Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə40/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   36   37   38   39   40   41   42   43   ...   91

kirələrin,  mükalimələrin,  danışıqların,  razılaşdırıcı  komissiyaların 
işinin  gedişində  kompromisə  nail  olmaq  mümkün  olmadıqda  və 
münaqişə  «dalana  dirəndikdə»  demokratik  siyasi  sistemdə  onun 
həllinin aşağıdakı variantları mövcuddur: 
-
 
Konstitusiya Məhkəməsinə müraciət; 
-- hökumətin istefası; 
-
 
parlamentin  buraxılması  və  növbədənkənar  parlament 
seçkilərinin təyin olunması; 
-
 
mübahisəli  məsələlərə  dair  referendumun  təşkili  və 
keçirilməsi və s. 
Mərkəz  və  regionlar  arasında  yaranan  şaquli  status-rol 
münaqişələri  nizama  salınma  baxımından  daha  mürəkkəbdir. 
Regionlar  yalnız  özünün  sosial-iqtisadi  və  siyasi  statusunun 
yüksəldilməsinə can atmayıb, həm də tam siyasi müstəqilliyə can ata 
bilər. Belə münaqişələr geniş miyqaslı döyüş əməliyyatlarına və çoxlu 
tələfata  səbəb  ola  bilər.  Belə  münaqişənin  uğursuz  həllinə  əyani 
nümunə  kimi  Çeçenistan  müharibəsini  göstərmək  olar.  Rusiyada 
Mərkəzlə  Federasiyanın  ayrı-ayrı  subyektləri,  məsələn,  Tatarıstan 
arasında müqavilə bağlanması belə münaqişələrin həllinə dair uğurlu 
nümunə hesab oluna bilər. 
Lakin şaquli rejim siyasi münaqişələrinin nizama salınması və 
həlli  daha  çətindir.  Belə  münaqişələrin  subyektləri  qismində,  bir 
tərəfdən, əhalinin hakim təbəqələrinin və hakim elitanın mənafelərini 
ifadə  edən  dövlət  institutları  və  təşkilatları,  digər  tərəfdən  isə  tabe 
kütlələri təmsil edən müxalifət təşkilatları çıxış edirlər. Rejim siyasi 
münaqişəsinin 
son 
məqsədi 
mövcud 
siyasi 
sistemin 
dəyişdirilməsindən  (yaxud  saxlanmasından)  ibarətdir.  Belə 
münaşiqələrdə  səhvlər,  xüsusilə,  baha  başa  gəlir.  Mənfi  inkişaf 
cəmiyyəti vətəndaş müharibəsinə gətirib çıxara bilər. 
Rejim siyasi münaşiqələrinin həllindəki çətinlik həm də ondan 
ibarətdir ki, müxalif tərəf mövcud siyasi mübarizə qaydalarını poza, 
onların  dəyişdirilməsini tələb edə, qanunsuz metodlarla hərəkət  edə, 
əhalinin  geniş  təbəqələrini  kütləvi  çLxışlara  və  hakimiyyətə 
itaətsizliyə təhrik edə bilər. Bu mübarizədə qanunilik (legitimlik) və 
qeyri-qanunilik  (qeyri-legitimlik)  qarşılıqlı  surətdə  bir-birinə  keçir. 
Müxalifətin  «qanunsuz»  hərəkətləri  onun  qələbə  qazanması  halında 
qanunilik (legitimlik) kəsb edir, məğlubiyyətə uğramış hakim elitanın 
«qanuni» hərəkətləri isə 
120 


qanunsuz hesab olunur. Radikal siyasi münaqişənin mənfi inkişafına 
yol  verməmək  üçün  münaqişəli  vəziyyətin  vaxtında  hərtərəfli  təhlili 
zəruridir, bu zaman aşağıdakı əsas suallara aydınlıq gətirilməlidir: 
“ Münaqişə yaranmasının əsas səbəbləri hansılardır? 
-
 
Tərəflərin həqiqi məqsəd və niyyətləri nədən ibarətdir? 
-
 
Münaqişədə  hansı  qüvvələr  iştirak  edir  və  münaqişənin 
inkişafına hansı qüvvələr cəlb oluna bilər? 
-
 
Vəziyyətin münaqişəli inkişafı kimə sərfəlidir? 
Alınmış cavabların əsasında aşağıdakı imkanlar yaranır: 
-
 
hadisələrin mümkün inkişaf proqnozunun tərtib edilməsi
-
 
münaqişənin  nizama  salınmasının  mümkün  variantlarının 
müəyyən edilməsi
-
 
münaqişənin  nizama  salınması  və  həlli  planının  işlənib 
hazırlanması, taktiki və strateji vəzifələrin müəyyən edilməsi. 
Planın  təcrübədə  reallaşdırılması  hərəkətlərin  aşağıdakı 
ardıcıllığını nəzərdə tutur: 
1)
 
münaqişə  tərəflərinin  emosional  gərginliyinin  (məsələn, 
niyyətlər  haqqında  məlumatlandırmaqla)  azaldılması  (aradan 
qaldırılması); 
2)
 
mübahisə  predmetinin  dəqiq  müəyyən  edilməsi  və  bununla 
da münaqişənin lokallaşdırılması; 
3)
 
münaqişə  tərəflərinin  qarşılıqlı  fəaliyyət  normalarını  və 
qaydalarını müəyyən etmək (şərtləşdirmək); 
4)
 
münaqişə tərəfləri arasında dialoq təşkil etmək və tərəflərin 
mövqeləri,  münaqişənin  nizama  salınması  üzrə  görülən  tədbirlər 
haqqında ictimaiyyəti açıq surətdə məlumatlandırmaq; 
5)
 
problemləri münaqişə iştirakçılarının subyektiv marağından 
ayırmaq və diqqəti onların həlli üzərində cəmləşdirmək. 
Görülmüş  tədbirlər  nəticəsində  münaqişəni  nizama  salmaq, 
yaxud  lokallaşdırmaq  mümkün  olmadıqda  və  onun  sonrakı  inkişafı 
cəmiyyət  üçün  təhlükə  törətdikdə  hakimiyyət  strukturları  güc  tətbiq 
etməyə  hazır  olmalı,  yaxud  münaqişənin  inkişafını  güc  işlətməklə 
qorxudaraq saxlamalıdır. 
121 


Ədəbiyyat: 
1.
 
Овчинников 
В,С. 
Политические 
конфликты 
в 
международных  отношениях  и  пути  их  разрешения.  М.,  1990, 
№5. 
2.
 
Бэрон Р., Ричардсон Д. Агрессия. СПб., 1997. 
3.
 
Блищенко  В.И.,  Солнцева  М.М.  Региональные 
конфликты  и  международное  право  (вторая  половина  XX  - 
начало XXI века). Учебное пособие. М., 2005. 
4.
 
Введение в теорию международного конфликта. М., 
1996. 
5.
 
Shikman S. Theory of political conflict. N.Y., 1989. 
122 


4-
 
cü MÖVZU 
SOSİAL MÜNAQİŞƏLƏR 
SuaUar: 
1.
 
Sosial münaqişənin təbiəti. 
2.
 
Sosial münaqişələrin kökləri. 
3.
 
Sosial münaqişələrin tipləri. 
4.
 
Sosial münaqişələrin funksiyaları. 
5.
 
Sosial münaqişələrin növləri və əsas inkişaf mərhələləri. 
6.
 
İqtisadi münaqişələr. 
7.
 
Kütləvi iğtişaşlar və kütlə fenomeni. 
Sosial  münaqişələr  ehtiyat  uğrunda  mübarizə  ilə  bağlı  olan 
münaqişələr  kimi  başa  düşülür.  Onlar  insan  və  təbiətin  sərhədində 
yaranır  və  istehsal  və  istehlak  zonasında  davam  edir.  İnsamn  insan 
üzərində  hakimiyyəti  zonasına  keçdikdə  bu  münaqişələr  siyasi 
münaqişələrə çevrilir, ali dəyərlər uğrunda mübarizə isə onları mənəvi 
münaqişələrə çevirir. 
Uzun müddət təbiət insanlar üçün hüdudsuz xammal mənbəyi 
və  istehsalatdan  ona  qaytarılan  bütün  tullantıların  universal  uducusu 
hesab olunmuşdur. İnsanlar yalnız XX əsrdə dərk etməyə başladılar ki, 
təbiətin  ahəngləşdirici  gücü,  habelə  xammal  ehtiyatları  hüdudsuz 
deyildir.  Yer  kürəsi  insanın  artan  texniki  gücdən  səmərəsiz  istifadə 
etməsi ucbatından ekoloji fəlakət təhlükəsi ilə üzləşir. Lazımi həllini 
tapmamış sosial münaqişə fəlakət mənbəyini təşkil edir. 
Problemin  dərki  və  onun  səmərəli  tənzimi  cəhdi,  adətən, 
münaqişənin  kəskinliyinin  aşağı  düşməsinə  gətirib  çıxarır,  bəzən  isə 
gələcəyə yol açır. 
§1. Sosial münaqişənin təbiəti 
Ən  müxtəlif  tip  cəmiyyətlərdə  münaqişələrin  mövcudluğu 
mübahisəsiz  fakt  olduğundan,  siyasi  sistemlər  üçün  onların 
əhəmiyyətini təhlil etmək vacibdir. Bundan ötrü sosial münaqişələri 
123 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə