CəFƏr cabbarli adina respublika gənclər kitabxanasinin



Yüklə 15,99 Kb.
Pdf görüntüsü
səhifə38/85
tarix14.06.2018
ölçüsü15,99 Kb.
#48907
1   ...   34   35   36   37   38   39   40   41   ...   85

 
 
118 
naminə  öz  vəzifələrini  indən  belə  də  vicdanla  və  səylə  yerinə 
yetirəcəklər.Qubernator Rəfibəyov". 
Xudadat bəy 1920-ci il mayın 12-də həbs edildi. Gəncəlilər həyəcan içində 
idilər,  şəhər  qaynayıb  qarışırdı.  Rəfibəylinin  Bakıya  göndəriləcəyi  dəmiryol 
stansiyasına  minlərlə  adam  toplaşmışdı.  Xudadat  bəy  başında  silindr,  əynində 
qara  plaş,  əlində  əsa,  həmişə  olduğu  kimi  başını  uca  tutaraq  və  ətrafa 
boylanmadan  üç  nəfər  silahli  əsgərin  müşayiəti  ilə  irəliləyirdi.  Kimsə  ona  pul 
təklif etdi. Keçmiş qubernator onun əlini kənara edərək:Təşəkkür edirəm, lazım 
deyil,- dedi. 
İzdihamdan  bir  nəfər  aralanaraq  ona  yaxınlaşdı.  O  dedi  ki,  Xudadat 
bəyi azad etməkdə gəncəlilərə kömək üçün Şəmkirdən 400 nəfər silahlı süvari 
dəstə gəlir. Bu sözləri eşidənlərin bir çoxunun gözləri yaşardı. Xudadat bəy 
isə belə cavab verdi: 
Mən  razı  ola  bilmərəm.  Mənim  adımı  biabır  etmək  lazım  deyil. 
Şəhərimizin,  nəslimizin,mənim  atamın  adını  bədnam  etmək  lazım  deyil,  qan 
tökmək lazım deyil. Məni heç nədə təqsirləndirə bilməzlər. 
Burada  mühafizəçilərə  ermənilərin  silahlı  dəstələri  də  qoşuldu. 
Gəncəlilərin isə qabağını kəsib saxladılar. Qatar Bakıya yola duşdu… 
Xudadat bəyi bir neçə maddə ilə mühakimə etdilər. Bunların arasında 
298 sayılı iş üzrə erməni kəndərinin yandırılması və erməni əhalisinə divan 
tutulması da var idi. Əlbəttə, bu iftira idi və bu cinayət işi bir neçə erməninin 
yalan  ifadələri  əsasında  qaldırılmışdı.  Xudadat  bəy  Rəfibəyli  özünü  bu 
şəkildə  müdafiə  etdi:  "Mənim  barəmdə  irəli  sürülmüş  ittihamda  özümü 
təqsirkar  hesab etmirəm. Sənədləri, əlimdə olan bütün subutları təqdim edə 
bilsəydim, aydın olardı ki, mən təqsirkar deyiləm". 
Ona  bu  imkanı  vermədilər…  Ona  son  sözü  də  deməyə  imkan  ver-
mədilər.  1920-ci  il  iyunun  1-də  Xudadat  bəyi  tələsik,  xəlvəti  bir  şəkildə 
Xəzərin  kiçik  bir  adasına  apardılar  və  güllələdilər.  Mayın  20-də  başlanmış 
298 sayılı işi isə bağlamadan əbədi saxlanmağa göndərdilər. O, 43 yaşında 
həlak  oldu.  Həyat  yoldaşı  Cəvahir  xanım  üç  uşaqla  qaldı.  Atalarıdünyadan 
köçən  zaman  Kamilin  11,  Rəşidin  9,  gələcəyin  böyük  şairəsi  Nigar 
Rəfibəylinin isə 7 yaşı vardı… Və atasız qalan bu ailəni qarşıda həyatın necə 
ağır sınaqları gözləyirdi. 
Xudadat  bəy  Rəfibəyli  təqsirkar  olmadığı  haqqında  bəraəti  isə 
ölümündən 70 il sonra qazandı. 
" Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyov barəsində PS-12663 sayılı 
cinayət işinə… cinayət tərkibin olmadığına görə xitam verilsin. 


 
 
119 
Azərbaycan  Respublikası  Baş  Prokurorunun  birinci  müavini,  3-cü 
dərəcəli ədliyyə müşaviri M. Babayev 
                                                               
02 iyul 1990-cı il". 
                                                          "Sahil" İAM @ 2002 
                                       
                                  İstifadə edilən mənbələr 
 
1.
 
Cəfər  Cabbarlı  adına  Respublika  Gənclər  kitabxanasının  Elektron 
kataloqu 
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası : 2 cilddə / red. heyəti 
Y. M. Mahmudov [et al.] ; baş red. Y. M. Mahmudov 
I cild. - Bakı : Lider nəşriyyat, 2005. - 440 s. 
Annotasiya: Ensiklopediyada  Azərbaycan Xalq Cümhuriyyəti dövrü-
nün inzibati-ərazi bölgüsünü əks etdirən çoxsaylı rəngli xəritələr, mətndaxili 
ağ-qara  və  rəngli  şəkillər,  xəritələr,  cədvəllər,  diaqramlar,  portretlər,  hərbi 
əməliyyat planları və başqa illüstrasiya materialları verilir. Bunların bir çoxu 
ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında işıq üzü görür. 
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası : 2 cilddə / red. heyəti 
Y. M. Mahmudov [et al.] ; baş red. Y. M. Mahmudov 
II cild. - Bakı : Lider nəşriyyat, 2005. - 472 s. 
Azərbaycan Xalq Cümhuriyyəti - 90 : 1918-1920 : biblioqrafiya  
/ Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, M.F. Axundov 
adına Azərbaycan Milli Kitabxanası ; tərt. Ş. Nağıyeva ; red. G. Səfərəliye-
va. - Bakı : M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası, 2008. –  
266 s.  
           Annotasiya: Tərtib olunmuş bu biblioqrafik göstərici ADR-in yaran-
masını, fəaliyyətini və  süqutunu, onun ictimai-siyasi xadimlərinin həyat və 
fəaliyyətini əhatə edir. 
Azərbaycan tarixi : 7 cilddə / AMEA A.Bakıxanov adına Tarix İnsti-
tutu. - (Azərbaycan dili və tarixi). 
V cild : 1900-1920-ci illər. - Təkrar nəşr. - Bakı : Elm, 2008. - 696 s. 
Annotasiya:  Kitabda  XX  yüzilliyin  son  dərəcə  mühüm  hadisələrlə 
zəngin  olan  ilk  onilliyi  işıqlandırılmışdır.  Azərbaycan  xalqının  bütün  həyat 
sahələrini  əhatə  edən  köklü  dəyişikliklərin  baş  verdiyi  həmin  dövürdə 
kapitalist  istehsal  münasibətlərinin  iqtisadiyyatda  aparıcı  mövqe  tutması, 
maarifçiliyə  əsaslanan  milli  özünüdərk  və  ictimai  şüurun  milli  dövlətçiliyi 


 
 
120 
bərqərar etməklə nəticələnən böyük bir inkişaf mərhələsi keçməsi, ədə-biyyat 
və  mədəniyyətin  coşqun  inkişafı,  sosial-iqtisadi  təkamül,  cəmiyyətin  digər 
mühüm  proses  və  hadisələri  bu  cilddə  diqqət  mərkəzinə  çəkilmişdir. 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  qurulması  ilə  nəticələnən  milli-azadlıq 
hərəkatından  geniş  bəhs  olunan  bu  cilddə  Cümhuriyyətin  müxtəlif 
sahələrdəki  fəaliyyəti  və  onun  süqutuna  səbəb  olan  amillərlə  yanaşı,  milli 
dövlət quruculuğunda mühüm tarixi - siyasi əhəmiyyəti də şərh edilir. 
Yaqublu, Nəsiman Qara oğlu. Azərbaycan legionerləri : monoqrafiya / 
N.  Q.  Yaqublu  ;  elmi  məs.:  R.  Abutalıbov,  M.  A.  Teymur.  -  Bakı  :  Çıraq, 
2005. - 336 s. 
 
İnternet resursları 
 
HTTPS://EN.WIKIPEDIA.ORG/WIKI/KHUDADAT_RAFIBEYLI 
 
http://www.anar.az/?menu=51 
 
https://www.youtube.com/watch?v=9_nyAJrMuoY 
 
https://www.youtube.com/watch?v=xY_qSzf0050 
 
https://www.youtube.com/watch?v=9_nyAJrMuoY 
 
www.anl.az/down/meqale/zaman/2013/fevral/292990.htm 
 
https://ok.ru/bilirsenmi/topic/65703194812509 
 
https://az-az.facebook.com/AzTarix/posts/962401940450251 
 
www.anar.az/?menu=51 
 
www.history.az/pdf.php?item_id=20101013030414271... 
 
           Xudadat bəy Rəfibəyli:biblioqrafik icmal / tərt. Y. Z. Sadıqlı. 
-  Bakı  :  C.Cabbarlı  adına  Respublika  Gənclər  Kitabxanası,  2017.  –  18  s.  - 
ryl.az@mail.ru. 


Yüklə 15,99 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə