Çarlz bukovskġ



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə33/136
tarix20.10.2017
ölçüsü3,08 Mb.
#5794
1   ...   29   30   31   32   33   34   35   36   ...   136

www.vivo-book.com 

 

169 



çırpılandan  sonra  küçəyə  çıxdı  və  sonra  növbəti  döngədə 

sağa burularaq gözdən itdi. 

Mən  ĢüĢə  qırıntılarını  süpürməyə  davam  etdim.  Bütün 

qırıntıları  süpürüb  bir  yerə  yığdım  və  torbaya  doldurdum. 

Sonra  ĢüĢələrin  olduğu  birinci  torbanın  içinə  baxdım  və 

orada  salamat  qalmıĢ  bir  pivə  ĢüĢəsinin  olduğunu  gördüm. 

ġüĢə  normal  görünürdü.  Mənim,  həqiqətən,  ona  ehtiyacım 

vardı. Mən onun qapağını açmaq istəyirdim ki, birdən kimsə 

onu  dartaraq  mənim  əlimdən  aldı.  Bu  yenə  Lidiya  idi.  O, 

əlində  pivə  butulkası  ilə  Nikolun  qapısına  tərəf  qaçdı  və 

butulkanı qapının ĢüĢəsinə tolazladı. O bunu elə sürətlə etdi 

ki,  butulka  nəhəng  bir  güllə  kimi  qapını  dələrək  keçdi  və 

ĢüĢəni tamam sındırmayaraq onda böyük və yumru bir dəlik 

açdı.  


Lidiya  qaçıb  getdi  və  mən  pilləkənlər  ilə  yuxarı 

qalxdım. Nikol isə hələ də yuxarı meydançada dayanmıĢdı.  

–  Allah xatirinə,  Çinaski, nə qədər ki,  o burda  hamını 

həlak eləməyib, sən də onunla çıx get! 

Mən  geri  çevrilib  pilləkənlərlə  enməyə  baĢladım. 

Lidiya  səkinin  kənarında  saxladığı 

maĢının  içində 



www.vivo-book.com 

 

170 



oturmuĢdu  və  mühərrik  iĢləyirdi.  Mən  qapını  açıb  maĢına 

oturdum və maĢın yerindən tərpəndi. Heç birimizin ağzından 

bir söz belə çıxmadı.  

 

 

24 

Ġndi  isə  Nyu-Yorkda  yaĢayan  bir  qızdan  məktublar 

almağa  baĢlamıĢdım.  Onun  adı  Mindi  idi.  O  təsadüfən 

mənim  bir  neçə  kitabıma  rast  gəlibmiĢ,  amma  onun 

məktublarında ən xoĢuma gələn Ģey onun çox nadir hallarda 

yazıçılıqdan bəhs etməsiydi. O da özünün yazıçı olmadığını 

dediyi  məqamlar  idi.  O  öz  məktublarında,  ümumiyyətlə, 

müxtəlif  Ģeylərdən,  o  cümlədən  kiĢilər  və  seks  haqqında 

yazırdı.  Mindinin  cəmi  25  yaĢı  vardı,  o  məktubları  əllə, 

səliqəli  və  aydın  bir  xətlə,  amma  incə  bir  yumorla  yazırdı. 

Mən  onun  məktublarına  həmiĢə  cavab  yazırdım  və  öz  poçt 

qutumda ondan gələn məktubların olduğunu görəndə də çox 

sevinirdim.  Bəzi  insanlar  öz  fikirlərini  məktublarda  söhbət 

zamanı  olduğundan  daha  yaxĢı  ifadə  edə  bilirdilər,  bəziləri 

isə bədii və yaradıcı məktublar yaza bilsələr də, Ģeir, hekayə 



www.vivo-book.com 

 

171 



və  ya  roman  yazmağa  baĢlayanda,  təĢəxxüslü  varlıqlara 

çevrilirlər.  

Bir  müddət  sonra  Mindi  özünün  bir  neçə  Ģəklini 

göndərdi.  Əgər  Ģəkillər  yalan  demirdilərsə,  Mindi  kifayət 

qədər  gözəl  bir  qız  idi.  Biz  bir  neçə  həftə  də  yazıĢandan 

sonra,  Mindi  məktubların  birində  mənə  yaxın  zamanlarda 

onu iki həftəlik məzuniyyət gözlədiyini yazdı.  

Bəs niyə təyyarə ilə uçub mənim  yanıma  gəlmirsən? – 

deyə ona təklifdə bulundum. 

YaxĢı, – o cavabında yazdı. 

Biz  bir-birimizlə  zəngləĢməyə  baĢladıq.  Nəhayət  ki,  o 

mənə  Los-Anceles  Beynəlxalq  Hava  Limanına  eniĢinin 

tarixini söylədi.  

Mən orada olacağam, deyə ona cavab verdim, məni heç 

nə saxlaya bilməz. 

 

25 

Onun  gəliĢ  tarixini  yaddaĢıma  həkk  eləmiĢdim.  Lidiya 

ilə  ayrılmaq  üçün,  səbəb  yaratmaq  heç  vaxt  çətin  bir 

problem  olmamıĢdı.  Mən  təbiətim  etibarı  ilə  əslində,  bir 




www.vivo-book.com 

 

172 



qadınla yaĢamaq, onunla birlikdə qida qəbul eləmək, onunla 

yatmaq, küçədə onunla birlikdə gəzməklə kifayətlənən tənha 

bir  adam  idim.  Mənim  söhbətlərə,  ya  da  harasa  getməyə 

ehtiyacım  yox  idi.  Əlbəttə  cıdır  və  boks  yarıĢları  istisna 

olmaqla. Televiziya da mənə çatmırdı. Bir kinoteatra getmək 

və  orada  baĢqa  insanlarla  birlikdə  oturub  onların 

emosiyaların paylaĢmaq üçün pul vermək lazım gələndə də 

özümü axmaq kimi hiss edirdim. Qonaqlıqlardan da zəhləm 

gedirdi.  Qumar  oyunlarına,  çirkin  fırıldaqçı  oyunlarına, 

eĢqbazlığa,  həvəskar  sərxoĢluğa  və  zəhlətökənlərə  nifrət 

edirdim.  Lakin  qonaqlıqlar,  rəqslər  və  xırda  söhbətlər 

Lidiyaya  əlavə  enerji  verirdi.  O  özünün  çox  seksapil 

olduğunu güman edirdi. Amma onun bu “məziyyəti” həddən 

artıq  açıq-saçıq  idi.  Beləliklə,  bizim  aramızda  yaranan 

mübahisələrin  böyük  əksəriyyəti  mənim  ümumiyyətlə-heç-

bir-yad-adam olmasın arzuma qarĢı onun mümkün-olduqca-

çox-adam-mümkün-olduqca-tez-tez  arzusu  səbəbilə  baĢ 

verirdi.  




www.vivo-book.com 

 

173 



Mindinin  gəliĢinə  bir  neçə  gün  qalmıĢ  mən 

münaqiĢənin  təməlini  atmağa  baĢladım.  Biz  çarpayıda  yan-

yana uzanmıĢdıq. 

–  Lidiya,  Allah  xatirinə,  de  görüm  sən  niyə  belə 

kütbeyinsən?  Sən  baĢa  düĢmürsənmi  ki,  mən  tənha  bir 

insanam?  GuĢəniĢin  birisiyəm?  Yazılarımı  yazmaq  üçün 

mən məhz belə bir həyat tərzi sürməliyəm.  

–  Sən  insanlarla  ünsiyyətdə  olmasan,  onlar  haqqında 

necə nəsə öyrənə bilərsən? 

– Onlar haqqında artıq hər Ģeyi bilirəm. 

–  Biz  yemək  yemək  üçün  restorana  gedəndə  belə  sən 

baĢını aĢağı dikib oturursan və heç kimə baxmırsan.  

– Nə üçün onlara baxıb ürəyimi bulandırmalıyam axı? 

–  Mən  insanları  müĢahidə  edirəm,  –  o  dedi.  Onları 

öyrənirəm. 

– BoĢ sözlərdi! 

– Sən insanlardan, deyəsən, qorxursan axı! 

– Mən onlara nifrət edirəm. 

–  Sən  bu  düĢüncə  ilə  necə  yazıçı  ola  bilərsən?  Sən 

onları müĢahidə belə eləmirsən! 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə