liyyət sahəsinə görə fərqlənir: əxlaq normaları hərtərəfli xarakter
daşıyır, hüquq isə hər an məhdud tətbiq sahəsinə malikdir. Beynəlxalq
siyasi münaqişələr eyni zamanda hüquq və əxlaq norma- lannm
təsirinə məruz qalır. Məsələn, silahlı münaqişə zamanı hərbi təcavüz
həm hüquq normalarının pozulması, həm də mənəvi cinayətdir. Əxlaq
normaları hüquq normalarından daha geniş və çevikdir.
Üçüncüsü, beynəlxalq hüquq və beynəlxalq əxlaq beynəlxalq
münaqişələrin tənzimlənməsi formalarına, metodlarına, vasitələrinə və
imkanlarına görə fərqlənir. Hüquqi tənzimləmə məc- buretmə
vasitələrindən (beynəlxalq məhkəmə, hərbi, ekoloji və siyasi
sanksiyalar, hökumətlərarası təşkilatlardan xaricetmə, diplomatik
münasibətlərin kəsilməsi və s.) istifadə olunmasını nəzərdə tutur.
Beynəlxalq davranışın mənəvi normalarına riayət olunmasının əsas
tənzimləyicisi dünya ictimai rəyidir, onun beynəlxalq siyasi
münaqişələrin iştirakçılarına təsiri beynəlxalq hüququn təsirindən
daha səmərəli ola bilər.
Müasir mərhələdə dünya səhnəsində siyasi qarşılıqlı fəaliyyətin
iştirakçılarının sayı artmış, onun xarakteri mürəkkəbləşmiş, köhnə
dövlət qurumları dağılmış və yeni dövlət qurumları, o cümlədən
beynəlxalq-hüquqi tanınmaya malik sərhədləri olan milli-ərazi
qurumları yaranmış, bir sıra yeni milli-ərazi problemləri yaranmış və
köhnə problemlər bərpa olunmuşdur, közərən münaqişələrə getdikcə
daha çox «üçüncü tərəf» cəlb olunmağa başlanmışdır.
Dünya siyasi təcrübəsi göstərir ki, müasir dünyada müna-
qişəlilik beynəlxalq münasibətlərin yalnız iki dünya sisteminin, iki
fövqəldövlətin və s. qarşıdurması ilə bağlı olmayan ayrılmaz
xarakteristikası kimi təzahür edir. 20-21-ci əsrlərin ayrıcında Şərqi
Avropada, Balkanlarda, Mərkəzi Asiyada, tran körfəzində, Qafqazda,
dünyanın digər regionlarında beynəlxalq münaqişələr əslində müxtəlif
siyasi elitaların, beynəlxalq aləmdə fəal siyasət yeritməyə can atan
milli, dini və digər sosial qrupların mənafelərinin toqquşması
olmuşdur. Bu zaman «üçüncü qüvvənin» mövcudluğu, onun
hadisələrə təsir etmək qabiliyyəti də vacib faktorlardan birinə çevrilir.
Qərbdə çox vaxt deyirlər ki, demokratik cəmiyyət liderlərinin
münaqişəyə girməmək üçün çoxlu siyasi stimulları möv
93
cuddur. Demokratik ictimaiyyət çox vaxt başqa demokratik dövlətə
hücumu xarici siyasətdə uğursuzluq, rəhbərliyin səhvlərinin nəticəsi
kimi qəbul edir. Bunu nəzərə alaraq, demokratik dövlətlərin liderləri
öz dövlətlərinin qarşılıqlı münasibətlərində hərbi gücdən istifadə
etməyə daha az meylli olurlar və əhalinin diqqətini daxili
problemlərdən yayındırmaq üçün beynəlxalq münaqişələrə daha az
ehtimalla müraciət edirlər. Lakin bu tezis heç də həmişə, hətta Qərbin
ən demokratik ölkələrinin siyasətində belə öz təsdiqini tapmıp.
Demokratizm, plüralizm və çəkişmənin başqa cəhəti də
mövcuddur. Əməkdaşlıqla yanaşı, rəqabəti və mənafelərin
toqquşmasını da ehtiva edən çəkişmə sahəsini həm cəmiyyətdaxili, o
cümlədən daxili siyasi, həm də beynəlxalq münasibətlər sahəsi təşkil
edir. Buna görə də, ictimai həyatın istənilən sahəsinin plü- ralist təşkili
totalitar, yaxud avtoritar, ümumiyyətlə, hər hansı konkret
inhisarçı-mərkəzləşdirilmiş sistemin münaqişəsiz antipo- du deyildir.
Lakin onun münaqişə potensalı prinsipcə fərqli məzmuna malikdir.
Onun əsasını yaxşı məlum olan hallar təşkil edir: dövlət,
kollektivçiliyin istənilən konkret forması onların fəaliyyətinin nə
dərəcədə səmərəli və demokratik olmasından asılı olmayaraq, nə bu
gün, nə də yaxın gələcəkdə bütün insanların mənafelərini təmin edə
bilməz. İnsanların sayı durmadan artır, onların mənafeləri də eyni
fasiləsizliklə çoxalır və ən mühümü, daha rəngarəng olur, çünki hər bir
insan təkrarolunmazdır, onun həyatı, şüuru və hissləri də bir çox
cəhətdən təkrarolunmazdır və belə insanın onun daxil edildiyi istənilən
sosial birliyin mənafeləri ilə tam üst- üstə düşməyən təkrarolunmaz
mənafeləri olmaya bilməz.
Bu «təkrarolunmaz» və çox vaxt bir-birinə qarşı duran
mənafelərin siyasi münaqişə formasında mövcudluğu qaydaları təsbit
edən və siyasi qarşıdurmanın gedişini tənzimləyən hüquq institutları
sayəsində yumşalır. Bu zaman cəmiyyətdə ictimai münasibətlərin
siyasi sabitliyi münaqişənin yatırılmasına deyil, onun iştirakçı
tərəflərin mənafelərinin ödənilməsini təmin edən həllinə əsaslanır.
Aydındır ki, belə nəticəyə nail olmaq, hətta nəzəri cəhətdən belə
çətindir, təcrübədə isə münaqişə potensialının xeyli hissəsi ya çoxlu
lokal toqquşmalarda sərf olunur, ya da qrupun xarici möhkəmliyinə
təkan verməklə, hamin sosial qrup
94
üçün xarici sahəyə keçirilir. Əlbəttə, siyasi plüralizmin təsdiqi,
demokratikləşdirmə, o cümlədən qəbul edilmiş xarici siyasət
qərarlarının qəbul edilməsinin demokratikləşdirilməsi, dövlətin
hüquqi xarakteri cəmiyyətin müxtəlif qruplarının mənafelərinin ifadə
edilməsi, onların dünya səhnəsində təmsil olunması imkanlarını
genişləndirir.
Bundan əlavə, vətəndaş cəmiyyətinin normalarına görə,
müxtəlif və çox vaxt bir-birinə zidd olan ictimai mənafelərin dünya
səhnəsində təzahürü daha aydın xarakter kəsb etməkdədir. Bu, onunla
bağlıdır ki, demokratik cəmiyyətdə beynəlxalq, ilk növbədə, xarici
siyasi fəaliyyətə dünya siyasətində özlərinin çox vaxt üst-üstə
düşməyən, bəzən isə bir-birinə zidd olan mənafelərinin təmsil
olunmasına iddia edən ayrı-ayrı sosial qruplar daim təsir göstərir.
Bundan başqa, beynəlxalq fəaliyyətə elektoratın genişlənməsi,
beynəlxalq aləmdə onların mənafeləri naminə müxtəlif aksiyaların
keçirilməsi yolu ilə nüfuzlu sosial qrupların dəstəyinin alınmasına
meyl də təsir göstərir.
Köhnə ictimai quruluşun süqutu həmişə cəmiyyətin qütb-
ləşməsi, açıq və kəskin ideya və siyasi rəqabətlə müşayiət olunur.
Mübarizə yalnız dünya səhnəsində ayrı-ayrı sosial qrupların spesifik
mənafelərini ifadə etmək hüququ uğrunda deyil, həm də onların
mümkün qədər tam reallaşdırılması uğrunda gedir. Bu zaman, hətta
müxtəlif sosial qrupların zahirən siyasi mənafelərdən uzaq olan
mənafeləri belə aydın siyasi xarakter kəsb edir. Bütün təsərrüfat
sisteminin böhranı, istehsalın tənəzzülü kəskin sosial- siyasi
dəyişikliklər şəraitində labüd olan hakimiyyət strukturlarının
səmərəliliyinin aşağı düşməsi artan ictimai narazılıq doğurur və bu,
partlayış təhlükəli xarakter kəsb edir. Dünya səhnəsində köhnə
nümayəndəlik formalarından imtina edən cəmiyyətdə gərginlik və
yeni formaların təşəkkülü prosesinin başa çatması beynəlxalq
təhlükəsizliyə təhdid edən kəskin, çox vaxt silahlı beynəlxalq
münaqişələr doğurur. Üstəlik, yeni hakimiyyət köhnə sınanmış
vasitələrdən imtina etmir: siyasi sabitliyin və cəmiyyətdə nüfuzun
möhkəmləndirilməsi
məqsədilə
bu
gərginliyi
beynəlxalq,
millətlərarası, milli-ərazi problemləri sahəsinə yönəltməyə çalışırlar.
Milli-ərazi problemlərinin, milli və etnik münaqişələrin
kəskinləşməsinin ictimai-siyasi sistemin dəyişməsi şəraitində
95
Dostları ilə paylaş: |