www.vivo-book.com
199
istəmirdilər. Onlar ümumiyyətlə pivəyə qarĢı idilər. Biz
Qlendolinanın romanını müzakirə etdik. Mən belə bir
nəticəyə gəlmiĢdim ki, hər kim öz romanını ucadan
baĢqalarına oxumağa can atırsa, onlarla ehtiyatla davranmaq
lazımdır. Əgər bu, məĢhur ölüm öpüĢü deyildisə, deməli
ümumiyyətlə belə bir Ģey mövcud deyildi.
Bizim söhbətimiz öz məcrasını dəyiĢdi və qızlar kiĢilər,
əyləncə gecələri, rəqs və seks haqqında çərənləməyə
baĢladılar. Qlendolinanın zil və həyəcanlı səsi vardı. O əsəbi
bir tərzdə gülürdü, özü də fasiləsiz olaraq gülürdü. Onun
yaĢı qırxdan bir xeyli keçmiĢdi, çox tosqun və səliqəsiz bir
qadın idi. Bundan əlavə, o lap mənim kimi, çox kifir idi.
Qlendolina bir saatdan artıq bir müddət nəfəs almadan
elə hey aramsız danıĢdı. Özü də yalnız seks haqında. Mənim
baĢım yavaĢ-yavaĢ dönməyə baĢlamıĢdı. O, qollarını baĢı
üzərində havaya qaldırıb ora-bura yellədirdi.
– DAĞLARIN VƏHġĠ QADINI MƏN ÖZÜMƏM!
AH HARDADIR, AH HARDADIR O KĠġĠ, MƏNĠ RAM
ETMƏYƏ
CÜRƏTĠ
ÇATACAQ
O
ƏSL
KĠġĠ
HARADADIR?
www.vivo-book.com
200
Hə, qəti Ģəkildə iddia etmək olar ki, o indi burda deyil,
deyə düĢündüm.
Mən çönüb Lidiyaya baxdım.
– Gəl gedib bir az gəziĢək.
– Yox, – deyə o etiraz etdi. – Mən bu kitabı oxumaq
istəyirəm. – Kitabın adı “Sevgi və Orqazm” idi: Cinsi Ġcraya
dair Ġnqilabi Təlimat.
– YaxĢı, – mən dedim, – onda təkbaĢına gəziĢəcəyəm.
Mən dağ çeĢməsinə yaxınlaĢdım. Əlimi uzadıb bir pivə
də götürdüm, qapağını açdım və orada oturub pivəni içməyə
baĢladım. Bu dağlarda tələyə düĢmüĢdüm, özü də iki zır dəli
qadınla birlikdə. Onlar durmadan seks haqqında danıĢmaqla
sikiĢməyin də ləzzətini qaçırmıĢdılar. Mənim də
sikiĢməkdən xoĢum gəlir, amma bu iĢ mənim dinim deyildi
axı. Bu iĢin içində həddən çox gülməli və faciəli Ģeylər var.
Gördüyüm qədərilə insanlar onunla necə rəftar edəcəyini
bilmədiklərindən, onu oyuncağa çevirmiĢdilər. Ġnsanların
həyatını qaraldan oyuncağa.
Qərara gəldim ki, ən əsası düzgün qadını tapmaqdı.
Amma necə tapmalı? Yanımda qırmızı bloknot ilə bir qələm
www.vivo-book.com
201
vardı. Bloknota meditativ bir Ģeir cızma-qara elədim. Sonra
gölə tərəf getdim. Bu yer “Vans Otlaqları” adlanırdı. Bu
örüĢlərin böyük bir hissəsi bacıların mülkiyyətiydi. Mən
sıçmaq istəyirdim. Ona görə də, Ģalvarımı çıxardım. Milçək
və ağcaqanadlarla birlikdə kolluğun arasında yerə
çöməldim. ġəhərin rahatlığından istənilən an istifadə edə
bilərdim. Lakin burada dalımı yarpaqlarla silməliydim.
Sonra gölə yaxınlaĢıb bir ayağımı suya saldım. Su buz kimi
soyuq idi.
KiĢiliyin olsun, qoca adam. Suya gir.
Dərim fil diĢi kimi ağarmıĢdı. Özümü çox qocalmıĢ,
çox boĢalmıĢ hiss etdim. Buz kimi donduran su ilə
irəlilədim. O qədər getdim ki, su mənim belimə çatdı, sonra
dərindən nəfəsimi dərdim və özümü irəli atdım. Bütün
bədənimlə suya dalmıĢdım! Gölün dibindəki lil sorularaq
yuxarı qalxdı. Lil qulağıma, ağzıma və saçlarımın arasına
doldu. Lilli suyun ortasında durmuĢdum. Soyuqdan bir-
birinə dəyən diĢlərim bərk Ģaqqıldayırdı.
Suyun durulub təmizlənməsi üçün uzun müddət
gözləməli oldum. Sonra quruya tərəf addımladım.
www.vivo-book.com
202
Paltarlarımı geyindim və gölün kənarı ilə getməyə baĢladım.
Gölün sonuna çatanda, Ģəlalə səsinə bənzər bir gurultu
eĢitdim. MeĢənin içinə girib səs gələn tərəfə getməyə
baĢladım. Yarğandan keçmək üçün bir neçə qayanın
ətrafından dönərək irəliləməli oldum. Səs isə getdikcə
yaxınlaĢır, daha da gurlaĢırdı. Milçək və ağcaqanadlar hər
tərəfimi bulud kimi sarmıĢdılar. Buradakı milçəklər çox
böyük, acıqlı və ac idilər. Üstəlik Ģəhərdəki həmcinslərindən
qat-qat böyük idilər və uzaqda hərəkət edən bir Ģey görəndə,
onun yeməli olub-olmadığını dəqiq bilirdilər.
Özümə birtəhər yol açıb sıx kolluqdan keçdim və
budur: həyatımda ilk kəĢf etdiyim Ģəlalə. Su dağdan aĢağı
durmadan elə hey axaraq qaya çıxıntısının üstünə tökülürdü.
Bu çox gözəl mənzərə idi. Su elə hey axır, axır, axırdı. Bu su
haradansa gəlirdi. Və harayasa axıb gedirdi. ġəlalənin 3, ya
da 4 qolu vardı. Və yəqin ki, bu qollar axıb hardasa gölə
tökülürdü.
Nəhayət, ona tamaĢa etməkdən yoruldum və geri
qayıtmaq qərarına gəldim. Üstəlik geri qayıdarkən daha
yaxın olan baĢqa kəsə bir yolla gedəcəyimi qərar almıĢdım.
www.vivo-book.com
203
Mən yeni seçdiyim yolla gölün qarĢı tərəfinə çıxdım və kəsə
yolla düĢərgəyə tərəf getməyə baĢladım. DüĢərgənin yerini
təxmini bilirdim. Mənim qırmızı bloknotum, həmiĢə olduğu
kimi, yanımda idi. Ayaq saxlayıb baĢqa bir Ģeir yazdım, bu
dəfə daha az mediativ, sonra isə yoluma davam etdim. Mən
durmadan elə hey addımlayırdım. DüĢərgə isə görünmək
istəmirdi ki, istəmirdi. Bir az da irəlilədim. Sonra dayanıb
gölün yerini bəlirləmək üçün ətrafa baxdım. Daha göl də
gözə dəymirdi. Gölün hansı istiqamətdə ola biləcəyi
haqqında heç bir fikrim yox idi. Birdən baĢa düĢdüm: mən
YOLU AZMIġDIM. O seks düĢkünü qancıqlar mənim
baĢımı xarab eləmiĢdilər və indi mən YOLU AZMIġDIM.
Dayanıb diqqətlə ətrafa baxdım. Uzaqda, arxa planda dağlar
görünürdü. Amma mənim ətrafımı yalnız sıx ağac və kol
cəngəlliyi dövrəyə almıĢdı. Nə bir mərkəz, nə bir baĢlanğıc
nöqtəsi, nə də hər hansı bir Ģeylə əlaqələndirilməsi mümkün
olan yer tapmaq mümkün deyildi. Mən qorxmağa baĢladım.
Bu qorxu hissi həqiqi idi. Axı niyə onlara məni Ģəhərdən,
mənim Los-Ancelesimdən ayırıb bu uzaq yerlərə aparmağa
imkan verdim? Orada insan taksi çağıra bilər, ya da telefonla
Dostları ilə paylaş: |