Çarlz bukovskġ



Yüklə 3,08 Mb.
Pdf görüntüsü
səhifə27/136
tarix20.10.2017
ölçüsü3,08 Mb.
#5794
1   ...   23   24   25   26   27   28   29   30   ...   136

www.vivo-book.com 

 

137 



Ģeydən  xoĢbəxtlik  duymadığıma  görə  Ģad  idim.  Hər  Ģeylə, 

hər  kəslə  ixtilafda  olmaqdan  xoĢum  gəlirdi.  Sevən  insanlar 

çox  vaxt  tündməcaz  və  təhlükəli  olurlar.  Onlar  çox  vaxt 

perpektiv hisslərini itirirlər. Onlar yumor hissini itirir, əsəbi 

və psixi zəhlətökənlərə çevrilir, hətta qatil də olurlar. 

Di Dinin getdiyi vaxtdan artıq 2, ya da 3 saat keçmiĢdi. 

Mən  bir  az  televizora  baxdım,  sonra  isə  yazı  makinasında 

iki-üç  Ģeir  çap  elədim.  Lidiyaya  həsr  edilmiĢ  sevgi  Ģeirləri. 

Onları çamadanımda gizlətdim və yenə bir az pivə içdim.  

Sonra Di Di qapını döydü və otağa daxil oldu.  

–  Ah,  mən  vaxtımı  son  dərəcə  gözəl  keçirdim! 

Əvvəlcə,  döĢəməsi  ĢüĢədən  olan  qayıqda  gəzintiyə  çıxdım. 

Biz  döĢəmədən  dənizin  içində  üzən  müxtəlif  balıqları 

gördük,  oradan  dənizin  içindəki  hər  Ģeyi  görmək  olurdu! 

Sonra  isə  mən  baĢqa  bir  qayıq  tapdım.  Bu  qayıq  insanları 

onların  qayıqlarının  lövbərdə  dayandığı  yerə  aparırdı.  Bu 

cavan  oğlan  cəmi  bir  dollara  məni  qayığında  saatlarla 

gəzdirdi!  Onun  kürəyi  günün  altında  tamam  yanmıĢdı  və 

mən onun kürəyinə lasyon sürtdüm. O çox pis yanmıĢdı. Biz 

insanları qayığa mindirib onları öz yaxtalarına daĢıyırdıq. O 




www.vivo-book.com 

 

138 



yaxtalarda  olan  adamları  bir  görəydin!  Hamısı  qoca 

adamlardı,  cavan  qızlarla  əylənən  qoca  kaftarlar.  O  cavan 

qızların  hamısı  ayaqlarına  çəkmə  geyinmiĢdilər,  ya 

sərxoĢdular,  ya  da  narkotik  maddə  qəbul  etmiĢdilər.  Bitkin 

bir  halda  inildəĢirdilər.  Bu  qoca  kaftarların  bəzilərinin 

yanında  gənc  oğlanlar  da  vardı.  Amma  əsasən,  onların 

yanlarındakılar  gənc qızlardı,  bəzilərinin  yanında,  hətta  iki, 

və  ya  üç,  yaxud  da  dörd  cavan  qız  vardı.  Hər  bir  qayıqdan 

narkotik, içki və pozğunluq iyi gəlirdi. Bu əla idi.  

–  Sənin  danıĢdıqların  qulağıma,  həqiqətən  də  yaxĢı 

gəldi.  KaĢ  sənin  maraqlı  adamları  axtarıb  tapmaq  bacarığın 

məndə olaydı. 

–  Ġstəyirsən,  sabah  sən  də  mənimlə  gəl.  Bütün  günü 

cəmi bir dollara qayıqda gəzə bilərik. 

– Mən pas. 

– Bu gün nəsə yazmılsanmı? 

– Hə, bir az. 

– YaxĢı alınıbmı? 

–  Üstündən  18  gün  keçməsə  bunu  bilmək  mümkün 

deyil. 



www.vivo-book.com 

 

139 



Di  Di  yaxınlaĢıb  balaca  tutquĢlarına  baxdı,  onlarla 

danıĢdı. O yaxĢı qadın idi. Ondan xoĢum gəlirdi. Həqiqətən, 

mənə görə narahat olur, mənə ancaq yaxĢılıq arzulayırdı. O 

mənim  yaxĢı  yazmağımı,  yaxĢı  sikiĢməyimi  və  yaxĢı 

görünməyimi  istəyirdi.  Mən  bunu  hiss  edə  bilirdim.  Bunu 

hiss  etmək  əla  idi.  Bəlkə  də  bir  gün  biz  birlikdə  Havay 

adalarına uçarıq. Mən arxadan ona yaxınlaĢdım və onun sağ 

qulağını öpdüm, lap qulağının məməsindən.  

– Ah, Henk, – o dedi. 

Katalinada bir həftəlik istirahətdən sonra Los-Ancelesə 

geri  qayıtmıĢdıq  və  nə  qədər  qeyri-adi  olsa  da  bir  axĢam 

mənim  evimdə  oturmuĢduq.  Gecədən  bir  xeyli  keçmiĢdi. 

Yan  otaqda  telefonun  zəng  səsi  eĢidiləndə,  biz  mənim 

çarpayımda lüt uzanmıĢdıq.  

Zəng edən yenə Lidiya idi. 

– Henk? 


– Buyurun? 

– Sən hardaydın? 

– Katalinada. 

– Onunla birlikdə? 




www.vivo-book.com 

 

140 



– Hə. 

–  Bura  bax,  sən  onun  haqqında  mənə  danıĢanda,  mən 

əsəbiləĢmiĢdim. Mənim eĢq macəram olub. Bir homoseksual 

ilə. Bu çox iyrənc idi. 

– Sənin üçün darıxmıĢam, Lidiya. 

– Mən Los-Ancelesə qayıtmaq istəyirəm. 

– Bu lap əla olardı. 

–  Əgər  mən  geri  dönsəm,  sənin  onunla  əlaqələrini 

kəsərsənmi? 

– O çox yaxĢı qadındır, amma sən geri dönsən, onunla 

əlaqəmi kəsərəm. 

– Onda mən qayıdıram. Səni sevirəm, qoca adam. 

– Mən də səni sevirəm. 

Bizim  söhbətimiz  uzandıqca,  uzandı.  Nə  qədər 

danıĢdığımızı  bilmirəm.  Söhbətimiz  bitəndən  sonra  mən 

yenidən yataq otağına qayıtdım. Deyəsən, Di Di yatmıĢdı.  

– Di Di? – deyə onu astadan səslədim.  

Sonra  onun  bir  qolunu  qaldırdım.  Onun  qolu  iradəsiz 

və  boĢ  idi.  Onun  bədəninə  toxunanda,  elə  bil  rezinə 

toxunurdun.  




www.vivo-book.com 

 

141 



–  Bəsdi  mənimlə  məzələndin,  Di  Di,  bilirəm  ki, 

yatmamısan.  

O  tərpənmirdi.  Mən  dönüb  ətrafa  baxdım,  onun  yuxu 

dərmanı  olan  qabın  boĢ  olduğunu  gördüm.  O  qabın  dolu 

olduğunu  xatırlayırdım.  O  dərmanlardan  mən  də  içmiĢdim. 

Onlardan  birini  qəbul  etmək  sizin  dərin  yuxuya  dalmanız 

üçün  kifayət  edərdi.  Lakin  o  dərmanı  içəndə  adama  elə 

gəlirdi  ki,  baĢına  ağır  bir  Ģeylə  vurublar  və  sizi  diri-diri 

basdırıblar. 

– Sən həblərin hamısını udmusan... 

–  Mənim...  heç...  vecimə  də  deyil...  sən  onun  yanına 

qayıdacaqsan... Mənim vecimə... deyil... 

Mən cəld mətbəxə qaçdım və bir ləyən götürdüm, geri 

qayıtdım və onu döĢəməyə, düz çarpayımın yanına qoydum. 

Sonra  Di  Dinin  baĢını  və  çiyinlərini  çarpayının  kənarına 

tərəf  dartdım  və  barmaqlarımı  onun  boğazına  soxdum.  O 

qusmağa baĢladı. Onun baĢını bir qədər qaldırdım və nəfəs 

dərməsinə  yardım  etdim.  Sonra  bu  prosesi  bir  də  təkrar 

etdim.  Sonra  bunu  dəfələrlə  təkrarladım.  Di  Di  isə 

qusmağına davam edirdi. Nəfəsini dərməsinə kömək eləmək 




Yüklə 3,08 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə