www.vivo-book.com
174
– YaxĢı, deyək ki, mən insanlara baxmıram, lakin mən
öz yazılarımla öz evimin kirayə pulunu verə bilirəm. Bu da
qoyun otarmaqdan daha çətin bir iĢdir.
– Sən uzun müddət belə davam edə bilməzsən. Bu
gediĢlə, sən heç nəyə nail ola bilməyəcəksən. Sən hər Ģeyi
lazım olduğunun tərsinə edirsən.
– Elə məhz ona görə də məndə hər Ģey alınır.
– Alınır? Lənət Ģeytana, sənin kim olduğunu bilən
varmı? Bəlkə sən Meyler kimi məĢhur birisisən? Bəlkə
Kapote kimi məĢhursan?
– Onlar heç yazı yaza bilmirlər.
– Amma sən yaza bilirsən! Bircə sən, Çinaski, yaza
bilirsən!
– Bəli mən məhz belə düĢünürəm.
– Sən məĢhursanmı? Əgər Nyu-Yorka getsən, orada
səni tanıyan bir kimsə varmı?
– Bura bax, bu dediklərin mənim heç vecimə deyil.
Mən, sadəcə, öz yazılarımı yazmağa davam eləmək
istəyirəm. Mənə zurna-balaban lazım deyil.
www.vivo-book.com
175
– Sən əlin yetən bütün zurna-balabanlardan imtina
etməzdin.
– Bəlkə də.
– Sənin özünü artıq məĢhur birisi kimi qələmə
verməkdən xoĢun gəlir.
– Mən yazarlığa baĢlamazdan əvvəl də özümü indiki
kimi aparırdım.
– Sən həyatımda gördüyüm ən tanınmamıĢ məĢhur
adamsan.
– Mən, sadəcə, Ģöhrətpərəst deyiləm.
– ġöhrətpərəstsən, amma tənbəlsən. Sən hər Ģeyə heç
bir
əziyyətsiz-filansız nail olmaq istəyirsən. Sən,
ümumiyyətlə nə zaman yazırsan? Sən bunu nə vaxt edirsən?
Nə vaxt baxırsan, sən ya çarpayıda uzanmısan, ya sərxoĢsan,
yaxud da at yarıĢlarına getmisən.
– Bilmirəm. Bu elə də vacib deyil.
– Bəs onda vacib olan nədir?
– Bizim bilici quĢumuz sənsən, sən mənə de, – mən
ona dedim.
www.vivo-book.com
176
– YaxĢı, nəyin vacib olduğunu indi mən sənə deyərəm!
– Lidiya qeyzlə dedi. – Uzun müddətdən bəri bir dənə də
olsun qonaqlıqda olmamıĢıq. Uzun müddətdən bəri bir insan
övladı görməmiĢəm! Mən insanları SEVĠRƏM! Mənim
bacılarım əyləncəli gecələri SEVĠRLƏR! Bir qonaqlıqda
iĢtirak etmək xatirinə onlar min mil məsafəni qət etməyə
hazırdırlar! Bax, Yutada bizi belə tərbiyə ediblər! Əyləncəli
gecələrdə qəbahətli heç nə yoxdur. Qonaqlıqda insanlar,
sadəcə, MƏNƏVĠ ĠSTĠRAHƏT EDĠRLƏR və vaxtlarını
gözəl keçirirlər! Bu axmaq fikir bircə sənin beynində özünə
yer eləyə bilib. Sənin düĢüncənə görə, əylənmək sonunda
birmənalı olaraq hökmən sikiĢməklə bitəcək! Aman
Allahım, axı insanlar namusludurlar! Sən, sadəcə, öz vaxtını
gözəl keçirməyi bacarmırsan!
– Mənim insanlardan xoĢum gəlmir, – dedim.
Lidiya çarpayıdan dik atıldı.
– Ġlahi, sənə baxanda ürəyim bulanır!
– YaxĢı, onda mən sənə bir az “boĢ məkan” verərəm.
Mən ayaqlarımı çarpayıdan aĢağı salladım və
ayaqqabılarımı geyinməyə baĢladım.
www.vivo-book.com
177
– Bir az boĢ məkan? – Lidiya dedi. – BoĢ məkanla nə
demək istəyirsən?
– Demək istəyirəm ki, burdan cəhənnəm olub gedirəm!
– YaxĢı, amma qulaqlarını aç, deyəcəklərimə yaxĢı-
yaxı qulaq as: əgər bu qapıdan çıxsan, məni bir də
görməyəcəksən!
– Mənim üçün hava xoĢdur, – mən dedim.
Mən yerimdən qalxdım, qapıya yaxınlaĢdım, onu
açdım, arxamca bağladım və pilləkənlərlə aĢağı enib öz
folksvagenimə tərəf getdim. Mühərriki iĢə saldım və maĢını
sürərək oradan uzaqlaĢdım. Mən, əslində, Mindi üçün bir
balaca sərbəst məkan hazırlamıĢdım.
26
Hava
limanında
oturub
gözləyirdim.
HəmiĢə
fotoĢəkillər adamı aldadır. Onlara baxıb heç vaxt heç nəyi
dəqiq söyləmək olmur. Mən həyəcan keçirirdim. Ürəyim
bulanır, qusmağım gəlirdi. Siqaret yandırdım. Tüstüsü məni
boğdu. Bütün bunları niyə edirəm? Ġndi Mindini heç
www.vivo-book.com
178
istəmirdim. Mindi isə ta Nyu-Yorkdan bura qədər uçaraq
mənim yanıma gəlirdi. Mənim çoxlu qadın tanıĢlarım vardı.
Niyə həmiĢə onların sayı çox olmalıdır? Mən nə etməyə
çalıĢırdım? Yeni məhəbbət macəraları, əlbəttə ki, adamı
həyəcana gətirir. Amma bu da artıq danılmaz faktdır ki,
özləri ilə bərabər yeni və ağır qayğılar da gətirirlər. Birinci
öpüĢdə, birinci sikiĢmədə nəsə bir dramatizm var. Səbəbi elə
də dərində deyil. BaĢlanğıcda yeni insanlar həmiĢə adama
maraqlı gəlir. Nəhayət, bir müddət sonra, yavaĢ-yavaĢ olsa
da onların bütün qüsur və çatıĢmazlıqları özünü mütləq
qaçılmaz bir Ģəkildə büruzə verir. Mən onlar üçün öz
əhəmiyyətimi getdikcə itirməyə baĢlayıram; onlar da
getdikcə mənim üçün öz dəyərlərini itirirlər.
Mən qoca və kifir idim. Bəlkə də elə buna görə cavan
qızlara soxmaq mənə belə ləzzət verirdi. Mən Kinq Konq,
onlar isə zərif və incə məxluqlar idilər. Bəlkə mən sikiĢmək
yolu ilə ölümün yanından salamat keçmək istəyirəm? Bəlkə
mən cavan qızlarla birlikdə olmaqla daha qocalmayacağıma
və özümü qoca kimi hiss etməyəcəyimə ümidliydim? Mən,
sadəcə, çox pis Ģəkildə qocalmaq istəmirdim. Ölüm gəlib
Dostları ilə paylaş: |