CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə34/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   30   31   32   33   34   35   36   37   ...   85

 
 
106 
qovul-muş  20  mindən  çox  soydaşımızı  Gəncə  mahalında  yerləşdirmək, 
onlara ilkin yardım göstərmək, ərzaq məhsulları ilə təmin etmək, yaralılara 
və xəstələrə tibbi xidmət göstərmək sahəsində gərgin fəaliyyət göstərmişdi. 
Aprel  işğalından  (1920)  sonra  Rəfibəyli  aprelin  30-da  bolşeviklərin 
qubernatoru  kimi  səlahiyyəti  öz  üzərindən  götürdü.  Hakimiyyəti  yeni 
yaranmış inqilab komitəsinə təhvil verdi. Mayın 12-də Rəfibəyli həbs olundu 
və ona qarşı bir neşə ittiham irəli sürüldü. Əsas ittiham ermənilərin yazdığı 
danoslara  əsaslandı.  Bolşeviklər  onu  erməni  kəndlərinin  yaradılması, 
quberniyanın erməni sakinlərinin sıxışdırıl-ması ittihamı ilə Nargin adasında 
güllələdilər. Rəfibəylinin arvadı Cəvahir xanım kiçik yaşlı 3 uşaqla birlikdə 
taleyin ümidinə qaldı: ataları qətlə yetirilərkən Kamilin 11, Rəşidin 9, Nigarın 
isə 7 yaşı vardı. 1930 ilin oktyabrında Gəncə Şəhər Soveti Rəyasət Heyəti X. 
Rəfibəylinin  arvadı  Cəvahir  xanımın  ailəsi  ilə  birlikdə,  əmlakı  müsa-dirə 
olunmaqla  keçmiş  Gəncə  dairəsi  hüdudlarından  çıxarılması  (sür-gün 
edilməsi) haqqında qərar qəbul etmişdir. 
Azərbaycan Respublikası Prokurorluğunun 1990 il 2 iyul tarixli qərarı 
ilə  Xudadat  bəy  Rəfibəyli  barəsində  cinayət  işinə  cinayət  hadisəsi  tərkibi 
olmadığına görə xitam verildi. 
 
Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabineti 
 
17 iyun 19187 dekabr 
Nazirlər Şurasının sədri və ədliyyə naziri – Fətəli xan Xoyski (bitərəf). 
Xarici  işlər  naziri  (eyni  zamanda,  müvəqqəti  olaraq,  dövlət  nəzarəti 
naziri) – Məmmədhəsən Hacınski (müsavat). 
Xalq maarifi və dini etiqad naziri – Nəsib bəy Yusifbəyli (müsavat). 
Daxili işlər naziri – Behbud xan Cavanşir (bitərəf). 
Əkinçilik naziri – Xosrov Paşa bəy Sultanov (müsavat). 
 
Səhiyyə və sosial təminat naziri – Xudadat bəy Rəfibəyli (bitərəf) 
 
Yollar naziri (eyni zamanda, müvəqqəti olaraq, poçt və teleqraf naziri) 
– Xudadat bəy Məlikaslanov (bitərəf). 
Ticarət və sənaye naziri – Ağa Aşurov (bitərəf). 
Maliyyə naziri – Əbdüləli bəy Əmircanov (bitərəf). 
Portfelsiz nazir – Əlimərdan bəy Topçubaşov (bitərəf). 
Portfelsiz nazir – Musa bəy Rəfiyev (müsavat). 
Portfelsiz nazir – Xəlil bəy Xasməmmədov (müsavat) 


 
 
107 
Media 
XəbərləriTarix« 
Azərbaycan 
Xalq 
Cümhuriyyətinin 
tarixi»Yazar:   Elçin 
Qeyd  edək  ki,  səhiyyəmizin  inkişafı  istiqamətində  göstərilən  səylər 
1918-ci  il  mayın  28-də  Azərbaycan  Demokratik  Respublikası  (ADR) 
yaradıldıqdan sonra daha çox artdı. Buna Xalq Cümhuriyyəti Hökumətinin 
17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə bağlı qərarı xüsusi 
təkan verdi. Nazirliyin 5 əsas şöbəsi – şəhər və məhkəmə tibbi şöbəsi, tibbi 
statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri yaradıldı. 
Müstəqil Azərbaycanın səhiyyə naziri vəzifəsinə ilk təyin edilən 1903-
cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş cərrah Xudadat bəy 
Rəfibəyov  oldu.  Onun  rəhbərliyi  müddətində  dövlət  hesabına  pulsuz 
xəstəxanalar  açıldı,  yeni  tibb  ocaqlarının,  laboratoriyaların  tikintisinə 
başlanıldı və lazımi avadanlıqlar alındı, yoluxucu xəstəliklərə qarşı mübarizə 
tədbirləri görüldü. 
ADR  dövründə  Azərbaycan  səhiyyəsinə  dövlət  qayğısının  yüksək 
olmasına baxmayaraq, ilk addımlarını atan respublikanın qarşılaşdığı sosial-
iqtisadi  və  siyasi  problemlər  onun  fəaliyyətinə  ciddi  təsir  edirdi.  Bu  amil 
səhiyyə nazirlərinin tez-tez dəyişməsində də özünü göstərirdi. Belə ki, 1919-
cu  ildə  səhiyyə  naziri  vəzifəsinə  Y.Y.Gindes  təyin  olundu.  Azərbaycanda 
pediatriyanın əsasını qoyan Y.Gindes rus, alman və fransız dillərində 170-ə 
yaxın elmi əsərin müəllifi, Azərbaycanın əmək qəhrəmanı olub. Onun nazir 
olduğu dövrdə ölkənin digər bölgələrində də pulsuz xəstəxanalar açıldı, pe-
diatriya sahəsi inkişaf etdi. Y.Gindes öz hesabına Buzovnada Sümük vərəmi 
sanatoriyası  tikdirdi.  Azərbaycan  Demokratik  Respublikasının  sonuncu 
səhiyyə naziri isə M.Rəfiyev oldu. 
Xalq  Cümhuriyyəti  yarandığı  ilk  gündən  səhiyyənin  bütün  isti-
qamətlərdə  inkişafını  sürətləndirmək  üçün  tədbirlər  görüldü.  Hökumət 
əhaliyə  göstərilən  tibbi  xidməti  yaxşılaşdırmaq,  epidemiyalara  qarşı 
mübarizəni  gücləndirmək  üçün  hərtərəfli  planlar  işləyib  hazırladı,  qərarlar 
qəbul  etdi  və  Səhiyyə  Nazirliyi  qarşısında  çox  ciddi  vəzifələr  qoydu. 
Onlardan ən önəmlisi əhalinin sağlamlığının qorunması üçün lazımi şəraitin 
yaradılması və antisanitariya ilə mübarizənin gücləndirilməsi idi. 
ADR  hökumətinin  xüsusi  diqqət  yetirdiyi  sahələrdən  biri  də  milli 
təbabət  kadrlarının  hazırlanması  idi.  Bu  məqsədlə  bir  qrup  gənc  xarici 
ölkələrdə təhsil almağa göndərildi. Lakin bu, əlbəttə, kifayət etmirdi. 
ADR  hökumətinin  1919-cu  ildə  sentyabrın  1-də  Bakı  Dövlət  Uni-
veritetinin təsis olunması haqqında qərarından sonra vəziyyət dəyişdi. Demək 
olar  ki,  Azərbaycanda  tibb  elminin  inkişafı  Bakı  Dövlət  Universitetinin 


 
 
108 
açılması ilə sürətləndi. Universitetdə tarix-filologiya və tibb fakültələri açıldı. 
Bakı  Dövlət  Universitetinin  ilk  rektoru,  görkəmli  cərrah,  professor 
V.İ.Razumovski,  tibb  fakültəsinin  ilk  dekanı  isə  professor  İ.İ.Şirokoqorov 
oldu. Onlar qısa müddətdə Bakıda yaşayan tibb kadrlarının ən istedadlılarını 
BDU-da  işə  cəlb  etdilər.  Tibb  fakültəsini  bitirənlər  arasında  gələcəyin 
görkəmli alimləri yetişdi. Universitetin ilk məzunlarından akademik C.Əfən-
diyevin, professorlar K.Balakişiyevin, Ə.Sultanovun,  A.Tahirovun, A.Qara-
yevin, A.Sadıqovun və başqalarının adını xüsusi vurğulamağa dəyər. Qeyd 
edək  ki,  artıq  bir  neçə  ildən  sonra  universitetdə  ilk  azərbaycanlı  elmlər 
doktorları  –  M.Mirqasımov,  M.Topçubaşov,  M.Sultanov,  S.Vəlixan, 
A.Cəfərov var idi. 
Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  qoyulmuş  ənənələrdən 
AXC-nin  süqutu  və  ölkədə  sovet  hakimiyyətinin  qurulmasından  sonra  yeni 
yaranan Xalq Səhiyyə Komissarlığı və onun səhiyyə orqanları da bəhrələndi. 
Yeni Komissarlığın ümdə vəzifəsi respublikada geniş yayılmış vəba, çiçək, 
malyariya,  qarın  yatalağı,  qızılca  kimi  yoluxucu  xəstəliklərlə  mübarizə 
aparmaq idi. Bu və digər sahələrdə islahatlar aparmaq üçün səhiyyə komissarı 
(səhiyyə naziri) vəzifəsinə 1921-ci ilin 28 noyabrında M.Qədirli təyin edildi. 
Onun səhiyyə komissarı kimi fəaliyyət göstərdiyi dövrdə vahid tibbi-səhiyyə 
sistemi  yaradıldı,  kadr  hazırlığına,  kənd  səhiyyəsinin  yüksəldilməsinə, 
əhalinin  dərman  təminatının  yaxşılaşdırılmasına,  qadın  və  uşaqlara  tibbi 
xidmətin  inkişafına  xüsusi  fikir  verildi.  Bir  çox  qəza  mərkəzlərində,  böyük 
yaşayış məntəqələrində xəstəxanalar, ambulatoriyalar, apteklər və digər tibb 
müəssisələri  təşkil  olundu.  Xalq  Komissarları  Sovetinin  təşkili,  apteklərin 
milliləşdirilməsi,  uşaqlara  pulsuz  yeməklərin  paylanması  və  əhaliyə  pulsuz 
tibbi xidmətin göstərilməsi ilə bağlı ilk dekretlər həyata keçirildi. 
 
Anar 
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri 
 
Bir neçə gün bundan əvvəl Rəfibəylilər nəslinin ağsaqqalı, dostum və 
qohumum, Ədliyyə generalı Akif Rəfiyev mənə: 
Yadındadır da - dedi - yanvarın 12-də Xudadat bəyin doğum günüdür, 
həm də anadan olmasının 140 ili tamam olur. Televiziya kanallarından biriylə 
danış, heç olmasa 2002-ci ildə onun haqqında çəkilmiş 45 dəqiqəlik “Tanrı 
adamı” filmini göstərsinlər o gün. 
Doğrusu  xəcalət  çəkdim.1918-ci  ildə  Azərbaycan  Xalq  Cümhu-
riyyətinin  ilk  səhiyyə  naziri,  1919-cu  ildən  1920-ci  ilin  mayında  həbsinə 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə