CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə33/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   29   30   31   32   33   34   35   36   ...   85

 
 
103 
www.teaspress.az/book,134/lang,az/ 
www.kulturevreni.com/13-7.pdf 
https://www.youtube.com/watch?v=hwvmDp4MriY 
https://az-az.facebook.com/MemmedSeidOrdubadi/.../23510. 
http://www.1news.az/authors/oped/20160216013536801.html 
https://www.youtube.com/watch?v=mdGD4ps0wxA 
www.kulturevreni.com/13-7.pdf 
 
 
M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası 
 
1922-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Naxçı-
van Şəhər Kitabxanası təsis edilmişdir. 1930-cu ildə həmin kitabxananın ba-
zasında  Naxçıvan  Muxtar  Respublika  Kİtabxanası  yaradılmışdır.  M.  S. 
Ordubadi  adına  Naxçıvan  Muxtar  Respublika  Kitabxanası  Muxtar  respub-
likada  ən  böyük  kitabxana  və  elmi-metodik  mərkəzdir.  Naxçıvan  şəhər 
kitabxanası  əsasında  1930-cu  ildə  yaradılmışdır.  1953-cü  ildə  kitabxanaya 
Məmməd Səid Ordubadinin adı verilmişdir. 
 
                                 İstifadə edilən mənbələr 
 
1.
 
C.Cabbarlı  adına  Respublika  Gənclər  Kitabxanasının  elektron 
kataloqu 
2.
 
İnternet resursları 
        
            Məmməd Səid Ordubadi : biobiblioqrafik icmal / tərt. Y. Z. Sadıqlı. 
- Bakı : C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, 2017. - 27 s. - 
ryl.az@mail.ru. 
 
 
 
 
 
 
 


 
 
104 
 
 
 
 
 
 
 
GÖRKƏMLİ DÖVLƏT 
XADİMİ XUDADAT BƏY 
RƏFİBƏYLİNİN ANADAN 
OLMASININ 140 İLLİYİ 
(1878-2017) 
 
       
Xudadat bəy Rəfibəyli 
 
Azərbaycan  Demokratik  Respublikasının  ilk  hökumətinin  yara-
dıcılarından biri Xudadat bəy Rəfibəyli 1877-ci ildə Gəncədə Ələkbər bəyin 
ailəsində  dünyaya  göz  açmışdır  Ailənin  bu  övladının  qismətinə  cəmi  43  il 
ömür payı düşdü. Xudadat bəy öz ömür payını ləyaqətlə yaşadı. Orta təhsilini 
Gəncə klassik gimnaziyasında başa çatdırdıqdan sonra,1898-ci ildə Xarkov 
Tibb Universitetinin  cərrahlıq şöbəsinə daxil  olur. 1903-cü ildə universiteti 
bitirən  Xudadat  bəy  Xarkov  universiteti  hospital  klinikasının  cərrahiyyə 
şöbəsinə ştatdankənar ordinator vəzifəsinə təyin olunur. Burada 3 il təctübə 
topladıqdan  sonra  doğma  Gəncəyə  qayıdır.  Hələ  Xarkovda  işləyərkən 
Xudadat  bəy  Mirzə  bəyin  qızı  Cəvahir  xanımla  evlənmişdi  və  bu  nigahdan 
gələcəkdə onların üç övladı – Kamil, Rəşid və Azərbaycan xalqının sevimli 
şairəsi Nigar dünyaya gələcəkdi. 
Gəncəyə qayıdan gənc həkim qubernatorun əmri ilə Afanasyev adına 
Yelizavetpol  şəhər  xəstəxanasına  direktor  vəzifəsinə  təyin  edilir.  Və  elə 
həmin  gündən  də  əməlləriylə  düşüncələrdə  əbədiləşəcək  alicənab  surətini 


 
 
105 
yaratmağa  başlayır.  Gəncədə  neçə  qocanın  onları  Xudadat  bəyin  pulsuz-
parasız  müalicə  etməsi,  üstəlik  bəzilərinə  dərman  pulu  da  qoyub  getməsi 
haqda xatirələri yaddan çıxmır. 
Biliyə-oxumağa  aşiq  olan  bu  insan  1912-1913-cü  illərdə  Sankt-
Peterburqa gedir, yarım il Knyagina Yelena Petrovna adına İmperator Klinik 
İnstitunda məşhur professorların apardığı 12 ixtisas kursunu dinləyir. 
Xudadat bəyin işə can yandırmasını, işinin keyfiyyətini, əlbəttə ki, yalnız 
camaat yox, hökümət də görür. Vaxtaşırı rütbəsi artırılır, təltiflərə layiq görülür. 
Atası  Ələkbər  bəy  kimi  o  da,  dövlət  qulluğunda  pillə-pillə  yüksəlir,  əvvəlcə 
titulyar müşavir (1909), kollej assesoru (1910), saray müşaviri (1912) təyin edilir. 
1915-ci ildə kollej müşaviri rütbəsinə irəli çəkilir. 1909-cu ildə o, 3 illik müddətə 
Yelizavetpol Mahal Məhkəməsində fəxri barışıq hakimi – mirovoy sudya – təyin 
edilir, 1912-ci ildə isə daha 3 illiyə bu vəzifəyə təsdiq edilir. 
1914-cü  ildə  Xudadat  bəy  həmyerlisi,  Moskvada  universitetin  tibb 
fakültəsini bitirmiş, sonralar faktiki olarak Azərbaycan Parlamentində sədrlik 
edəcək Həsən bəy 
Ağayevlə birgə «Yelizavetpol tibb cəmiyyəti»ni yaradır. 1917-ci ilin 
martında Gəncədə yaranmış Müsəlman Milli Şurasının Müvəqqəti  İcraiyyə 
Komitəsinin  üzvü  seçilmişdir.  O,  heç  bir  partiyanın,  yaxud  qrupun  üzvü 
olmamış,  ömrünün  sonuna  qədər  bitərəf  qalmışdı.  Bununla  belə,  baş  verən 
ictimai-siyasi hadisələrdən kənarda qalmamış, azadlıq və istiqlal ideyası onu 
həmişə düşünmüşdü. 
1918-ci  il  iyunun  17-də  Fətəli  xan  Xoyski  tərəfindən  Gəncədə  təşkil 
edilmiş  AXC-nin  2-ci  hökumət  kabinəsində  Xudadat  bəy  Rəfibəyli  xalq 
səhiyyəsi  və  himayədarlıq  naziri  təyin  olunmuşdu.  Cümhuriyyət  Bakıya 
köçdükdən sonra Səhiyyə Nazirliyi müstəqil nazirliyə çevrilmiş və Xudadat 
bəy  yenə  də  nazir  vəzifəsinə  təyin  edilmişdi.  1918-ci  ilin  dekabrında  F.  X. 
Xoyski  hökuməti  istefa  verdikdə,  Xudadat  bəy  xalq  səhiyyəsi  naziri 
vəzifəsini tərk etdi. 
Xudadat  bəy  Rəfibəylinin  ədalətli,  nəcib  adam  olduğunu,  habelə 
yüksək peşəkarlığını, bölgədə böyük nüfuzunu görən Azərbaycan hökuməti 
1919-cu ilin mayında onu Gəncə quberniyasının qubernatoru vəzifəsinə təyin 
etdi. O, ilk gündən Gəncə quberniyası ərazisində daşnak qulduru Andronikin 
başçılıq  etdiyi  erməni-daşnak  silahlı  dəstələrinin  qarşısını  almaq  üçün 
qətiyyətlə  mübarizə  aparmağa  başladı.  Nəticədə,  quberniya  quldur 
dəstələrindən  təmizlənmiş,  erməni  terrorçuları  zərərsizləşdirilmiş,  əmin-
amanlıq xeyli möhkəmləndirilmişdi. O zaman Xudadat bəy Rəfibəyli erməni 
vəhşilikləri  nəticəsində  doğma  yurd-yuvalarından  -  Qərbi  Azərbaycandan 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə