www.vivo-book.com
236
Mən etiraz edib dedim:
– Çarli, o məni ölümdən qurtarıb. Onu məncə, həbs
eləmək olmaz.
Çarlinin sir-sifətindən özünü itirdiyi bilindi, ancaq o
qərar qəbul edən kimi halı dəyişdi.
O mülayimcəsinə cavab verdi:
– Oğlum, heç nə edə bilmərəm. Mən öz borcumu poza
bilmərəm, onu həbs etmək mənim bilavasitə borcumdur. Bu
gün bazar günüdür, qayığımda təzəcə tutulmuş iki qızılbalıq
var. Mən daha nə edə bilərəm?
Mən başqa bir dəlil tapmayaraq üst-üstdən deyirdim:
– O məni ölümdən xilas edib.
Demetrios Kontos Çarlinin nə kimi qərara gəldiyini
eşidəndə rəngi qapqara qaraldı. O hiss etdi ki, onunla
ədalətsiz rəftar ediblər. Onun qəlbində xeyirxahlıq baş
qaldırıb, o, alicənablıq göstərib, köməksiz düşməni xilas
etmişdir. Bu yaxşılığın qabağında onu həbsxanaya aparırlar.
Çarli ilə mən Benişyaya qayıdanda küsülü idik. Mən
qanunun hər nöqtəsinə yox, ruhuna, Çarli isə elə qanunun
hər nöqtəsinə əməl edirdi. O, hər nə qədər götür-qoy
www.vivo-book.com
237
edirdisə də, başqa çıxış yolu görmürdü. Qanun açıq-aydın
bildirirdi ki, bazar günü qızılbalıq ovlamaq qadağandır. O,
patrul dəstəsinin üzvü idi, qanunun hökmən yerinə
yetirilməsinə nəzarət etmək onun borcu idi. Burda daha
götür-qoy etməli heç nə yox idi. O, vəzifə borcunu yerinə
yetirmişdi, vicdan əzabı çəkmirdi. Bütün bunlara
baxmayaraq, bunların hamısı mənə ədalətsiz görünürdü.
Demetrios Kontosa çox yazığım gəlirdi.
İki gündən sonra Vallexoya məhkəməyə gəldik. Mən
şahidlik eləməli oldum. Ömrümdə şahidlər yerində dayanıb
Demetrios Kontosun iki qızılbalıq tutduğunu gözümlə
gördüyümü və Çarlinin də onu bu iki balıqla həbs etdiyini
bildirib and içməkdən mənim üçün xoşagəlməz hadisə ola
bilməzdi.
Demetrios özü üçün vəkil tutdu, ancaq işi uda bilmədi.
Andlı idmançılar on beş dəqiqəliyinə məhkəmə salonundan
çıxıb geri qayıtdılar, qərar çıxartdılar ki, günahkardır. Hakim
Demetrios üçün yüz dollar cərimə, ya da əlligünlük həbs
cəzası kəsdi.
Çarli məhkəmə katibinə yaxınlaşdı.
www.vivo-book.com
238
O, stolun üstünə hərəsi iyirmi dollarlıq beş qızıl pul
qoyub dedi:
– Mən bu cəriməni verirəm. – Sonra üzünü mənə tutub
əlavə etdi. – Oğlum, bu yeganə çıxış yoludur.
Əlini bərk-bərk sıxanda gözlərim yaşardı.
Sözə başladım:
– Mən verərəm...
O sözümü kəsdi:
– Sənə düşən hissəni? Əlbəttə ki, bəs ayrı nə cür ola
bilər?
Bu ara Demetrios vəkilindən öyrəndi ki, pulunu Çarli
verib.
Demetrios Çarliyə yaxınlaşdı ki, onun əlini sıxsın, onun
bütün cənublulara məxsus coşqun qanı başına vurdu, pörtdü.
Xeyirxahlıqda geri qalmamaq üçün inad edib dedi ki,
cəriməni və vəkilin haqqını özü verəcək, Çarli onun
dedikləri ilə razılaşmayanda çox əsəbiləşdi.
Çarlinin bu hərəkəti balıqçılara, indiyəcən bizim
elədiklərimizdən daha artıq qanunun mahiyyətini başa saldı.
Çarli onların gözlərində böyüdü, məni də yelkənli qayıq
www.vivo-book.com
239
sürməyi bacaran cavan oğlan kimi təriflədilər. Bundan sonra
Demetrios Kontos daha qanunu pozmadı, bizim yaxın
dostumuz oldu, bizimlə söhbət eləməyə dəfələrlə Benişyaya
gəldi.
SARI YAYLIQ
Çarli dedi:
– Dostum, düzdür, bunun mənə heç dəxli yoxdur, ancaq
sən nahaq yerə axırıncı basqın təşkil etmək fikrinə düşürsən.
Dəfələrlə çox çətin vəziyyətlərə düşmüsən, təhlükəli
adamlarla üzləşmisən, amma sağ-salamat qalmısan, axırdan-
axıra başına bir iş gəlsə, adamı yandırar.
Mən də cavanlığımdan özümə qürrələnərək etiraz
etdim:
– Heç axırıncı basqını keçirməsək olar?! Özün bilirsən
ki, hər şeyin bir sonu olmalıdır... İndiki belədir, mənim
basqınlarımdan biri axırıncı olmalıdır, burda daha heç nə
etmək olmaz.
Çarli ayağını ayağının üstünə aşırdı, stolun
söykənəcəyinə yayxanıb fikrə daldı.
www.vivo-book.com
240
O, sözünün axırında dedi:
– Düz sözə nə demək olar?! Niyə də Demetrios
Kontosu tutmağın axırıncı basqın hesab edilməsin? Sən bu
işdə əməlli-başlı islansan da, sağ-salamat qaldın və... – Bu
vaxt o sözünü kəsdi, bir qədər fasilədən sonra təzədən
dilləndi. – İndi başına bir iş gəlsə, mən bunu özümə heç cür
bağışlaya bilmərəm.
Mənim Çarlinin qorxmasına gülməyim tutdu, məni
ürəkdən istəyən bu adamın məni dilə tutmasına qarşı çıxa
bilmədim, onunla razılaşmalı oldum ki, axırıncı basqın
arxada qalıb. İki il onunla biz ayrılmaz dost olmuşduq, indi
mən balıqçı patrulluğundan çıxıb şəhərə gedirdim ki,
təhsilimi başa vurum. Orta məktəbi qurtarınca, üç il ehtiyac
nə olduğunu bilməyim deyə, çoxlu pul toplamışdım, dərs
ilinin başlanmasına xeyli vaxt qalsa da, qəbul imtahanlarına
yaxşıca hazırlaşmaq qərarına gəldim.
Mən, nəyim vardısa, dənizçi sandığına yığdım, qatarla
Oklendə yola düşməyə hazırlaşırdım ki, birdən Neyl
Partinqton Benişyaya gəlib çıxdı. O, “Şimal maralı”nı cəld
Aşağı körfəzə aparmağa hazırlaşırdı. Yolda Oklendə baş
Dostları ilə paylaş: |