Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə57/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   53   54   55   56   57   58   59   60   ...   74

 
230 
edir.  Cavidşünaslığın  özünün  inkişafı  da  müxtəlif 
mərhələlərdən  keçmişdir.  Bu  mərhələləri  öyrən-
mədən,  onların  özəlliklərini  aşkara  çıxarmadan  Hü-
seyn Cavidin poetik-dramatik irsinin hərtərəfli araşdı-
rılıb,  layiqincə  qiymətləndirilməsindən  danışmaq 
olmaz.  Düzdür,  sovet  hakimiyyəti  illərində  Hüseyn 
Cavidin  yaradıcılığı  haqqında  az  yazılmamışdır; 
böyük sənətkar haqqında ədəbi-tənqidi və elmi-nəzəri 
səciyyəyə  malik  bu  materiallar  müəyyən  qədər 
araşdırılmışdır.  Lakin  bu  araşdırmalar  əsasən 
marksist-leninçi  metodologiyası  və  sosialist  realizmi 
metodunun  yanlış  prinsiplərinin  təsiri  altında  aparıl-
mışdır.  Digər  tərəfdən,  həmin  araşdırmalarda  Azər-
baycan  mühacirət  ədəbiyyatşünaslığından  yan  keçil-
mişdir,  bu  və  ya  digər  məsələlərin  təhlili  və  tədqiqi 
zamanı həmin materiallardan istifadə edilməmişdir. 
  Hüseyn  Cavidin  irsi  ilə  əlaqədar  yeni  imkan-
lardan  istifadə  müasir  tələblərə  uyğun  böyük  Cavidə 
layiq  səviyyədə  əsl  Cavid  həqiqətini  ortaya  qoymaq 
üçün  təkcə  Azərbaycan  sovet  ədəbiyyatşünaslığının 
deyil,  məhz  onunla  müqayisəli  şəkildə  Azərbaycan 
mühacirət  ədəbiyyatşünaslığının  araşdırılmasının  və 
öyrənilməsinin  də  böyük  əhəmiyyəti  vardır.  Bu, 
Cavidşünaslığın yeni mərhələsinin başlanğıcı, yeni bir 
istiqamət,  meyl  və  səviyyənin  müəyyənləşdirilməsi 
üçün olduqca vacibdir. 
  Tural  Hüseynovun  monoqrafiyası  Azərbaycan 
mühacirət ədəbiyyatşünaslığının tədqiqi və onun sovet 
cavidşünaslığının materialları (əsərdə bu materialların 
böyük  əksəriyyəti  xüsusilə  xaricdə  çap  olunanları  ilk 
dəfə  olaraq  elmi-nəzəri  tədqiqata  cəlb  edilmişdir) 


 
231 
əsasında,  bütün  bunların  tarixi-müqayisəli  və 
müqayisəli-tipoloji  təhlili  əsasında  yazılmışdır. 
Monoqrafiyada  Hüseyn  Cavidin  dünyagörüşünün  və 
ədəbi-estetik zövqünün formalaşması, buna təsir edən 
amillər,  bu  amillər  içərisində  XX  əsr  Türkiyə  ədəbi-
mədəni  mühitinin,  xüsusilə  Rza  Tofiqin,  Tofiq 
Fikrətin,  Əbdülhəq  Hamidin  mühacirət  ədə-
biyyatşünaslığında  buna  münasibət  və  bütün 
bunlardan  istifadə  özəllikləri  kimi  məsələlər 
tədqiqatçı tərəfindən diqqətlə araşdırılmış və  olduqca 
inandırıcı  görünən  nəticələr  çıxarılmışdır.  Belə  bir 
başlanğıc  əsərin  sonrakı  «Hüseyn  Cavid  yaradıcılığı 
mühacirət  dövri  mətbuatında  və  siyasi-kulturoloji 
tədqiqatlarda»  və  «Şair  haqqında  monoqrafik 
tədqiqatlar»  adlı  fəsillərində  qaldırılan  problemlərin 
həlli  üçün  düzgün  istiqamət  götürməyə  və  inandırıcı 
arqumentlərə  əsaslanmağa  imkan  vermişdir.  Elmi 
tədqiqat  işində  M.Ə.Rəsulzadənin,  H.Baykaranın, 
M.B. Məmmədzadənin və b. Hüseyn Cavid haqqında 
əsərləri  araşdırılmış,  onların  siyasi-kulturoloji  
tədqiqatlarında  böyük  şairin  yaradıcılığına  dair 
mühüm yer tutmuş fikir və mülahizələri təhlil edilərək 
ümumiləşdirilmiş,  konseptual,  metodoloji  çəkiyə 
malik  baxış  və  münasibətləri  müəyyənləşdiril-
mişdir.  Tədqiqatçının  təhlillərindən  də  aydın 
göründüyü kimi, M.Ə.Rəsulzadə də, onun davamçıları 
olan H.Baykara və M.B.Məmmədzadə də öz  siyasi-
ideoloji  fəaliyyətlərində  və  dünyaya  baxışlarında, 
hürriyyət  və  istiqlal  mücadilələrində  daim  böyük 
Azərbaycan 
ədəbiyyatının 
nailiyyətlərindən 
bəhrələnmişlər,  bu  ədəbiyyatın  məşhur  simalarından 


 
232 
biri  olan  Hüseyn  Cavidin  zəngin  irsinə  xüsusi 
məhəbbətlə  yanaşmışlar.  Qaldırılan  problemlərin  bu 
yöndən  araşdırılması  həmin  görkəmli  şəxsiyyətlərin 
ədəbiyyat  və  siyasət  kimi  çox  mühüm  məsələyə  dair 
baxışlarını,  məhz  özlərinə  məxsus  xüsusi  bir 
konsepsiyaya  malik  olduqlarını  bütün  aydınlığı  ilə 
ortaya  çıxarmağa  imkan  vermişdir;  eyni  zamanda 
göstərmişdir  ki,  M.Ə.Rəsulzadənin  və  ardıcıllarının 
öz fəaliyyətlərində ədəbiyyata və kulturoloji dəyərlərə 
xüsusi  diqqət  yetirmələri  onların  hər  birinin  bütün 
varlıqlarını  həsr  etdikləri  böyük  siyasətin  ümummilli 
məzmun  və  mahiyyət  kəsb  etməsinə,  həmçinin 
mənəviyyatlı və əxlaqlı siyasət olmasına mühüm təsir 
etmişdir. Bunda isə, heç şübhəsiz, Hüseyn Cavid kimi 
qüdrətli sənətkarın əvəzsiz rolu olmuşdur. 
Tural Hüseynovun bu maraqlı əsərində Azərbay-
can  ədəbiyyatşünaslığının  görkəmli  nümayəndəsi 
M.H.Türkəqulun  və  digərlərinin  Hüseyn  Cavid 
haqqında  monoqrafik  tədqiqatlarının  təhlilinə  də 
xüsusi yer ayrılmışdır. 
Bəllidir  ki,  Hüseyn  Cavid  haqqında  ilk  monoq-
rafik  tədqiqatlardan  birini  M.H.Türkəqul  yaratmışdır. 
Görkəmli  alim  «Azərbaycanlı  türk  şairi  Hüseyn  Ca-
vid»  adlı  əsərini  1962-ci  ildə  Vaşinqtonda  yazıb 
tamamlamış,  bir  il  sonra  isə  İstanbulda  çap 
etdirmişdir.  Müəllif  bu  əsəri  yazarkən  görkəmli 
cavidşünas  akademik  M.Cəfərin  1960-cı  ildə  Bakıda 
çap  olunmuş  monoqrafiyasından  xəbər  tuta  bilmə-
mişdi.  M.H.Türkəqul  M.Cəfər  müəllimin  ancaq  Hü-
seyn  Cavidin  1958-ci  ildə  Azərnəşr  tərəfindən  çap 
edilmiş  «Seçilmiş  əsərləri»nə  yazdığı  iri  həcmli  ön 


 
233 
sözünü  oxumuş  və  monoqrafiyasında  bundan  yeri 
gəldikcə  istifadə  etmiş,  mübahisələr  aparmışdır. 
M.H.Türkəqulun 
monoqrafiyası 
cavidşünaslıqda 
hökm  sürən  bir  çox  mübahisələrə  aydınlıq  gətirmək 
baxımından  olduqca  böyük  əhəmiyyətə  malikdir.  Bu 
əsər  Hüseyn  Cavid  yaradıcılığının  ideya-məzmun 
özəllikləri ilə yanaşı, ədəbi-estetik xüsusiyyətlərini də 
ortaya  çıxarmaq  və  dəyərləndirmək  üçün  zəngin 
material  verir.  M.H.Türkəqulun  monoqrafiyasında 
Cavidin  böyük  sənəti  ilə  yanaşı,  şair–  dramaturqun 
sənətə  baxışı,  bədii-estetik  görüşləri  haqqında  da 
müəyyən  qədər  bəhs  olunur.  Bununla  belə  həmin 
monoqrafiya  Tural  Hüseynova  qədər  cavidşünasları-
mızın  diqqətindən  kənarda  qalmış,  heç  bir  tədqiqata 
xüsusi  olaraq  cəlb  edilməmişdir.  Tural  Hüseynov  bu 
monoqrafiyanı 
Azərbaycanda  ilk  dəfə  nəşrə 
hazırlamış,  30  səhifəlik  geniş  ön  sözü,  10  səhifəlik 
izah  və  qeydləri  ilə  2002-ci  ildə  çap  etdirmişdir. 
Təsadüfi deyil ki, həmin nəşr ədəbi-elmi ictimaiyyət-
də  xüsusi  maraq  doğurmuş,  onun  haqqında  dövri 
mətbuatda müsbət rəylər çap olunmuşdur. Turalın bu 
monoqrafiyaya  yazdığı  ön  sözə  verdiyi  «Hüseyn 
Cavidə böyük məhəbbətlə» adı birbaşa Türkəqula aid 
olsa  da,  müəyyən  qədər  simvolik  məna  daşıyır  və 
gənc  tədqiqatçının  böyük  sənətkarın  zəngin  irsinə 
münasibətini  də  ifadə  edir.  Cavid  şəxsiyyətinə  və 
Cavid  sənətinə  belə  məhəbbət  və  münasibət 
tədqiqatçının  araşdırdığı  problemlərə  dərindən 
bələdliyindən  və  qarşıya  çıxan  suallara  verilən 
cavabların  yəqinlik  və  qətiliyindən  doğur.  Bütün  bu 
cəhətlər  digər  mühacirət  ədəbiyyatşünası  S.Təkinərin 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə