Cəlal Abdullayev



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə56/74
tarix25.07.2018
ölçüsü1,32 Mb.
#59097
1   ...   52   53   54   55   56   57   58   59   ...   74

 
225 
çıxmağın  qeyri-mümkünlüyünü  konkret  misallarla 
sübut  edə  bilir.  Tədqiqatçı  çox  haqlı  yazır  ki,  «İsi 
Məlikzadənin  bədii  dil  aləmi  son  dərəcə  zəngin, 
obrazlı  və  çoxcəhətlidir.  Bu  aləmin  bədii  söz  fəzası 
geniş,  real  olduğu  qədər  də  romantika  və 
fantaziyalarla  əhatə  olunmuşdur.  Belə  zəngin,  geniş 
miqyaslı bədii dilin mahiyyətində dilin tarixi inkişafı, 
qanunauyğunluğu,  sözün  qüdrəti  və  müdrikliyi,  canlı 
danışıq  dilinin  oynaqlığı  və  ahəngdarlığı  ilə  yanaşı, 
torpağın  -  Vətənin  və  millətin  ruhundan,  ədibin  öz 
aləmindən gələn yüksək mədəniyyət vardır». 
Monoqrafiya  Azərbaycan  ədəbiyyatına,  İsi 
Məlikzadə  irsinə  böyük  məhəbbətlə  yazılmışdır. 
Tədqiqatçı hissiyyata qapılmadan İsi Məlikzadə irsinə 
prinsipiallıqla, müasir filoloji fikrin tələblərinə uyğun 
yanaşmış,  təhlil  və  şərhlərində  tam  orijinal  mövqe 
tutmuş,  ədibin  yazıb-yaratdığı  illərin  ədəbi  mərhələsi 
haqqında dəyərli mülahizələr söyləmişdir. 
Nəticə  etibarı  ilə  deməliyik  ki,  Sevinc 
Abasovanın  İsi  Məlikzadənin  yaradıcılığına  həsr 
olunmuş  monoqrafiyası  müasir  ədəbiyyatşünaslığa 
yeni töhfədir. Bizcə bu əsər təkcə həmin bu yazıçının 
sənətini  sevənlər  üçün  yox,  hətta  daha  geniş 
auditoriya üçün maraqlı və cazibəli bir tədqiqat işidir. 
 
2001 


 
226 
 
SÖZ GÖYƏRÇİNİ 
 
Bəlkə də həyatımın ən gözəl anları bir vaxt dərs 
dediyim  tələbələrimin  kitablarını  əlimə  aldığım 
anlardır.  Ömrünü  ədəbiyyata,  ən  nəcib  sənət  olan 
müəllimliyə həsr etmiş insan üçün bundan əziz nə ola 
bilər?! 
Universiteti  bir  neçə  il  öncə  fərqlənmə  diplomu 
ilə  bitirmiş  Fidan  Nizaməddin  qızının  «Göyərçin  və 
büllur»  (Bakı,  «Ozan»,  2005)  adlı  hekayələr  kitabını 
oxuyanda  da  qürur  duydum.  Bu  kitaba  son  dərəcə 
səmimi  ön  söz  yazmış  professor  Nizaməddin 
Şəmsizadə  də  mənim  görkəmli  tələbələrimdən  olub. 
Bəlkə  onun  nəvəsi  -  Fidanın  oğlu  Nicat  da  bu  yolu 
seçəcək, kim bilir ? 
Fidanın kitabına bir-birindən maraqlı altı hekayə 
toplanıb.  Bu  hekayələri  birləşdirən  başlıca  cəhət 
həyata həssas  münasibətdir. Gənc  yazıçı sanki həyatı 
tutub  saxlamağa,  onun  fani  olmadığını  sübut  etməyə 
çalışır. Bunun üçün də Fidanın hekayələrində həyatın 
nəcib və gözəl anları şirin bir dillə poetikləşir. 
Yazıçı  öz  gördüklərini,  qəlbinin  süzgəcindən 
keçirdiklərini qələmə alır . 
Onun  yazılarında  təsvir  obyekti  ilə  müəllif 
«mən»i  elə  bir  ecazkarlıqla  birləşir  ki,  yazıçı  həmin 
təsvir  etdiyi  hadisələrin  iştirakçısına    çevrilir.  Belə 
olan  surətdə  bədii  material  möhkəm  və  uğurlu  bir 
həqiqət,  reallıq  qazanır.  «Qəm  işığı»  hekayəsində 
valideyn  itirmiş  məşhur  bir  professorun  gözəl  insani 
iztirabları  qələmə  alınır.  Fidan  əslində  iztirabın 


 
227 
ağırlığından,  acılığından  yox,  onun  təmizləyici, 
insaniləşdirici gözəlliyindən yazır. Belə hesab edirəm 
ki, «Qəm işığı» ifadəsi təkcə bir hekayənin adı deyil, 
onun bütün əsərləri üçün səciyyəvi olan bir rəmz, bir 
obrazdır.  Bu,  həssas  bir  gəlin  ürəyinin  qəm  işığıdır. 
Fidan  qəmi  insan  varlığının  ən  doğma  hissi  kimi 
tərənnüm  edir.  Mən  bu  və  digər  hekayələrdə  kifayət 
qədər  yaxşı  işlənmiş  psixoloji  məqamlar,  obrazın  iç 
dünyasına  baş  vurmaq,  təşrih  etmək  üsulu  görürəm. 
Yeri gəlmişkən onu da deməliyəm ki, Fidan tələbəlik 
illərində  bədii  ədəbiyyatda  psixologizm  problemi  ilə 
bağlı  mövzular  axtarırdı;  istər  kurs  işlərində,  istərsə 
də, Buraxılış işində. Ona görə də indi bir yazıçı kimi 
qələmə aldığı mövzulara da  məhz bu  yöndən  yanaşır 
ki,  bu  da  elə  sənətkarlıq  məsələləridir.  «Göyərçin  və 
büllur»  hekayəsində  təzə  ailə  qurmuş  gənclərimizi 
narahat  edən  evsizlik  problemi  nəzərdən  keçirilir. 
Lakin  Fidan  onu  adi  publisistik  dillə,  sadəcə  sosial 
problem kimi vermir. Təbiət və məhəbbətin, ülviyyət 
və sonsuz arzuların fəlsəfi vəhdətində, tamamilə göz-
lənilməz bir konteksdə işləyir. Sonrakı dörd hekayədə 
–  «İt  yerişi»,  «Kölgə»,  Buta»  və  «Yelləncək»  əsər-
lərində  Fidan  xanım  filosof  ədası  ilə  mühakimələr 
yürüdür. Mən bu baxımdan  «Kölgə»  və  «Yelləncək» 
hekayələrini  xüsusi  ilə  fərqləndirərdim.  Qəhrəmanın 
psixoloji ovqatını açmaq bacarığı, gözlənilməz yanaş-
ma, üslubun dəqiq psixoloji biçimlənməsi, süjet xətti-
nin düzümündə inandırıcı bədii məntiq bu fəlsəfi he-
kayələrin dəyərli cəhətləridir. 
Kitabda  toplanan  hekayələrin  elə  bəri  başdan 
adları  da  özlərinin  poetikliyi  ilə  cəlb  edir.  Kitaba 


 
228 
yazılmış  ön  sözdən  yarım  cümləni  misal  vermək 
istəyirəm:  «...onun  hekayələrində  göyərçin  qəlbinin 
kövrəkliyi  var  və  Fidan  söz  üzərinə  kəpənək  çiçəyin 
ləçəyinə  qonduğu  həssaslıqla  qonmağı  bacarır». 
Olduqca gözəl emosional müəyyənlik! 
Mən  əziz  tələbəm  Fidanı  həssas  söz  göyərçini 
adlandırıram. Qoy  göyərçin pəncərələrə  qonub insan-
lara fərəh gətirdiyi kimi, gənc yazıçı Fidan da öz dərin 
mənalı kövrək əsərləri ilə ailələrə daxil olub qəlblərə 
sevinc bəxş etsin. Fidanın daha böyük əsərlərini oxu-
maq arzusu ilə. 
 
2002 
 


 
229 
 
CAVİDŞÜNASLIQDA YENİ SÖZ 
 
  Sovet  siyasi  rejiminin  süqutu  və  Azərbaycan 
istiqlaliyyəti  ədəbi-mədəni  dəyərlərə  milli  və  ümum-
bəşəri  meyarlar  mövqeyindən  yanaşmaq  zərurəti 
doğurdu. Məhz bunun nəticəsi kimi, klassik və müasir 
ədəbiyyatımızın  adları  yasaq  edilmiş  bir  çox  müəl-
liflərinin  yaradıcılıq  irsinin  öyrənilməsi  üçün  şərait 
yarandı.  Son  illərdə  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu, 
M.Ə.Rəsulzadə,  Ə.Cavad,  A.Yıldırım,  Ümmül-banu, 
C.Hacıbəyli və başqa müəlliflərin həyat və yaradıcılıq 
yollarının  araşdırılması  ilə  yanaşı,  sovet  dövründə 
yaradıcılığına  sinfilik  və  partiyalılıq  mövqeyindən 
yanaşılan və qiymətləndirilən müəlliflərin ədəbi-bədii 
irsi də yeni elmi-metodoloji prinsiplər əsasında tədqiq 
olunmağa  başlandı.  Bu  mənada  böyük  Azərbaycan 
şairi  və  dramaturqu  Hüseyn  Cavidin  yaradıcılığı 
xüsusilə  qeyd  olunmalıdır.  Tural  Tofiq  oğlu 
Hüseynovun  böyük  şairə  həsr  etdiyi  «Hüseyn  Cavid 
və  Azərbaycan  mühacirət  ədəbiyyatşünaslığı»  adlı 
monoqrafiyası  mövzu  və  problematikasının  aktuallı-
ğına, ədəbi irsə yanaşma metodologiyasının yeniliyinə 
görə ilk baxışdan diqqəti cəlb edir. 
Qeyd  edək  ki,  Hüseyn  Cavid  yaradıcılığa 
başladığı  vaxtdan  Azərbaycan  ədəbiyyatşünaslığının 
inkişafının müasir mərhələsinə qədər ədəbi-tənqidi və 
elmi-nəzəri  fikrin  daim  diqqət  mərkəzində  olmuşdur. 
Cavidşünaslıq bir istilah kimi XX əsrin 60-cı illərində 
işlədilməyə  başlansa  da,  onun  yaranma  tarixi  Cavid 
yaradıcılığının,  demək  olar  ki,  ilk  dövrlərinə  təsadüf 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə