Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə37/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   33   34   35   36   37   38   39   40   ...   91

Dəyərlərin  (dəyər  yönümlərinin)  münaqişəsində  ziddiyyətlər 
siyasi  sistem,  ölkənin  siyasi  xətti  və  siyasi  oyun  qaydaları  haqqında 
təsəvvürlərin  fərqlənməsi  ilə  bağlıdır.  Dəyər  münaqişələrində  «Nə 
etməli?» sualı qoyula bilər. 
Mənafelərin  münaqişəsində  mübarizə  müxtəlif  ehtiyatların 
(hakimiyyət,  maddi nemətlər, mənəvi  dəyərlər və s.) bölüşdürülməsi 
və  yenidən  bölüşdürülməsi  sahəsində  cərəyan  edir.  Burada  «Necə 
etməli?» sualı qoyulur. 
Siyasi  münaqişənin  növlərindən  birini  siyasi  mədəniyyətlərin 
münaqişəsi  təşkil  edir.  Bu  münaqişədə  müxtəlif  siyasi  dəyərlərin, 
normaların,  adətlərin,  ənənələrin,  siyasi  davranış  üsullarının,  dəyər 
yönümlərinin və siyasi inkişaf məqsədlərinin toqquşması baş verir. Bu 
münaqişələr  cəmiyyətdə  radikal  islahatlar  dövründə,  köhnə  və  yeni 
siyasi mədəniyyətlər toqquşduqda xüsusilə nəzərə çarpır. 
Bundan  başqa,  siyasi  münaqişələr  obyektivlik  əlamətinə  görə 
fərqləndirilir: 
-
 
obyektiv ziddiyyətlərlə şərtlənən həqiqi münaqişə
-
 
iştirakçıların hələ dərk etmədikləri təsadüfi, şərti münaqişə
-
 
obyektiv  ziddiyyətlərlə  dolayı  surətdə  bağlı  olan  qarışıq 
münaqişə; 
-
 
münaqişədə  olmayan  subyektləri  göstərən  uydurma 
münaqişə; 
-
 
real səbəbləri olmayan yalançı münaqişə. 
Bir  qayda  olaraq,  çirkin  siyasətdə  real,  obyektiv  surətdə 
şərtlənən  münaqişələr  yalançı,  qarışıq,  uydurma  və  digər 
münaqişələrlə əvəzlənir. 
Siyasi  münaqişələrin  onların  əsasında  duran  ziddiyyətlərin 
dərinliyinə  görə  fərqləndirilməsi  xüsusilə  vacibdir.  Amerikalı  po- 
litoloq  A.Rapoportun  fikrincə,  münaqişənin  əsasında  barışmaz 
ziddiyyətlərin durduğu «çarpışma» tipli; uzlaşmanın mümkün olduğu 
«mükalimə»  («deyişmə»)  tipli;  hər  iki  tərəfin  vahid  qaydalar 
çərçivəsində  hərəkət  etdiyi  və  təşəkkül  tapmış  münasibətləri 
pozmadığı «oyun» tipli münaqişələr mövcuddur. 
Digər  sosial  münaqişələr  kimi,  siyasi  münaqişələr  də  lokal, 
ümumi, qısamüddətli, uzunmüddətli, subyektiv, obyektiv, zorakı, dinc 
münaqişələrə  ayrılır,  Mərkəz,  region,  ayrıca  şəhər  və  rayon 
səviyyəsində baş verir. 
114 


Status-rol  münaqişələri  yalnız  «yuxarılar-aşağılar»  oxu  üzrə 
deyil,  həm  də  üfüqi  şəkildə  -  status-rol  strukturunun  təxminən  eyni 
pillələrində  olan  siyasi  subyektlər  arasında  yaranır  (partiyaların  və 
partiya fraksiyalarının mübarizəsi). 
b) rejim siyasi münaqişələri mövcud siyasi quruluşu devirmək, 
yaxud siyasi xətti radikal surətdə dəyişdirmək məqsədi güdür. 
Rejim münaqişələrinin yaranmasının bütün səbəblərini iki əsas 
hissəyə ayırmaq olar: 
1.
 
Ölkə əhalisinin xeyli hissəsinin təməl sosial-iqtisadi və siyasi 
tələbat və mənafelərinin pozulması. 
2.
 
Cəmiyyətin  siyasi  və  sosial-iqtisadi  inkişafı  ilə  bağlı 
qiymətləndirmələrdə, 
dəyər 
yönümlərində, 
məqsədlərdə, 
təsəvvürlərdə fərqlər (siyasi mədəniyyət fərqləri). 
Təməl tələbatların pozulması həm obyektiv, həm də subyektiv 
amillərlə şərtlənə bilər. 
Obyektiv amillər: 
-
 
cəmiyyətin təbii sosial-iqtisadi inkişafının böhranı (məsələn, 
keçən əsrin 80-ci illərində keçmiş SSRİ-də böhran); 
-
 
cəmiyyətin  sosial-iqtisadi  sistemində  radikal  islahatla  bağlı 
çətinliklər; 
-
 
gözlənilməz  halların  (təbii  fəlakət,  dünya  iqtisadi  böhranı, 
xarici müharibələr və s.) nəticəsi. 
Subyektiv amillər: 
-
 
sosial-iqtisadi siyasətdəki səhvlər (səriştəsizlik); 
-
 
hakim  elitanın  cəmiyyətdəki  siniflərin  və  sosial  təbəqələrin 
köklü mənafe və tələblərini nəzərə almaq istəməməsi
--  cəmiyyətdəki  sosial  təbəqələrin  və  siniflərin  ehtiyatların  (o 
cümlədən  hakimiyyətin)  bölgüsü  üzrə  siyasi  sistemi  ədalətsiz  və 
qanunsuz hesab etməsi. 
İnsanın  təməl  tələbatlarının  pozulmasının  hansı  səbəblərlə 
şərtlənməsindən  asılı  olmayaraq,  ölkə  əhalisinin  xeyli  hissəsi 
cəmiyyətin  mövcud  sosial-siyasi  strukturunda  öz  yerini  tapa 
bilmədikdə  və  mövcud  sosial-siyasi  institutlar  çərçivəsində  özünün 
təməl tələbatlarını təmin edə bilmədikdə həmin institutları dağıtmağa, 
yaxud radikal surətdə dəyişdirməyə çalışacaqdır. 
Siyasi  münaşiqələrin  növləri  kimi  dəyərlərin  münaqişələri  və 
mənafelərin münaqişələri də fərqləndirilir. 
113 


və  hakimiyyət  səlahiyyətləri  uğrunda  mübarizə  mövcud  rejim 
çərçivəsində aparılır. Məsələn, hökumət və parlament arasında, hakim 
elitadakı  müxtəlif  siyasi  qruplaşmalar  arasında,  dövlət  və  siyasətin 
ayrı-ayrı subyektləri (şəxsiyyət, qrup, institut) arasında və s. 
Üfüqi münaqişələrin yaranma məqsədləri və səbəbləri mövcud 
hakmiyyət sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Məsələn, yararsız 
liderlərin,  yaxud  hakim  elitanın  dəyişdirilməsi,  siyasi  xəttə  qismən 
dəyişikliklər  edilməsi,  bu  və  ya  digər  siyasət  subyektlərinin 
hakimiyyət səlahiyyətlərinin artırılması, yaxud azaldılması və s. 
Demokratik  siyasi  sistemdə  üfüqi  siyasi  münaqişələr  insti- 
tutlaşdırılmış  və  müəyyən  dərəcədə  proqramlaşdırılmışdır.  Bu 
münaqişələrin  əksəriyyəti  açıq  xarakter  daşıyır,  məsələn,  parlament 
mükalimələri,  parlamentin  buraxılması  və  növbədənkənar  seçkilərin 
təyin  olunması,  hökumətə  etimadsızlıq  göstərilməsi,  konstitusiya 
məhkəməsinə müraciət və s. 
Totalitar hakimiyyət rejimi heç bir siyasi münaqişə qəbul etmir 
və  onlara  yol  verməməyə  çalışır.  Totalitar  siyasi  sistemdə  üfüqi 
münaqişələr baş verəndə belə onlar qəsd, yaxud saray çevrilişi forması 
kəsb edir. 
2.  Şaquli  siyasi  münaqişələr.  Belə  münaqişələrdə  cəbhələş- 
mə  «hakimiyyət-cəmiyyət»  xətti  üzrə  baş  verir.  Cəmiyyətin 
sosial-siyasi  strukturu  yekcins  deyildir.  Müxtəlif  sosial  təbəqələr, 
siniflər  və  etnik  qruplar  bu  strukturda  müxtəlif  mövqeyə  (statusa) 
malikdir və müxtəlif rollar oynayır. 
Status-rol 
strukturunun  iyerarxiyahlığı,  ehtiyatlara  və 
hakimiyyətə 
çıxış 
imkanlarınm 
qeyri-bərabərliyi 
«hakimiyyət-cəmiyyət»  oxunun  bütün  səviyyələrində  siyasi 
münaqişələr doğurur. 
Öz  növbəsində,  şaquli  siyasi  münaqişələri  iki  yanmnövə 
ayırmaq olar: 
a)  status-rol  münaqişələrindən  cəmiyyətin  siyasi  strukturunda 
şəxsi  və  qrup  statusunun  (rolunun)  yüksəldilməsi  (siyasi  hakimiyyət 
iyerarxiyasında yer, siyasi hüquq və azadlıqların məcmu>nı və həcmi, 
siyasi həyatda iştirak və ona təsir imkanı, status və rolun uyğunluğu və 
s.)  uğrunda  mübarizədə  istifadə  olunur.  Müasir  Rusiyada  mərkəz  və 
regionlar arasındakı münaqişələr buna misaldır. 
112 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə