha  da  dərinə  batdı.  Təcili  yardım  çağırıĢlarının  sayı  da 

artdı. Sonunda, Katrina ondan boĢandı. Amma onlar hələ də 

görüĢməyə  davam  edirlər.  Katrina  hər  səhər  təxminən  saat 

10:30-da  bütün  iĢçilər  üçün  qəhvə  apardığına  görə  Arnold 

onu  maaĢ  cədvəlinə  daxil  edir.  Bu  da  Katrinaya  evi 

saxlamağa  imkan  verdi.  O  və  Katrina  ara-sıra  birlikdə  Ģam 

da  edirlər,  amma  sekslə  məĢğul  olmurlar.  Onun  hələ  də 

Katrinaya  ehtiyacı  vardı  və  Katrina  da  ona  qəyyumluq 

etməyə çalıĢırdı. Katrina həmçinin sağlam qidaya inanırdı və 

onun  yediyi  ət  yalnız  toyuq  və  balıq  idi.  O  çox  gözəl 

qadındı.  



 

 


www.vivo-book.com 

 

228 



33 

Ġki-üç  gün  sonra  təxminən  günorta  saat  1-də  qapım 

döyüldü.  Bu,  Monti  Riff  adlı  bir  rəssam  idi.  Ən  azından  o 

özünü  mənə  belə  təqdim  etdi.  Bir  də  o  mənə  dedi  ki,  bir 

zamanlar DeLongpre Avenyuda mənimlə birlikdə sərxoĢluq 

da edibmiĢ. 

– Sizi xatırlamıram, – mən dedim. 

– Mən Di Di ilə birlikdə gələrdim. 

– Ah eləmi? Hə onda buyurun içəri gəlin. Monti özü ilə 

6  pivəlik  paket,  bir  də  hündür  və  gözəl  qamətli  bir  qadın 

gətirmiĢdi. 

–  Bu,  Coanna  Doverdir,  –  deyərək  o,  qadını  mənə 

təqdim elədi. 

–  Sizin  Hyustondakı  bədii  qiraətinizdə  iĢtirak  edə 

bilmədim, – o dedi. 

– Laura Stenli sizin haqqınızda mənə hər Ģeyi danıĢıb, 

– mən dedim. 

– Siz onu tanıyırsınızmı? 

–  Bəli.  Amma  Katrina  Höpbörnünün  Ģərəfinə  onun 

adını dəyiĢdirib Katrina qoymuĢam. 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə