Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə54/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   50   51   52   53   54   55   56   57   ...   74

 
219 
olar  ki,  bütün  hekayələri  geniş  təhlilə  cəlb  olunur. 
Müəllifin  dili  elmi,  üslubu  aydın  olduğu  üçün 
monoqrafiya həvəslə - maraqla oxunur. Sevinc Abasova 
İsi  Məlikzadə  sənətinə  yaxın  orijinal  təhlilləri  ilə  bədii 
ədəbiyyata oxucu həvəsini artırmağa nail olur. Müəllifin 
elmi-bədii-publisist  üslubu  bütövlükdə  monoqrafiya 
haqqında xoş təəssürat oyadır. «Həsrətin sonu», «Vəfa», 
«Kürsü»,  «Oxuma,  Cəmil»  hekayələrindən  bəhs 
edərkən  müəllif  haqlı  yazır  ki,  bu  hekayələrin  hər 
birində  konkret  bir  məsələ  qoyulsa  da,  onları  ideyaca 
yaxınlaşdıran  əsas  cəhət  insan  təbiətinin  incə,  kövrək 
məqamlarını  araşdırmaq  yolu  ilə  düzlüyü,  məhəbbəti, 
təmizliyi,  mənəvi-əxlaqi  saflığı  təbliğ  və  tərənnüm 
etməkdir. 
«Qocanın  əlləri  əsirdi.  Bunu  müdir  görürdü.  O, 
gözləyə  bilərdi  ki,  yaxşı  tanımadığı  bu  yaşlı  kişi 
yalvaracaq,  xahiş  edəcək  ki,  ona  töhmət  verilməsin. 
Müdir nimçəyə qoyulmuş qrafini götürüb qalın stəkana 
su  tökdü.  Əvvəlcə  kişiyə  təklif  etdi.  Gözləri  qocanın 
gözlərinə  sataşanda  özünü  itirdi.  Bu  gözlərdə 
həyəcandan, kədərdən uzaq təmiz, mənalı bir təbəssüm 
əks olunurdu» («Dəmir divar»). 
Tədqiqatçı  hər  bir  hekayənin  təhlilində  ilk  əvvəl 
«insan  və  zaman»  məsələsinin  qoyuluşunu  və  həllini 
izləyir,  ədibin  mövqeyini  açıqlamağa,  müasir  filoloji 
fikrin  tələblərinə  cavab  verməyə  çalışır.  Mülahizələrini 
əsaslandırmaq  və  möhkəmləndirmək  üçün  İsi 
Məlikzadənin  hekayələrindən  tutarlı  dəlillər,  misallar 
gətirir. Bu yolla həm ədibə, həm mövcud zamana haqq 
qazandırır. Demək istəyir ki, dövr-mühit bütün uğur və 
ziddiyyətləri ilə nə qədər aydın, nə qədər realdırsa, ədib 


 
220 
də öz müasir düşüncələrində bir qədər haqlıdır. «Ədibin 
balaca  sıravi  qəhrəmanlarının  başına  gələn  kiçik 
əhvalatlar  sonradan  konkret  bir  həyat  problemi  kimi 
ciddi və aktual məna kəsb edir. Ədibin qənaətlərinə görə 
imkan və şəraitdən asılı olmayaraq insan qüdrətlidir, hər 
cür köhnəliyi  yeniliklə əvəz etməyə qadirdir. Bu  yolda 
o, insanlığa əngəl olan maneələrə qarşı çıxmaq uğrunda 
mübarizə aparmaqdan da çəkinmir. Bu o zaman yaranır, 
mümkün  olur ki, həyat, müasir günlər  bunu tələb edir, 
yazıçı  müşahidəsi  seyrçi  xarakter  daşımır,  yaradıcı 
mahiyyətdə  olur.  Sənətkar  mövqeyi  özünün  cəsarətli, 
kəsərli,  prinsipial  xarakteri  ilə  əsərin  bədii  ruhuna  işıq 
salır». 
Monoqrafiyanın  ən  maraqlı  səhifələrini  İsi 
Məlikzadənin  povestlərinin  təhlili  təşkil  edir.  Tədqiqatçı 
ədibin  «Haram  tikə»dən  «Qırmızı  şeytana»  qədər  bütün 
povestlərindən bəhs edir. Onların ideya mövzusu, surətlər 
aləmi  haqqında  öz  qənaətlərini  ümumiləşdirir.  Yeri 
gəldikcə  60-  90-cı  illərdə  yaranan  digər  povestlərə 
toxunur. Maraqlı müqayisələr aparır. Belə qənaətə gəlir ki,
 
İsi
  Məlikzadə  daxil  olmaqla  həmin  illərdə  yazıb  yaradan 
əksər  nasirlər  zamanla  taleyin  acı  anları  arasında  qalan 
sadə,  sıravi  insanların  iztirabları,  həyəcan  və  təlaşlarla 
dolu  əzablı  ömür  yolunun  təsviri  altında  sağlam  hisslər, 
duyğu  və  ideyalar  təbliğ  edir,  kamil  insan  uğrunda 
axtarışların təzə yollarını, cığırlarını tapmağa çalışırlar. Bu 
baxımdan
  İsi
  Məlikzadənin  «İki  günün  qonağı»,  «Özgə 
anası»,  «Quyu»  povestlərinin  təhlili  diqqəti  cəlb  edir. 
Müəllif  haqlı  olaraq  yazır:  «
Adilikdə
  böyüklüyü, 
sadəlikdə təbiiliyi, real həqiqətlərin şərhi yolu ilə humanist 
ideyaların  gücünü  göstərmək  60-  90-cı  illərin  bir  sıra 
əsərləri kimi «İki günün qonağı» pov
estini nəsrimizin
 nü-


 
221 
munələri sırasına çıxardı. İki  günlük  yol səfəri əslində bir 
ömrə sığmayan mənəvi dəyərlərin, saflıq və ucalığın qüd-
rətindən  yaranan,  müasir  günlərin  ümumi  psixologiya-
sından  xəbər  verən,  «İnsan  necə  olmalıdır?»  sualına  ca-
vablar  axtaran  bir  səfər  idi».  İsi  Məlikzadənin  digər 
əsərləri  də  bu  səpgidə  təhlilə  cəlb  olunur.  Tədqiqatçının 
dili,  üslubu  aydın,  gəldiyi  nəticələr  məntiqi  və  ağlabatan 
olduğu üçün monoqrafiya maraqla oxunur. Xüsusilə onun 
ümumiləşdirmələri kamil tədqiqatçılıq bacarığından xəbər 
verir.  İsi  Məlikzadənin  nəsr  yaradıcılığı  haqqında 
fikirlərini ümumiləşdirərkən o, belə qənaətə gəlir ki, ədib 
cəmiyyətdə  özünü  göstərən  nöqsan  və  qüsurlara  qarşı 
mübarizələrini  müsbət  idealların  təbliği  xatirinə  daha 
ciddi,  daha  kəsərli  səviyyəyə  qaldırır.  Mənəvi-əxlaqi 
dəyərlərin işığı ilə qaranlıq bucaqların kölgə və ləkələrini 
üzə  çıxarır.  Bu  başlıca  məqamın  və  ideyanın  əsasında 
ədibin  «Dədə  palıd»  povestini  təhlil  edir.  Povestin  Bağır, 
Nurcabbar  və  digər  surətlərinin  təhlili  adamı  valeh  edir. 
Ümumiyyətlə, monoqrafiya orijinal, təsirli təhlil üsulu ilə 
yazılmışdır.  Tədqiqatçı  «Evin  kişisi»,  «Günəşli  payız», 
«Gümüşgöl  əfsanəsi»  povestlərinin  hər  birinin  təhlili 
zamanı  ədibin  mövqeyini  açıqlamağa  böyük  səy  göstərir 
və buna müvəffəq olur. Onun «İnsan və zaman» anlayışına 
münasibətini  olduğu  kimi  çatdırmağa  çalışır.  «Günəşli 
payız»dan  danışarkən  qeyd  edir  ki,  yerindən,  yurdundan, 
mövqeyindən  asılı  olmayaraq  insan  kamil  olmalıdır. 
Mənəvi  -əxlaqi  kamillik  əsl  insan  faktıdır.  Cəbrayıl  belə 
bir  nemətin  daşıyıcısıdır.  Sağlam  ənənələrdən,  müqəddəs 
əxlaq  normalarından,  müasir  tələb  və  ehtiyaclardan 
yoğrulmuş  belə  bir  insan  nəinki  müasirlərinə,  eyni 
zamanda  gələcək  nəslə  də  nümunə  göstərir.  O,  kiçik  bir 
ömür  yaşasa  da,  özündən  sonrakı  üzün  ömürlərdə 
əbədiləşən  bir  insandır.  «Gümüşgöl  əfsanəsi»ndən  alınan 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə