Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə59/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   55   56   57   58   59   60   61   62   ...   74

 
238 
Sabit  Rəhmanın  teatra,  səhnəyə  olan  bağlılığı 
«Teatr  hekayələri»  adlı  silsilə  nəsr  əsərlərinin 
yaranmasına  səbəb  olmuşdur.  Görkəmli  yazıçı  teatr 
sənəti,  məşhur  aktyorlar,  dramaturqlar  haqqında  bir 
sıra məqalələr, xatirələr yazmış, sənət və həyat prob-
leminə  kiçik  pyeslərində  də  toxunmağa  çalışmışdır. 
Ədibin  «Teatr  hekayələri»  silsiləsinə  daxil  olan 
«Cənnət xuliqanı», «Nadir şah», «Qaragöz», «Məşədi 
İbad», «Sınıq güzgü», «İlk tamaşa», «Qanlı məktub», 
«Ərəboğlu»,  «Şəkil»,  «At»,  «Darvaza  dram  cəmiy-
yəti»  kimi  hekayələrinin  hamısı  reallığa  əsaslanır  və 
bu hekayələrdə yazıçı ya şahidi olduğu, ya da eşitdiyi 
hadisələri təsvir etmişdir. 
Teatr  həyatına  həsr  olunmuş  əsərlərin  ən  bariz 
nümunəsi  böyük  Azərbaycan  tragiki  Hüseyn 
Ərəblinskiyə  həsr  etdiyi  «Son  faciə»  povesti  sayıla 
bilər. Bu əsər  bizim böyük sənətkarımıza qoyulan ən 
gözəl  abidədir;  burada  hər  addımı,  həyatının  hər  anı 
tragik  kolliziyalarla  müşayiət  olunan  həmin  tarixi 
şəxsiyyət  real,  həyati  və  tarixi  həqiqətlərə  söykənən 
bir ideal kimi qələmə alınmışdır. 
Nəsr  yaradıcılığına  kiçik  satirik  hekayələrlə 
başlayan  Sabit  Rəhman  sonralar  iri  həcmli  nəsr 
əsərlərini  –  «Vəfasız»,  «Arzular»,  «Son  faciə» 
povestlərini,  «Böyük  günlər»  və  «Nina»  tarixi 
romanının  heç  birini  satirik  planda  yazmamışdır.  Bu 
əsərlərdə  İnsanın  arzu  və  istəkləri,  mənəvi  dünyası, 
vətəndaş  kimi  formalaşması,  səmimi  duyğuları  ədibi 
maraqlandıran əsas amillərdən olmuşdur. 
Bütün  bu  və  ya  digər  məsələlərə  S.Sultanova 
tamamilə yeni müstəvidən yanaşmış, yeni baxış buca-


 
239 
ğından baxmağa çalışmış və əksər hallarda müvəffəq 
ola bilmişdir. 
Monoqrafiyanın  başqa  bir  məziyyətini  biz 
müəllifin  təkcə  Sabit  Rəhman  nəsrini  təcrid  olunmuş 
şəkildə  –  məhəlli  miqyasda  yox,  klassik  Azərbaycan 
və  dövründə  yaranan  digər  xalqlar  bədii  nəsrinin 
ümumi  kontekstində  alıb  işlənməsində  görürük.  Belə 
ki, araşdırıcı yeri gəldikcə, həm sosioloji təhlil zama-
nı,  həm  də  sənətkarlıq  məsələlərindən  danışarkən 
Azərbaycan  nasirlərinin  hekayə,  roman  və  povestləri 
ilə  müqayisələr,  paralellər  aparır.  Məsələn,  ədibin 
«Hamam  barədə»  hekayəsi  C.Məmmədquluzadənin 
«Yan  tütəyi»,  «Diziyamaqlı»  «Bəlkə  də  qaytardılar» 
hekayələri  ilə,  eləcə  də  Ə.Haqverdiyevin  «Şeyx 
Şəban»  əsəri,  «Molla  Maşallah»  hekayəsi  ilə 
qarşılaşdırılır, oxşar və fərqli cəhətləri aydınlaşdırılır. 
Eyni  zamanda,  tədqiqat  işində  Y.V.Çəmənzəminli, 
B.Talıblı,  Simurğ,  Mir  Cəlal  və  s.  kimi  yazıçıların 
bədii  nəsri  ilə  Sabit  Rəhmanın  satirik  nəsri, 
S.Rəhimov,  M.Hüseyn,  M.S.Ordubadi,  Ə.Əbülhəsən, 
Ə.Vəliyev,  S.Vəliyev  və  s.  yazıçıların  epik  vüsətli 
roman və povestləri ilə ədibin analoji janrda yazılmış 
əsərləri arasında tipoloji yaxınlıqlar göstərilir, həm də 
yazıçının  rus  və  mütərəqqi  Avropa  ədəbiyyatına 
münasibəti aydınlaşdırılır. 
Özündən  qabaqkı  müəlliflərdən  fərqli  olaraq 
S.Sultanova öz monoqrafiyasında hər şeyi təsdiq, tərif 
yolu  ilə  yox,  tənqidi  tərzdə  həm  yazıçının  öz 
əsərlərinə,  həm  də  bu  barədə  yazan  müəlliflərə  öz 
münasibətini  bildirir.  Əsərin  polemik,  mübahisəli 
ruhu da buradan irəli gəlir. 


 
240 
Əsərin  digər  bir  məziyyəti,  tədqiqatçının  yazı-
çının əsərlərini etik-mənəvi və sosial-psixoloji proble-
matika  baxımından  təhlil  etməsi,  Sabit  Rəhman  nəs-
rində tarixilik və müasirlik problemini, bunun realizə 
forma  və  üsullarını,  bədii-estetik  prinsiplərini  izlə-
məsidir. 
Tədqiqat  işində  yazıçının  nəsri  üçün  xarakterik 
olan  ən  başlıca  sənətkarlıq  məsələləri  –  konflikt  və 
xarakter,  süjet  və  kompozisiya,  realist  sənətdə 
tipikləşdirmənin 
əsas 
komponentlərindən 
olan 
fərdiləşdirmə  və  ümumiləşdirmə  məsələsi,  dil  və 
üslub və s. araşdırılmışdır. 
Monoqrafiyada  demək  olar  ki,  görkəmli  ədibin 
qələmindən  çıxan  bütün  bədii  nəsr  nümunələrinin 
əksəriyyəti  təhlilə  cəlb  olunmuş,  onların  tədqiqi 
zamanı 
yazıçının 
publisistikası 
da 
yaddan 
çıxarılmamış,  yeri  gəldikcə,  onun  epik  irsinin 
özünəməxsusluqlarını – dramaturgiyası, publisistikası, 
ssenariləri  ilə  bağlı  tərəflərini  işıqlandırmağa 
çalışmışdır. 
Yazıçının  roman  və  povestlərinin  təhlilinə  həsr 
olunmuş  fəsillər  də  yaxşı  təsir  bağışlayır.  Müəllif 
burada da bu və ya digər qüsurlu cəhətlərə dair tənqidi 
iradlarını  bildirir.  Məsələn,  «Böyük  günlər»  və 
«Nina»  romanlarının  ideya-  məzmun  və  sənətkarlıq 
baxımından  mövcud  olan  qüsurları,  çatışmayan 
cəhətləri,  xüsusilə  «Böyük  günlər»  romanı  və 
«Arzular»  povestinin  qeyri-  bədiiliyi,  sxematikliyi 
kəskin tənqid edilir. 
Bütün  bunlar  göstərir  ki,  əsərin  müəllifi  artıq 
kamil, bitkin bir qələmə malik olan, öz müstəqil fikir-


 
241 
lərini  konkret  bədii  nümunələr  əsasında  söyləməyi 
bacaran, öz baxışını müdafiə etmək iqtidarı ilə seçilən 
bir tədqiqatçı kimi yetişmişdir. 
Yuxarıda  deyilənləri  nəzərə  alaraq  Müasir 
Azərbaycan  ədəbiyyatı  kafedrasının  baş  müəllimi, 
filologiya  elmləri  namizədi  Sürəyya  Sultanovanın 
«Sabit  Rəhmanın  bədii  nəsri»  adlı  kitabı  respublika-
nın  ali  məktəblərinin  filologiya  fakültələrinin 
tələbələri,  habelə  geniş  ziyalı  kütlələri  üçün  vacib 
elmi-nəzəri mənbə ola bilər. 
 
2005 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə