CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə35/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   31   32   33   34   35   36   37   38   ...   85

 
 
109 
qədər Gəncə quberniyasının valisi vəzifələrini icra edən babam Xudadat bəy 
Rəfibəylinin yubileyiheçkəsin yadına düşməsə də, bugünü ilk növbədə mən 
xatırlamalıydım. 
Tarixi yaddaşımız niyə beləkorşalıb? Bu yaxınlarda “Exo” qəzetində 
bir müsahibədə oxudum ki, müstəqil Azərbaycanın ilk səhiyyə naziri adını 
çəkmədiyi  bir  yəhudi  olub.  Müsahibə  verənlə  əlaqə  saxladım,  -  bu  mənim 
sözlərim deyil - dedi, - müsahibə alan mənim adımdan yazıb. 
Müsahibə  alan  jurnalist  heç  olmasa  Cümhuriyyət  ensiklopediyasına 
baxaydı. Bu ensiklopediyada Rəfibəylilər nəslinin altı nümayəndəsi - Ələkbər 
bəy, Xudadat bəy, Cavad bəy, Səməd bəy, Eyyub bəy, Cəmilbəy - haqqında 
ayrıca  yazılar  verilib.  Xudadat  bəy  barədə  yazıda  onun  tərcümeyi-halı, 
tutduğu vəzifələr haqqında dəqiq məlumatlar var. 
1920-ci  ilin  aprelində  Azərbaycanın  bolşevik  işğalı  haqqında  ürək 
ağrısıyla  yazan  Ceyhun  bəy  Hacıbəyli  qeyd  edirdi  ki,  təcavüzkarları  belə 
asanlıqla,  ciddi  müqavimət  göstərmədən  gözəl  ölkəmizə  buraxmağımız  üz 
qaramızdırsa,  Gəncə  üsyanı  tariximizinən  şərəfli  səhifələrindəndir:  “  Mayda 
Gəncədə axıdılan türk qanı 28 aprel ləkəsini sildi”. 
Tədqiqatçı,  rəhmətlik  Xanlar  Bayramov  “1920-ci  ilin  Gəncə  üsyanı” 
kitabında yazır ki, Orta əsrlərin qiyamçısı Bəndərdən, çar qoşunlarına boyun 
əyməyən,qala divarlarında şəhid düşən Cavad xandan üzü bəri Cəncə həmişə 
əyilməzliyiylə seçilən, azadlıq ruhuyla yaşayan qeyrət istehkamımız olub. 
Bolşevik  işğalından  sonra1920-ci  il  mayın  10-da  Gəncədə  amansız 
repressiyalar  başladı,  Bolşevik  komissarları  fəxarətlə  bəyan  edirlərmiş  ki, 
Gəncədə  bəy  nəslindən  bir  başıpapaqlı  qoymadıq  (37-ci  ildə  bu  qana 
susamışların da ömürləri edamlarla nəticələndi). 
20-ci  ildə  isə  Cavad  xan  nəslindən  İsmail  xan  Ziyatxanov,  Məmməd 
Bağır  Şeyxzamanov  həbs  edilib  güllələndilər,  Nəsib  bəy  Usubbəyov,  Həsən 
bəy  Ağayev,  Fətəli  xan  Xoyski,  Behbud  xan  Cavanşir  namərdcəsinə  qətl 
edildilər.  X.Bayramov  yazır:  “Uzun  illərin  tədqiqatından  sonra  belə  bir 
nəticəyə  gəldim  ki,  xalqın  səbr  kasasını  daşdıran  mayın  10-da  Xudadat  bəy 
Rəfibəylinin həbs edilməsi oldu”. 
Xudadat  bəyin  tutulub  Bakıya  aparılması  xəbəri  yayılanda  camaat 
dəmir  yolu  vağzalına  tərəf  axışır,  valini  silahlı  gözətçilərin  əlindən  almağa 
cəhd edir. Xudadat bəy qətiyyətlə bu cəhdin qarşısını alır. Camaata üz tutub: 
Qan tökməyin, - deyir - bu bizim nəslin üstündə ləkə kimi qalar, mən 
namuslu bir ömür sürmüşəm və heç bir günahım yoxdur. 


 
 
110 
Rəfibəylilər  nəsli  haqqında  dəyərli  kitabın  müəllifi  akademik  Rafael 
Hüseynov  qeyd  edir  ki,  Xudadat  bəy  nəslini  və  ailəsini  hakimiyyətin 
qisasından xilas etməkçün özünü qurban verdi. 
Amma bu fədakarlığa baxmayaraq Rəfibəylilər nəsli  Sovet dövründə 
doqquz dəfə sürgünlərə məruz qalıb. 
Əlbəttə tutduğu vəzifənin miqyasına görə Xudadat bəyi Çili Prezidenti 
S.Alyendeylə müqayisə etmək gülünc olardı. İri, müstəqil bir ölkənin dünyaca 
məşhur rəhbəri hara, cəmisi iki il müstəqil yaşamış kiçik bir məmləkətin əyalət 
valisi hara? Amma bir cəhətiylə bu müqayisəni məqbul sayıram. Humanist bir 
peşənin sahibi -həkim olan bu iki şəxs dar gündə qaçıb canlarını qurtarmağı 
yox, ölümü belə göz önünə alaraq vəzifə ləyaqətini saxlamağı üstün tutublar... 
Gəncə  üsyanının  bilavasitə  rəhbəriisə  sonralar  xaricə  mühacirət  edə 
bilmiş Cahangir bəy Kazımbəyli idi. 
Babam haqqında yazmağım qeyri-təvazökar görünə bilər, halbuki bizim 
günlərdə  bununla  kimsəni  təəccübləndirmək  olmaz.  Hər  halda  Xanlar 
Bayramov  və  Rafael  Hüseynovdan  başqa  iki  jurnalistin  yazısındanda  sitat 
gətirmək  istəyirəm.  Azad  Şərifov  və  S.Abdullayeva  “Özünü  günahkar 
saymadı”  adlı  məqalələrində  yazırlar  ki,  Xudadat  bəyi  bir  neçə  maddəylə 
ittiham  edirdilər,  o  cümlədən,bolşevikləri  təqib  etməkdə  və  musavatçılıqda, 
halbuki, Xudadat bəy nə Musavat, nə də hər hansı başqa partiyanın üzvü olub 
və  Gəncə  bolşevikləri  onun  valiliyi  müddətində  açıq  fəaliyyət  göstəriblər. 
Aprel  işğalından  sonra  Bakıda  iqtidarı  bolşeviklər  zəbt  edəndə  Gəncə  kom-
munistlərivalini yanına gəlib hakimiyyəti ondan təhvil alıblar. A. Şərifov və S. 
Abdulla-yeva yazılarında onu da göstərirlər ki, Xudadat bəyə ən əsas ittiham 
guya  ki,  ermənilərə  zülm  etməsi  olub.  Ancaq  bir  neçə  erməni  “şahidin” 
ifadəsinə  əsaslanan  bu  ittiham  heç  bir  konkret  faktla  təsdiq  olun-mayıb.Yeri 
gəlmişkən, “şahidlərdən” başqa istintaqı aparan da, hökmü çıxaran da erməni 
millətindən idilər. 
Xudadat  bəy  ittihamların  heç  birini  qəbul  etmir,  “Əgər  mənə  imkan 
verilsəydi,mövcud  olan  sənədləri  üzə  çıxarıb  heç  bir  günahım  olmadığını 
sübut edərdim” - deyir. 
Belə bir imkanı vermədilər ona. Tələsik çıxarılmış hökmlə Azərbaycan 
ordusunun 76 yüksək rütbəli zabitiylə birlikdə Nargin adasında güllələndi. 
Türk  kommunistlərinin  rəhbəri  Mustafa  Sübhi  Azərbaycan  Kom-
munist  (bolşeviklər)  Partiyası  Mərkəzi  Komitəsinə,  Azərbaycan  İnqilab 
Komitəsinə  və  Orconikidziyə  ünvanladığı  məktubda  qeyd  edirdi  ki,  Gəncə 
üsyanının əsas səbəbi Xudadat bəy Rəfibəylinin həbs edilməsi olub. 


 
 
111 
Xudadat bəyin həbsindən sonra Gəncə ziyalılarının nümayəndələri, o 
cümlədən, Xudadat bəyin əmisi oğlu Cavad  bəy Rəfibəyli Bakıya gəlib bu 
məsələylə əlaqədar N. Nərimanova müraciət edirlər. Amma artıq gec idi, iş 
işdən keçmişdi, Xudadat bəy qətl edilmişdi. Nərimanov həkim həmkarı kimi 
tanıdığı  Xudadat  bəyin  güllələnməsinə  dərin  təəssüfünü  bildirir,  bu  işdə 
bağışlanmaz  günahı  olan  komissarın  adını  çəkir,  “Heyf  ki,  Firudin  bəy 
Köçərli  və  Xudadat  bəy  Rəfibəyli  kimi  qiymətli  ziyalılarımızı  qoruya 
bilmədik” - deyir. Xudadat bəyin qətlinə sonralar Məmməd Əmin Rəsulzadə 
də böyük təəssüfünü bildirib. 
Xudadat  bəy,  atası,  el  ağsaqqalı  Ələkbər  bəylə  birlikdə  Tiflisdə  təşkil 
olunmuş ilk müstəqil Azərbaycan hökümətinin üzvlərini Gəncədə qarşılayanlar 
sırasındaydılar.  Bu  mövzuda  rəssam  Arif  Məmmədovun  çəkdiyi  iri  tablo 
Gəncədə  cümhuriyyət  hökumətinin  yerləşdiyi  binada  asılıb  (Yeri  gəlmişkən, 
Şərqdə  ilk  cümhuriyyət  hökumətinin  yerləşdiyi  bu  binanı  İstiqlal  muzeyi 
etməyin  vaxtı  çoxdan  çatıb).  Fətəli  xan  Xoyskinin  Gəncədə  təşkil  etdiyi 
hökumətin ilk səhiyyə naziri Xudadat bəy Rəfibəylinin Nuru paşayla fotoşəkli 
də durur. 
Çox-çox illər sonra babamın Nargin adasında güllələndiyini bildikdə 
gündə  pəncərəmdən  seyr  etdiyim  bu  adaya  getmək  fikrinə  düşdüm.  Neftçi 
qaynım rəhmətlik Çingiz Səfərovun təşkil etdiyi katerlə o, mən və yoldaşım 
Zemfira xanım adaya getdik. Bomboş qalmış adada tək bir mayak gözətçisi 
rus yaşayırdı. Evinin həyəti boşaldılmış araq şüşələriylə dolu idi. 
Bu  anlarda  beynimdə  dolaşan  fikirlərdən  bir  dastan  yazmaq  olardı 
yəqin.  Burdan  kimlər  gəlib  keçib...  Çar  vaxtının  məhbusları,  əsir  türk 
əsgərləri,  bolşeviklərin  ölümə  məhkum  etdikləri  musavatçılar,  on  yeddi  il 
sonra həmin bolşeviklərin özləri, ziyalılar, siyasətçilər, günahsız adi adamlar. 
Susuzluqdan,  aclıqdan,  istidən  ya  soyuqdan  olmazın  əziyyət  çəkənlər, 
güllələnənlər, dənizə atılanlar... 
...Və indi cilovsuz Xəzər küləklərinin cövlan etdiyi adamsız ada... Tək 
birsakini  -  tənhalığını  araqla  ovudan  yalqız  insan...Bir  də  gəmilərin  yolunu 
yönəldən mayak... 
Bəlkə  dəhaçansa  bu  məşum  adada  ən  ağır  günlərini  yaşamış  və 
həyatlarını  burda  bitirmiş  insanların  xatirəsinə  abidə  qoyulacaq  və 
bədbəxtlərin  sərgərdan  ruhları  nəhayət,huzura  qovuşacaq.  Və  o  zaman 
xalqının  müstəqilliyi,səhhəti  və  sağlamlığı  yolunda  ömrünu  fəda  etmiş 
Xudadat bəyin də ruhu şad olacaq. 
10 yanvar 2017 
 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə