Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə28/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   24   25   26   27   28   29   30   31   ...   91

daxili  siyasi  böhranın  detonatoru  funksiyasını  yerinə  yetirməyə 
başlayır, onun inkişafına təkan verir və iflasa aparır. Bununla əlaqədar 
Fransamn  Əlcəzairdə,  ABŞ-nın  Vyetnamda,  SSRİ-nin  Əfqanıstanda 
apardıqları müharibələri göstərmək olar. 
Bu  münaqişələrin  «dağıdıcı»  və  «təmizləyici»  təsirlərinin 
nisbəti  fərqli  qiymətlər  doğurur,  lakin  həmin  münaqişələrin  onlarda 
iştirak etmiş ölkələrdə sosial-siyasi vəziyyətin dəyişməsində aparıcı rol 
oynadığını inkar etmək çətindir. 
Beynəlxalq  siyasi  münaqişə  ölkənin  real  gücünün  bahalı  və 
qiyməti  daim  artan  göstəricisidir.  Bu  mənada  beynəlxalq  siyasi 
münaqişələr  indikator  funksiyasını  yerinə  yetirərək,  toqquşan 
mənafelərin əhəmiyyətini, hər bir münaqişə tərəfinin öz məqsədlərini 
reallaşdırmaq  üçün  tətbiq  etməyə  qadir  olduğu  gücü  və  onun  həmin 
məqsədlər naminə getməyə hazır olduğu qurbanları müəyyən etməyə 
imkan  verir.  Bu,  münaqişə  iştirakçılarının  özləri,  bəzən  isə  bütün 
bəşəriyyətin taleyi üçün çox böyük əhəmiyyət kəsb edir. 
Beynəlxalq siyasi münaqişənin ən mühüm funksiyalarından biri 
onun  öz  iştirakçıları  arasındakı  münasibətlərdə  mövcud  olan 
problemlərin  həllində  yerinə  yetirdiyi  funksiya  təşkil  edir.  Bu 
funksiyaya  verilən  ən  müxtəlif  qiymətləri  birləşdirən  ümumi  fikir 
ondan ibarətdir ki, münaqişə problemlərin həllinin çox bahalı yoludur. 
Təəccüblü deyil ki, bu hallarda diqqət mərkəzinə münaqişənin siyasət 
aləti  kimi  rolu  deyil,  münaqişənin  qarşısının  alınması  və  həlli 
yollarının axtarışı gətirilir. 
Belə  yanaşma  qanunauyğundur  və  prinsipial  etiraz  doğurmur. 
Bununla yanaşı, etiraf olunmalıdır ki, beynəlxalq siyasi münaqişələrin 
iştirakçıları  heç  də  həmişə  özlərinin  qarşılıqlı  fəaliyyət  üsulunu  və 
formasını  seçmək,  münaqişənin  qarşısının  alınması  və  həlli  üçün 
ödəməyə  hazır  olduqları  qiyməti  müəyyən  etmək  imkanına  malik 
olmurlar. Bundan başqa, hətta belə imkan mövcud olduqda belə daha 
«güclü»  tərəf  çox  vaxt  şüurlu  surətdə  həmin  qiyməti  ödəməklə 
münasibətləri  münaqişə  həddinə  qədər  kəskinləşdirməyə  çalışır. 
Məsələn, ABŞ və İngiltərə Əfqanıstanda İraqda problemlərin həllinin 
məhz bu üsulunu seçmişlər. 
Bu  münaqişələrin  əsasında  duran  konkret  tələbatların  və 
mənafelərin təhlilinə varmadan qeyd etmək olar ki, onlar ABŞ- nın öz 
qarşısına qoyduğu xarici siyasət məqsədləri kimi dərk 
84 


olunmuşdur.  ABŞ-nın  dünya  meydanındakı  potensial  düşmənlərinə 
gücünün  üstünlüyünü  nümayiş  etdirməyə  çalışması,  ölkə  daxilində 
milli  mənafelərin  müdafiəsində qətiyyət  və dönməzlik göstərmək və 
bununla  da  elektoratın  dəstəyinə  və  hökumətin  iqtidarda  qalmasına 
nail olmaq istəməsi, ABŞ-nın hüdudları daxilində beynəlxalq hüququn 
prinsip  və  normaları  ilə  hesablaşmaya  biləcəyi  nüfuz  dairəsini  və 
sərhədləri  cızmağa,  siyasi  məqsədəuyğunluq  baxımından  «əxlaqi 
siyasət»  yeritməyə hazır olduğunu sərgiləməyə səy göstərməsi məhz 
bununla  izah  olunur.  Sadalamanı  davam  etdirmək  olardı,  lakin 
deyilənlərdən aydındır ki, bütün bu məqsədlərin məzmunu həm daxili 
siyasi  sabitliyin,  həm  də  dünyanın  Vaşinqton  tərəfindən  həyati 
əhəmiyyətə  malik  milli  mənafelər  sahəsi  kimi  nəzərdə  keçirilən 
regionlarında  ABŞ  üçün  sərfəli  sabitliyin  saxlanmasını  və 
möhkəmləndirilməsini ehtiva edir. 
§3. Beynəlxalq münasibətlərdə münaqişələrin və sabitliyin 
qarşılıqlı əlaqəsi 
İstənilən  sosial  münasibətlər  sisteminin  sabitliyi  onların  öz 
mənafelərinin  təmin  edilməsinə  can  atan  iştirakçılarının  qarşıhqlı 
fəaliyyətinin,  qarşıdurmasının  və  əməkdaşlığının  nəticəsidir. 
Q.Morgentau  yazırdı  ki,  ictimai  münasibətlərdə  sabitlik  də  tarazlıq 
kimi  aydın  siyasi  mənaya  malikdir:  tarazlığa  nəzarət  edən  qüvvələr 
balansı  sistemində  aparıcı  mövqe  tutur,  çünki  hökmranlıq  uğrunda 
mübarizənin nəticəsi ondan asılıdır. 
Belə dəyərləndirmə siyasi münaqişənin və sabitliyin əlaqəsini, 
bəzən  isə  onların  yerinə  yetirdikləri  funksiyanın  üst-üstə  düşdüyünü 
göstərir. Bu zaman həm  qarşıdurma, həm də əməkdaşlıq  sabit və  ya 
qeyri-sabit  xarakterə  malik  ola,  bu  və  ya  digər  siyasi  münasibətlər 
sisteminə  sabitləşdirici,  yaxud  sabitliyi  pozucu  təsir  göstərə  bilər. 
Aydındır  ki,  cinayətkar,  yaxud  terrorçu  qruplaşmaların  hətta  ən 
möhkəm,  uzunmüddətli,  sabit  beynəlxalq  əməkdaşlığı  belə  heç  də 
cəmiyyətdəki siyasi şəraitin sabitləşməsinə aparmır. 
Beynəlxalq  siyasi  sistemin  sabitliyi  onun  dinamik  sabitliyi 
meyarı, onun qoruma qabiliyyətinin qarşılıqlı fəaliyyətdə olan 
85 


sosial  birliklərin  konkret  məqsəd  və  mənafelərinin  uzlaşması  ilə 
müəyyən edilən xarakteristikası kimi başa düşülə bilər. Vurğu- lamaq 
vacibdir ki, siyasi sabitlik heç də açıq surətdə siyasi münaqişəyə qarşı 
durmur  və  onunla  «qarşılıqlı  nəzərdə  tutma»  və  «qarşılıqlı  inkar» 
vəziyyətində  deyildir.  O,  həm  qarşıdurma,  həm  də  əməkdaşlıq 
əsasında əldə oluna bilər. Tarix və müasir dövr onların iştirakçılarının 
istər  sabit  dostluq  siyasi  münasibətlərinə,  həm  də  sabit  düşmənçilik 
münasibətlərinə dair çoxlu nümunələrlə zəngindir. 
Bu  gün  siyasi  sabitlik  axtarışının  ən  məhsuldar  yollarından 
birini  onun  siyas  prosesin  digər  halları,  ilk  növbədə,  münaqişə  ilə 
şərtlənən bir halı kimi nəzərdən keçirilməsi təşkil edir. Bu yol onların 
qarşılıqlı əlaqəsinin, onlara xas olan funksiyaların üst-üstə düşməsinin 
və  özünəməxsusluğunun  aşkara  çıxarılmasım,  cəmiyyətin  həyatında 
siyasi münaqişənin və siyasi sabitliyin rolunun təhlilini nəzərdə tutur. 
Burada ən azı iki imkan meydana çıxır. 
Birinci  imkan  sabitliyin  ali  bəşəri  dəyərlər  dərəcəsinə 
qaldırılması  və  ona  ən  azı  siyasi  fəaliyyətdə  prioritet  (üstünlük) 
verilməsi  ilə  bağlıdır.  Belə  cəhdlər  tədqiqatçılar  tərəfindən 
göstərilərək,  sabitlik  müstəqil  dəyər  kimi  nəzərdən  keçirilmişdir. 
Lakin  siyasi  sabitliyi  diqqətlə  nəzərdən  keçirdikdə  aydın  olur  ki, 
realhqda  sabitlik  və  münaqişəlilik  dəyərlər  iyerarxiyası  vasitəsilə 
deyil, daha çox özlərinin funksional xarakteristikalarına görə bağlıdır. 
Belə bir fikir heç də təsadüfən yaranmamışdır ki, Avropa Birliyi kimi 
birliyin  sabitliyi  bir  çox  cəhətdən  son  onilliklərdə  iki  ideoloji  əks 
hərbi-siyasi birliyin münaqişəli və ifrat münaqişəli sabitliyi şəraitində 
təmin olunmuşdur. 
Siyasi  sabitlik  konsepsiyasının  işlənib  hazırlanmasına  ikinci 
mümkün  yanaşma  variantı  sabitliyin  sosial  sistemin  obyektiv 
funksional  xarakteristikası  kimi  nəzərdən  keçirilməsi  ilə  bağlıdır. 
Politoloqlar  arasında  belə  bir  fikir  geniş  yayılmaqdadır  ki,  siyasi 
sabitliyin tədqiqatçılarının siyasətin sosial-sinfi və geniş mənada sosial 
əsaslarının  qiymətləndirilməsinin  aktuallığını  tam  dərk  etmələri 
zəruridir.  Bu  əsaslar  latent  surətdə  cəmiyyət  üçün  məhvedici 
sarsıntılara transformasiya edə biləcək bütün münaqişə və gərginlikləri 
ehtiva edirlər. Fikrimizcə, belə yanaşma yalnız münaqişə və sabitliyin 
funksional təzahürlərinin deyil, həm də siyasi həyatın bütün mümkün 
hal və təzahürlərinin təhlilinə tətbiq olu 
86 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə