Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə61/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   57   58   59   60   61   62   63   64   ...   74

 
246 
qardaşların ölüm-dirim məsələsi, ən ağrılı - acılı, necə 
deyərlər,  Vətəndən  Vətənə  həsrətlə  baxan  adamların 
dərdi  -səri  kimi  bədii  ümumiləşdirmələr  şəklində  öz 
ifadəsini tam aydınlığı ilə tapmışdır: 
 
Araz qırağında dayandı qatar,  
Elə bil qəlbim də dayandı bir dəm...  
Sıxlaşdı göydəki seyrək buludlar,  
Deyəsən, başıma dolandı aləm. 
 
Bundan sonra şair ətraf aləmi az qala bədii nəsr-
dəki dəqiqliyi ilə verir: körpünü basmış  yabanı otlar-
dan,  onu  quran  mühəndisin  xar  olmuş  əməllərindən 
danışdıqdan  sonra  birdən  qəlbin  iç  dünyasının  vul-
kanik  püskürməsi  nəticəsində  lirik  ricətə  vararaq  ya-
zır: 
 
Şairim, bu sözlər qalsın bır yana,  
Yaş ötür... Qayıtma ricətlərə sən!  
Bir şeir bağışla Azərbaycana,  
Araz üstündəki bir daş körpüdən. 
 
Göründüyü kimi, şairin ricəti lap yerinə düşmüş-
dür;  hətta  burada  ricətin  leksik  mənasına  da  diqqət 
yetirilmişdir. 
Yaş ötür... Qayıtma ricətlərə sən. 
Həqiqətən  də,  ricətin  mənası  geriyə  çəkilmək, 
geriyə qayıtmaq, nəyi isə yenidən xatırlamaq anlamla-
rına gəlir. 
Epik  poeziyaya  gəlincə,  böyük  istiqlal  şairimiz 
X.R.Ulutürk  özünün  elmi-nəzəri  tədqiqatlarının 


 
247 
birində Müşfiqin poemalarındakı lirik ricətlərdən bəhs 
edərkən  yazırdı  ki,  epik  poeziyada,  konkret  olaraq 
poemalarda lirik ricəti mən bol sulu çaylara, nəhrlərə 
bənzədirəm.  Bütün  fəsillərdə,  gecə  -  gündüz  öz 
məcrası  ilə  dayanmadan  burula-burula  dənizlərə, 
ümmanlara  can  atan  çaylar  ilin  müəyyən  fəsillərində 
suyun səviyyəsinin qalxması ilə əlaqədar olaraq bəzən 
öz  məcrasından  çıxıb  bənd  -  bərəni  qıraraq  ətraf 
torpaqlara  yayılır  və  bu  yerləri  gülüstana  çevirib 
yenidən öz məcrasına dönür. 
Oxuculara  təqdim  olunan  bu  monoqrafiyada  da 
belə  bir  konsepsiya  əsas  tutulur  və  tədqiqatın 
obyektinə,  orbitinə  çevrilmiş  poemaların  elmi-nəzəri 
təhlili məhz bu baxımdan həyata keçirilir. 
Geniş  və  zəngin  erudisiyaya  malik  olan, 
ədəbiyyatımızın  keçdiyi  tarixi  inkişaf  yolunu  yaxşı 
bilən,  xüsusilə  həssas  və  incə  poetik  duyumu  ilə 
seçilən  tədqiqatçı  monoqrafiya  boyu  müəyyən 
problemlərlə  əlaqədar  olaraq  çox  zəngin  bədii 
materialdan  istifadə  etməklə  yanaşı,  çox  hallarda 
həmin  problemə  dair  yazılan  əsərlərin  (onların 
müəlliflərinin nüfuzundan, titulundan asılı olmayaraq) 
istisnasız  olaraq  hər  biri  ilə  qızğın  polemikaya  girir, 
öz  qənaətlərini  məntiqi  şəkildə  xüsusi  prinsipiallıqla, 
ən başlıcası, elmi və poetik faktlarla sübuta yetirir. 
Ümumiyyətlə,  monoqrafiyada  bir  sıra  terminlər 
tədqiqatçının  qələmi  altında,  sanki  yeni  məna  kəsb 
edir  və  onların  işləklik  dairəsi  və  funksiyası  daha  da 
fəallaşmış olur. 
Bədii  əsərin  mətni  və  lirik  ricət  ənənə  və 
novatorluğu  ilə  əlaqədar  olaraq,  lirik  ricətin  əhatə 


 
248 
dairəsi,  realist  və  romantik  əsərlərdə  lirik  ricətin 
çoxsaylı  məna  və  ifadə  çalarları,  poemalarda  lirik 
ricətin epik təsvirlə həmahəngliyi, lirik ricətlərdən bir 
bədii ifadə vasitələri kimi yaradıcı istifadə məsələləri, 
şairin lirik ricətlərə münasibəti və onlardan faydalan-
ma ustalığı və s. haqqında olduqca maraqlı müşahidə-
lər  aparan  tədqiqatçı  bunların  hamısını  şeirimizin  və 
hətta dünya şeirinin poetik təcrübəsinin ümumi nailiy-
yətləri  ilə  bütöv  və  birgə  kontekstdə  öz  elmi-  nəzəri 
ümumiləşdirmələri  ilə  gəldiyi  qənaət  və  nəticələri 
məhz bu aspektdə əsaslandırmağa çalışmışdır. 
Monoqrafiyanın  dilinə  gəlincə,  ədalətlə  deməli-
yəm  ki,  lirik  ricətdən,  poeziyadan,  poemadan,  ümu-
miyyətlə  poetik  irsdən  yazan  müəllifin  dili  olduqca 
sadə,  emosional,  hətta  poetik  əsərin  özü  qədər  heyrət 
və həyəcan doğuran şeiriyyət dili təsirini bağışlayır. 
Biz  əminik  ki,  bu  kitabı  oxuyan  şeir  sevənlər 
bundan  sonra  poetik  sözü  daha  çox  sevəcək  və  bu 
sahədə  yeni  mövzular,  ideyalar,  fikirlər  tapacaqlar.
   
2005 


 
249 
 
VURĞUN SƏNƏTİNƏ YENİ BAXIŞ 
 
Azərbaycanın  xalq  şairi  Səməd  Vurğunun 
yaradıcılığı  həmişə  tənqid  və  ədəbiyyatşünaslığın 
diqqət mərkəzində olmuş, bu mövzuda namizədlik və 
doktorluq  dissertasiyaları,  monoqrafiyalar,  məqalələr 
yazılmışdır.  Bu  araşdırmalarda  şairin  ümumi  yaradı-
cılığı və onun müəyyən sahələri, konkret əsərləri, ədə-
bi-tənqidi  və  estetik  görüşləri,  ədəbi  əlaqələrin 
inkişafında  rolu,  sənətkarlıq  xüsusiyyətləri  və  s. 
tədqiqat  obyekti  kimi  götürülmüşdür.  Nəticədə 
ədəbiyyatşünaslığımızın  vurğunşünaslıq  qolu  yaran-
mışdır.  Vurğunşünaslar  şairin  yaradıcılığında  millilik 
və  ümumbəşərilik  problemlərinə  öz  araşdırmalarında 
yeri gəldikcə toxunsalar da, müəlliflərdən heç biri bu 
mövzunu geniş şərh etməyi bir məqsəd kimi qarşısına 
qoymamışdır.  Bu  baxımdan  Adilxan  Bayramovun 
«Səməd  Vurğun:  milli  və  ümumbəşəri»  monoqrafi-
yası xüsusi maraq doğurur. 
Adilxan  Bayramov  Bakı  Dövlət  Universitetinin 
filologiya  fakültəsinin  məzunudur.  O,  ilk  tədqiqat 
vərdişlərinə  məhz  Səməd  Vurğun  yaradıcılığını 
araşdırmaqla  başlamış,  bu  mövzuda  namizədlik 
dissertasiyası  müdafiə  etmiş,  doktorluq  dissertasiyası 
yazmışdır. 
30  ilə  yaxın  bir  müddətdə  Səməd  Vurğun 
yaradıcılığı ilə məşğul olan Adilxan Bayramov özünü 
bacarıqlı,  səriştəli  və  əməksevər  tədqiqatçı  kimi 
göstərmişdir.  O,  tədqiqatçı  kimi  xeyli  iş  görmüş, 
şairin  bir  çox  çıxış  və  məqalələrini,  məktublarını, 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə