www.vivo-book.com
226
məğlubiyyətimizə gülmək adət şəklini almışdı. Demetrios
körpünün bir neçə yüz yardlığında yelkənini aşağı salıb,
özünü həmişəki çürük torunun əlli futunu açdı.
Çarli qəsdən yunanlardan biri eşitsin deyə, ucadan
mızıldandı:
– Mənə elə gəlir ki, onun köhnə toru tamam-kamal
yırtılmasa, bundan əl çəkən deyil.
Bu vaxt onlardan biri dilləndi:
– Onda mən özümünkünü ona verərəm.
Çarli cavab verdi:
– Zəhmət çəkmə, mənim özümün köhnə bir torum
tapılar. Əgər o mənim yanıma gəlib xahiş eləsə, verərəm.
Yunanlar şən-şən gülüşdülər, çünki kələk gəldikləri
adamla belə mehriban zarafat edə bilərdilər. Bir dəqiqədən
sonra Çarli mənə müraciət etdi:
– Hə, oğlum, hələlik. Mən şəhərə, Meloninin yanına
gedirəm.
Soruşdum:
– Qayığı götürə bilərəm?
Cavab verdi:
www.vivo-book.com
227
– Özün bilərsən, – birdən dönüb tələsmədən uzaqlaşdı.
Demetrios tordan iki dənə iri qızılbalıq çıxartdı, mən
qayığa atıldım. Kefləri kökəlmiş balıqçılar ətrafımıza
yığışmışdılar, mən yelkəni dikəldəndə mənə cürbəcür
məsləhətlər verməyə başladılar. Onlar hətta bir-birilə mərc
gəlirdilər ki, mən Demetriosu hökmən tutacağam. Onlardan
ikisi isə özlərini məhkəmə məmuru yerinə qoyaraq çox ciddi
şəkildə məndən icazə istədilər ki, mənimlə səfərə
yollansınlar, görsünlər ki, mən bütün bunları nə cür edirəm.
Ancaq mən tələsmirdim, vaxtı uzadırdım ki, Çarliyə
imkan verim Vallexoya yollansın. Özümü elə göstərirdim ki,
guya yelkənin görkəmi xoşuma gəlmədi, mən qafelin yuxarı
ucunun saxladığı burazı bir azca dartdım. Hesablamalarıma
görə, Çarli Den Meloninin yanına çatıb onun atına minəndən
sonra, mən körpüdən aralanıb yelkəni küləyə tərəf
qaldırdım. Bərk külək yelkənə dolub onu bir anın içində
birdən əydi, qayığa iki vedrəyəcən su doldu. Ən təcrübəli
dənizçinin belə, yüngül qayığının başına belə bir hadisə gələ
bilərdi, mən şkotu bir anın içində yavaş-yavaş açıb
www.vivo-book.com
228
buraxdımsa da, qayığı düzəltdimsə də, çox böyük səhv etmiş
adam kimi məni istehzalı əl çalmaqla alqışladılar.
Demetrios balıqçı patrul qayığında tək bir adamın, özü
də cavan bir uşağın olduğunu görüb, məni ələ salmaq fikrinə
düşdü. Yelkənin aşağı ucunu saxlayan ipi qısaltdı. Ondan
otuz fut aralıda düz dalınca yollandım, o da şkotu bir qədər
açıb buraxdı, körpüyə qayıtdı. O qısa qalslar edərək
fırlanmağa, dövrə vurmağa başladı, ona rəğbət bəsləyən
tamaşaçıların ürəyindən xəbər verərək, qayığının burnu ilə
şütü yarırdı. Mən də bütün vaxtı qayığı onun dalınca sürür,
onun elədiklərinin hamısını təkrar edirdim. O hətta belə bərk
küləkli havada, iri yelkəndə küləyin istiqaməti ilə qayığı
sürüb yelkəni o biri tərəfə keçirmək qorxulu olanda da
çəkinmirdi.
O
belə
güman edirdi ki, dənizdə möhkəm
qarmaqarışıqlıq yaradan, bərk əsən sahil küləyi, suyun
qüvvətli çəkilməsi, suyun axını məni fəlakətə sürükləyər.
Ancaq o gün kefim kök idi, heç vaxt qayığı indiki kimi
gözəl sürməmişdim. Mən yaxşıca burulmuş mexanizmə
bənzəyirdim, beynim yaxşı və sürətlə işləyirdi, əllərim öz
www.vivo-book.com
229
işini səhv etmədən görürdü, mən təcrübəli dənizçi kimi hər
saniyə əvvəlcədən baş verə biləcək minlərlə xırda hadisələri
də nəzərdən qaçırmırdım.
Mənim yerimə Demetriosun başına qəza gəldi. Onun
qayığının çıxarılan gilində nə isə xarab olmuşdu, korpusa
pərçim olub çıxmırdı, gil tamamilə hərəkət etmirdi.
Demetrios böyük məharətlə əldə etdiyi fasilə vaxtı tələsik
çıxarılan gillə əlləşməyə başladı, onu aşağı salmaq istədi.
Ancaq onun vaxtı çox az olduğundan, təzədən sükandan,
yelkəndən yapışmalı oldu.
Çıxarılan gil onu görünür, bərk narahat edirdi. Onun
daha mənə baş qoşmağa halı yox idi. Uzun manevrlər edərək
Vallexoya yollandı. Gəmi külək istiqamətində ilk manevr
edəndə gördüm ki, qayığım küləyə daha yaxındır, bu məni
sevindirdi. Bax, bu vaxt qayığında əlavə bir adam olsaydı,
gərəyi olardı. Mən onun bir neçə futluğunda idim, o, sükanı
buraxıb, qayığın ortasına keçib, çıxarılan gili aşağı sala
bilmirdi.
O, qayığını küləyin istiqamətinə daha dik tutub, əvvəlki
kimi şkotu bir az yavaş-yavaş açmağa, məni ötüb-keçməyə
www.vivo-book.com
230
çalışaraq, daha sürətlə getməyə çalışdı. Mən küləyə üstün
gəlmək, Demetriosu haqlamaq üçün bu imkanı ona verdim.
Mən ona lap yaxınlaşanda, o, özünü elə göstərdi ki, guya
qayığını küləyin istiqamətinə görə dəyişdirir. Mən cəld
Demetriosu qabaqlamaq üçün küləyə qarşı manevr etdim,
ancaq bu onun tərəfindən həyata keçirilən mahir fırıldaq idi.
O əvvəlki istiqaməti götürdü, mən isə ötürülmüş məsafənin
yerini doldurmağa çalışdım. Manevr məsələlərində görünür
ki, Demetrios məndən bacarıqlı idi. Dəfələrlə o demək olar
ki, əlimdə idi. Hər dəfə məni aldadıb əlimdən canını
qurtarırdı. Bu yandan külək güclənirdi, bizim əllərimiz bir
saniyə belə sakitlik nə olduğunu bilmirdi, yoxsa ki,
qayıqlarımız çevrilərdi. Mənim qayığıma gəlincə, o suyun
üzündə artıq ballast hesabına qalmışdı. Mən büzüşüb
oturmuşdum, bir əlimlə sükandan, o biri əlimlə şkotdan
yapışmışdım. Şkot ağac mıxa bir dəfə dolandığından, külək
hər dəfə bərk əsdikcə əlimdən çıxırdı. Belə vaxtlarda
yelkənin küləyi boşalırdı, mən də sözsüz olaraq geri
qalırdım. Bir şeydən təsəlli almaq olardı ki, Demetriosun
qayığının da başına belə işlər gəlirdi. Suyun güclü çəkilməsi
Dostları ilə paylaş: |