Çarlz bukovskġ



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə35/136
tarix20.10.2017
ölçüsü3,08 Mb.
#5794
1   ...   31   32   33   34   35   36   37   38   ...   136

www.vivo-book.com 

 

179 



məni  haqlamağa  macal  tapmamıĢ  həyatla  bütün  əlaqələrimi 

bitirmək və rahatca ölmək istəyirdim.  

Mindinin  təyyarəsi  yerə  enib  öz  duracağına  tərəf 

hərəkət  etməyə  baĢladı.  Ġçimdə  baĢ  qaldıran  hiss  məni 

təhlükə  gözlədiyindən  xəbər  verirdi.  Qadınların,  qiyabi  də 

olsa,  məni  əvvəlcədən  tanımaq  imkanları  olurdu.  Çünki 

onlar  mənim  kitablarımı  oxuyurdular.  Kitablarımla  özümün 

bütün  sirlərimi  faĢ  edirdim.  Mənim  özümünsə  onlar 

haqqında  heç  bir  bilgim  olmurdu.  Belə  çıxırdı  ki,  mən  əsl 

qumarbaz  idim.  Məni  öldürə  bilərdilər,  xayalarımı  kəsə 

bilərdilər.  Xayaları  kəsilmiĢ  Çinaski.  Xədimin  Sevgi 

ġeirləri. 

Dayanıb  Mindini  gözləyirdim.  SərniĢinlər  qapıdan 

çıxmağa baĢladılar. 

Ah, ümid edirəm ki, Mindi onlardan birisi deyil. 

Ya da odur. 

Yaxud da bu odur. 

Bax, bu o olsaydı lap əla olardı! O ayaqlara bir bax, o 

sağrılara, o gözlərə bəh, bəh... 



www.vivo-book.com 

 

180 



Onlardan  birisi  mənə  tərəf  gəldi.  Ümid  etdim  ki,  bu 

gələn  o  olar.  Bu  lənətə  gəlmiĢ  böyük  kütlənin  içində  o  ən 

gözəli idi. Mənə belə bəxtəvərlik üz verə bilməzdi. O mənə 

yaxınlaĢdı və gülümsəyərək dedi: 

– Mən Mindiyəm. 

– Sizin Mindi olduğunuza çox sevindim. 

– Sizin də Çinaski olduğunuza mən sevindim. 

– Siz baqajı gözləməlisinizmi? 

–  Hə,  özümlə  o  qədər  Ģey-Ģüy  gətirmiĢəm  ki,  burada 

uzun müddət qalmağıma bəs edər! 

– Onda gəl sənin baqajını barda gözləyək. 

Biz  bara  girdik  və  özümüz  üçün  boĢ  bir  masa  tapdıq. 

Mindi  vodka  ilə  tonik  sifariĢ  elədi.  Mən  isə  vodka-7  sifariĢ 

elədim.  Ah,  demək  olar  ki,  tam  həmahəngliklə.  Mən  onun 

siqaretini yandırdım. O çox gözəl, demək olar ki, lap bakirə, 

lap  məsum  görünürdü.  Buna  inanmağım  gəlmirdi.  Balaca, 

sarıĢın  saçlı  və  qüsursuz  qədd-qamətli.  O,  mürəkkəb 

sünilikdən daha çox təbii görünürdü. Onun yaĢımtıl maviyə 

çalan  gözlərinin  içinə  baxmaqda  çətinlik  çəkmədiyimi 

anladım.  Qulaqlarından  iki  dənə  balaca  sırğa  asılmıĢdı. 




www.vivo-book.com 

 

181 



Dikdaban  ayaqqabılar  geyinmiĢdi.  Xatırladım...  Mindiyə 

dikdaban 

ayaqqabıların 

məni 


həyəcanlandırdığını 

yazmıĢdım.  

– Hə, nədir, – o dedi, – qorxursunuz? 

– Daha elə də yox. Siz mənim xoĢuma gəlirsiniz. 

–  Həyatda  fotoĢəkillərdə  olduğunuzdan  daha  yaxĢı 

görünürsünüz,  –  Mindi  dedi.  –  Siz  mənə  heç  də  çirkin 

gəlmədiniz.  

– Sağ olun.  

–  Aaa,  mən  heç  də  sizin  yaraĢıqlı  olduğunuzu  demək 

istəmədim,  yəni  insanların  yaraĢıqlı  deyəndə  nə  anladıqları 

mənada  yox.  Sizin  üzünüzdə  xeyirxah  bir  ifadə  var. 

Gözləriniz  isə  –  gözləriniz  çox,  xüsusilə  gözəldir.  Onlar 

yanan meĢədən baxan yırtıcı heyvanın gözləri kimi vəhĢi və 

dəlisovdur.  Ġlahi,  hə,  nəsə  buna  bənzər  bir  Ģey  demək 

istəyirdim.  Fikrimi  sözlərlə  ifadə  etməkdə  elə  də  məharətli 

deyiləm.  

–  Sizin  çox  gözəl  olduğunuzu  düĢünürəm,  –  mən 

dedim.  –  Və  çox  sevimlisiniz.  Sizin  yanınızda  özümü 

olduqca  xoĢbəxt  hiss  edirəm.  Məncə,  yaxĢı  ki,  biz  indi 



www.vivo-book.com 

 

182 



birlikdəyik.  Ġçkinizi  bitirin.  Biz  bir-bir  də  içməliyik.  Siz 

yazdığınız məktublara bənzəyirsiniz. 

Biz ikinci qədəhləri də boĢaldandan sonra baqajı almaq 

üçün  bardan  çıxdıq.  Mindi  ilə  yanaĢı  yürüməkdən  fəxarət 

hissi  keçirirdim.  Onun  gəziĢində  də  xüsusi  bir  tərz  vardı. 

Ağır yük vurulmuĢ canlılar kimi yöndəmsiz Ģəkildə hərəkət 

edən  o qədər  gözəl  qamətli qadınlar  var  ki. Mindinin  yeriĢi 

isə axına bənzəyirdi. 

“Bu, həqiqət olmaq üçün həddən artıq yaxıĢdır”, – fikri 

heç cür baĢımdan çıxmırdı. Real həyatda bu cür olmur. 

Mənim evimə çatandan sonra Mindi vanna qəbul elədi 

və  əyin-baĢını  dəyiĢdi.  Hamamxanadan  yüngül  mavi 

paltarda  çıxdı.  Saç  düzümünü  də dəyiĢdirmiĢdi,  sadəcə,  bir 

az.  Biz  əlimizdə  vodka  və  vodka  kokteyli  ilə  divanda 

oturmuĢduq.  

– Hə, – mən dedim, – mən hələ də qorxuram. Ona görə 

də, indi mən bir balaca sərxoĢ olmağa hazırlaĢıram. 

–  Sizin  evinizi  elə belə də  təsəvvür  edirdim,  –  deyə  o 

dilləndi.  



www.vivo-book.com 

 

183 



O mənə baxaraq gülümsəyirdi. Mən əlimi uzadıb onun 

boynunun  arxasına  yüngülcə  toxundum,  onu  özümə  tərəf 

çəkdim və ehtiyatla, yavaĢca öpdüm. 

 Telefon zəng çaldı. Lidiya idi.  

– Sən nə ilə məĢğulsan? 

– Bir dostumla birlikdəyəm. 

– Bu, dost dediyin qadındır, elə deyilmi? 

–  Lidiya,  bizim  aramızdakı  münasibətlər  artıq  bitib,  – 

mən dedim. – Bunu sən də bilirsən. 

– BU DOSTUN QADINDIR, DÜZ DEYĠRƏM? 

– Bəli. 

– Hə, yaxĢı. 

– Oldu. Di salamat qal. 

– Salamat qal, – o dedi.  

Lidiyanın  danıĢıq  tonu  qəfildən  çox  yumĢalmıĢdı. 

Bundan  sonra  mən  özümü  daha  yaxĢı  hiss  etdim.  Onun 

hiddətlənməsi  məni  qorxudurdu.  O  həmiĢə  iddia  edirdi  ki, 

bizim  aramızda  qısqanc  olan  mənəm  və  həqiqətən  də  bu 

beləydi  –  mən  tez-tez  onu  qısqanırdım.  Lakin  hər  Ģeyin 

mənim  əksimə  iĢlədiyini  görəndə,  içimdə,  sadəcə,  nifrət 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə