na bilər.
Aydınlaşdırmaq vacibdir ki, siyasi sabitlik və siyasi münaqişə
heç də qeyd-şərtsiz bir-birinə qarşı yönəlmədikləri kimi, dialektik
«bir-birini nəzərdə tutma» və «qarşılıqlı inkar» vəziyyətində də
deyildir. Sosial tələbat və mənafelərin təzahürü olaraq, ictimai
münasibətlərin iştirakçılarının dəyişən qüvvələr nisbətini əks etdirərək,
həm siyasi münaqişə, həm də siyasi sabitlik sosial prosesləri
qiymətləndirməyə, münaqişəlilik və sabitlik «şkalası» qurmağa imkan
verir. Lakin bunlar bir-birini nəzərdə tutan, yaxud istisna edən
xarakteristikalar olmayıb, bir-biri ilə bağlı olan iki fərqli meyardır.
Münaqişənin idarə olunması münaqişənin dəstəklənməsinə,
bitməsinə, yaxud onun gedişinə hər hansı
başqa təsir göstərilməsindən
ibarət məqsədlərə çatılmasına yönəlmiş fəaliyyətdir.
Buradan aydın olur ki, beynəlxalq siyasi münaqişənin idarə
olunması onun hər bir iştirakçısının (heç olmasa, onlardan bəzilərinin)
öz qazancının maksimuma çatdırılmasını və məsrəflərinin minimuma
endirilməsini təmin edən strategiya işləyib hazırlamasını, yaxud
seçməsini nəzərdə tutur.
«Strategiya» anlayışı perspektivli, köklü, prioritet əhəmiyyətli
məqsədin onun əldə edilməsi vasitələri ilə uzlaşdırılmasını,
birləşdirilməsini ifadə edir. Müasir beynəlxalq münasibətlər elmində
belə bir anlam təşəkkül tapmışdır ki, istənilən strategiya perspektiv
istiqamətləndirici məqsədin məzmunu; kiməsə və ya nəyəsə mühüm
təsir; bu təsir üsulları və vasitələri ilə müəyyən olunur. Münaqişənin
idarə olunması strategiyası bütün sadalanan komponentləri ehtiva edir.
Bu strategiyanın seçilməsi xeyli dərəcədə bəyan olunan məqsədlərin
real, həqiqi məqsədlərə nə qədər uyğun gəlməsi
və mövcud vasitələrin
köməyi ilə onların nə dərəcədə əldə edilə bilməsi sualının cavabından
asılıdır. Bu sual yalnız rəqibin niyyətlərini aydınlaşdırmaq istəyənlərin
qarşısında deyil, həm də «öz» siyasətini və strategiyasını işləyib
hazırlayanlar, «öz» vasitələrindən səmərəli istifadə imkanlarını və
variantlarını təhlil edənlər qarşısında durur.
Dövlətlərarası siyasi münaqişənin gedişində çox vaxt qarşıduran
tərəflərin mövcudluğunun özü göstərilən sualın cavabından asılıdır.
Buna görə də onlar rəqibin niyyətlərinə nüfuz etmənin bütün
üsullarından - ənənəvi
casusluqdan ən yeni kosmik
87
«Çəkindirmə» strategiyasının mahiyyəti özünün istifadə
edilməsi rəqib üçün qəbuledilməz ziyan təhlükəsi doğuran potensialını
yaratmaqla rəqibi zorakılığın genişmiqyaslı tətbiqində çəkindirməkdən
ibarətdir. 19-cu əsrin ortalarına qədər uduzan tərəf üçün belə ziyan
ərazinin bir hissəsinin itirilməsində, sülalənin, yaxud hökumətin
dəyişməsində, qalibin hökmranlığı altına keçmədə, hakimiyyət
münasibətləri sistemində öz rolunu və mövqeyini itirməkdə ifadə
olunurdu. Nüvə silahının yaranması və yayılması bu strategiyaya daha
böyük əhəmiyyət verdi. Təhlükə silahlı münaqişənin gedişində
məğlubiyyətlə deyil, toqquşmanın nəticəsindən asılı olmayaraq onun
iştirakçılarının mövcudluğunun özü üçün risklə bağlanmağa başlandı.
Nüvə əsrində çəkindirmə strategiyasının yeridilməsi təcrübəsi
sübuta yetirmişdir ki, mümkün çəkindirmə üçün zəruri olan strateji
paritet heç də münaqişə tərəflərinin qüvvə bərabərliyini nəzərdə
tutmur. Çəkindirmə ayrı-ayrı silah növlərinin mövcudluğunda,
sayında, yaxud səmərəliliyində asimmetriya əsasında da mümkündür.
Lakin həmişə və hər yerdə çəkindirmənin səmərəliliyi rəqibə vurula
biləcək ziyanla müəyyən olunur. Məhz mümkün ziyanın qəbuledilməz
səviyyəsi 20-ci əsrin ortalarında yalnız SSRİ və ABŞ-nın milli müdafiə
mənafelərini deyil, həm də nisbətən möhkəm beynəlxalq sülhü və
dünyada siyasi sabitliyi təmin edirdi. Bu vəziyyətlə mübahisə edərək,
əxlaqi, dini, yaxud hərbi- siyasi xarakterli dəlillər irəli sürmək olar.
Lakin belə bir fakt mövcud idi ki, hətta SSRİ-nin və ABŞ-nm iqtisadi
və hərbi potensialının qeyri-bərabərliyi şəraitində belə onların
dostlarının, müttəfiqlərinin və tərəfdaşlarının apardıqları çoxlu
münaqişələr, həmin dövlətlərin bu münaqişələrin bir çoxunda
bilavasitə iştirak etməsi, hətta Berlin, yaxud Karib böhranı kimi kəskin
beynəlxalq siyasi böhranlarda onların bilavasitə toqquşması nüvə
fəlakətinə çevrilmədi.
«Çəkindirmə» strategiyası nə nəzəri, nə də təcrübi cəhətdən
beynəlxalq siyasi münaqişənin onu rəhbər tutan iştirakçısının
qələbəsinə təminat vermir. Belə ki, «çəkindirmə» strategiyasının
həyata keçirilməsi SSRİ-dən silahlı mübarizə vasitələrinin nəhəng
arsenalının yaradılması üzrə, hətta böyük dövlətin belə gücü xaricində
olan gərginlik tələb etdi. Onlar strateji çəkindirmə üçün nəzərdə
tutulduqları halda, real surətdə yalnız onun
zəruri
89