www.vivo-book.com
231
Karkinez körfəzi boyu küləyə üstün gələrək, gəminin
böyürlərinə dəyən qüvvətli, dəhşətli dalğalar əmələ gətirirdi.
Mənim üst-başım tamam su içindəydi, hətta yelkənim də
şkatorunadək islanmışdı. Bir dəfə cəld bir manevrlə özümü
Demetriosa çatdırdım, mənim qayığımın burnu onun
gəmisinin ortasına toxundu. Bu vaxt mənə köməkçi çox
gərək idi. Özümü elə təzəcə irəli atmışdım ki, onun qayığına
hoppanım, o, avarla öz qayığını mənimkindən araladı, bunu
edərkən təhqiredici şəkildə düz üzümə baxıb güldü.
Biz Karkinez körfəzinin başlanğıcında çox qorxulu bir
sahədə idik. Vallexo və Karkinez körfəzlərinin suları sürətlə
bir-birinə qarşı gəlirdi. Nap çayının və sahildəki nəhəng
çəkilmənin suları Vallexo körfəzindən Syuisan limanın
Sakramento
San-Xoakin
çaylarının suları Karkinez
körfəzindən keçirdi. Bu qorxulu axınlar toqquşan yerdə
dəhşətli iti axın əmələ gəlirdi. Bütün bunlar azmış kimi,
külək San-Pablo körfəzinə tərəf on beş dəniz mili
qüvvəsində əsir, nəhəng dalğaları iti axıntıya çırpırdı.
Bir-birinə zidd axınlar toqquşur, burulğanlar, girdablar,
çalalar əmələ gətirir, dörd bir tərəfə çırpınır, qəzəbli dalğalar
www.vivo-book.com
232
şaxə qalxır. Həm külək əsən tərəfdən, həm də o biri tərəfdən
qayığımıza çarpırdı. Bütün bu çaxnaşmaların arasında San-
Pablo limanından hərəkəti nəticəsində sanki ağlını itirmiş
nəhəng, köpüklənən güclü ləpələr gurultu ilə axırdı.
Mən də fırtınalı dəniz kimi qəzəblənmişdim. Qayıq
cıdır atı kimi bütün bu qarmaqarışıqlığın içindən keçərək,
bütün maneələri dəf edərək, ildırım sürətilə irəli çarpırdı.
Mənim bütün varlığımı sakitləşməyən sevinc bürümüşdü.
Nəhəng yelkən, küləyin vıyıltısı, coşqun dalğalar, suya tez-
tez baş vuran qayıq, qiyama qalxışan bu mühitin içində
xırdaca bir xal, cırtdan olan mən, bu təbii qüvvələri iradəmə
tabe etmişəm, onların arasından, onların üzərindən təntənə
ilə müzəffər kimi keçirəm.
Mən qalib qəhrəman kimi irəli cumanda dəhşətli cırıltı
səsi eşidildi. Qayıq bir anda dayandı. Məni qabağa itələdi,
qayığın dibinə düşdüm. Ayağa qalxanda gördüm qarşımda
yaşıla çalan, üstünü mamır basmış bir şey göründü, mən o
dəqiqə başa düşdüm ki, bu dənizçilərin qənimi, batmış
payadır. Heç kəs bu bədbəxtlikdən yaxa qurtara bilməz.
Sudan şişmiş, düz suyun üzündə üzən payanı coşmuş
www.vivo-book.com
233
dənizdə vaxtında görmək, yanından dövrə vurub ötmək
mümkün olan iş deyil.
Görünür, paya qayığın bütün burun tərəfini
zədələmişdi, çünki bir neçə saniyədən sonra qayığın içi
yarısınacan su ilə doldu. Dalğalar da qayığın suyunu
artırdılar, ağır ballast onu çəkib suyun dibinə apardı. Bütün
bunlar elə cəld baş verdi ki, yelkənə ilişdim, məni nəsə
qayığın altına dartıb saldı. Mən yarı boğulmuş halda
(ciyərlərimə o qədər su dolmuşdu ki, az qala boğulacaqdım)
çətinliklə suyun üzünə qalxanda avarlar daha gözə
çarpmırdı. Görünür, qudurmuş dalğalar onu yuyub apardı.
Mən gördüm ki, Demetrios Kontos öz qayığından boylanır,
onun istehzalı, kinli, qisaslı qəhqəhəsi eşidilirdi. O şən-şən
nəsə qışqırırdı. O məni açıq-aydın ölümün pəncəsində qoyub
gedirdi.
Mənim öz həyatımı xilas etmək üçün irəli üzməkdən
başqa əlacım yox idi. Bu qarmaqarışıqlıqda ölüm-dirim
məsələsini bir saniyə belə həll edirdi. Ciyərlərimə çoxlu
hava alıb, bərk-bərk əl-qol ata-ata özümün ağır dənizçi
çəkmələrimi, gödəkcəmi çıxarıb atdım. Ancaq ciyərlərimə
www.vivo-book.com
234
hava aldım demək asandır, mən tezliklə başa düşdüm ki,
məsələ üzməkdə yox, nəfəs almaqdadır.
San-Pablonun hündür, ağ yallı, güclü dalğaları mənim
üstümə tökülür, məni ora-bura çarpır, qabaran dalğalar məni
boğurdu, ağzıma-burnuma, gözümə su fışıltı ilə dolurdu.
Dəhşətli çalalar ayaqlarımı sorurdu ki, bir an sonra məni
köpüklənən, bulaq kimi çağlayan suyu ilə yuxarı tullasın, elə
bu andaca nəfəsimi dərməmiş, nəhəng köpüklü dalğalar
başımın üstündən aşırdı.
Bütün bunlara uzun müddət davam gətirmək olmazdı.
Mən havadan çox su udur, demək olar ki, bütün vaxtı suyun
altında olurdum. Ağlımı itirirdim, başım bərk fırlanırdı. Mən
sağ qalmaq üçün həyəcanla əl-qol atır, demək olar ki,
huşumu tamam itirmişdim ki, çiyinlərimdən tutub qayığa
dartdıqlarını hiss etdim. Bir müddət skamyanın üstündə üzü
üstə uzanıb qaldım, ağzımdan su tökülürdü. Sonra güc-bəla
ilə nəfəs ala-ala dönüb baxdım, görüm xilaskarım kimdir.
Bir əli ilə yelkəndən, o biri əli ilə sükandan yapışmış
Demetrios
Kontos
gəminin
arxa
tərəfində
oturub
gülümsünərək, mehriban-mehriban başını tərpədirdi. O,
www.vivo-book.com
235
sonradan danışdı ki, əvvəlcə məni taleyin ümidinə atıb
getmək istəmişdi, ancaq qəlbində xeyirxahlıqla bədxahlıq
hissləri oyanmışdı, xeyirxahlıq üstün gəlmişdi, yanıma
qayıtmaq fikrinə düşmüşdü.
Məndən soruşdu:
– Halın düzəldi?
Mən çətinliklə “hə”yə oxşar söz dedim, ancaq hələ
danışa bilmirdim.
O dedi:
– Sən qayığı yaxşı sürüdün. Əsl kişi kimi.
Demetrios Kontosun məni tərifləməsi sözsüz ki, çox
ürəyəyatan idi, çünki o, hər adamı tərifləməzdi, mən onun
tərifinə başımı tərpətməklə cavab versəm də, tərifinin qədir-
qiymətini bilirdim.
Söhbətimiz bununla başa çatdı, çünki hərə öz işi ilə
məşğul idi, mən özümə gəlirdim, o isə qayıqla əlləşirdi.
Vallexo körpüsünə çatanda Demetrios Kontos qayığı
bağladı, qayığın içindən çıxmaqda mənə kömək etdi.
İkimizdə körpüdə dayanmışdıq ki, Çarli tarım çəkilmiş
torların dalından çıxıb əlini Demetriosun çiyninə qoydu.
Dostları ilə paylaş: |