tarixi keçmişə qaytarır.
Etnik münaqişələrdə əksər xüsusiyyətlər ictimai-mədəni
xarakter daşıyır. Məsələn, dil, din, norma, dəyər, adət, ənənə, stereotip,
milli
simvol fərqləri, təfəkkür və davranış üsullarında fərqlər və s.
Bu fərqlərin hər biri cəmiyyətin böhranlı vəziyyətində mil-
lətlərarası münaqişənin yaranması üçün səbəb, yaxud vəsilə qismində
çıxış edə bilər.
«Mifoloji təfəkkür» anlayışı mövcuddur, bu fenomen
ictimai-mədəni münaqişələrdə əyani surətdə təzahür edir. Bu
fenomenin mahiyyəti ondan ibarətdir ki, yaddaş keçmişin müxtəlif
faktlarım qoruyub saxlayır, «intellekt isə uğurlu təfsilatın mümkün
variantları üzərində işləyir»; nəticədə ola biləcəyin..., bəlkə də
olmuşun modeli yaradılır. Beləliklə, fəaliyyət proqramına çevrilə
biləcək «mücərrəd model» («xəyali model») yaradılır.
Xalqın yaddaşı öz əsatirlərində, əfsanələrində, folklorunda,
tarix, ədəbiyyat və s. abidələrində qələbə və məğlubiyyətləri,
inciklikləri və «düşmən obrazları»nı, etnosların münaqişəli qarşılıqlı
təsirinin stereotiplərini qoruyub saxlayır. Məziyyət və çatışmazlıqların
bütün bu yükündən millətlərarası qarşıdurmada ədavətin qızışdınlması
üçün istifadə oluna bilər.
Öz-özlüyündə etnik xüsusiyyətlər cəmiyyətdə sabitliyi pozan
daimi amil deyildir. Normal fəaliyyət göstərən sosial-siyasi və iqtisadi
münasibətlər sistemində müxtəlif etnik qruplara mənsub adamlar yaxşı
dil tapır. Lakin iqtisadi və siyasi qeyri-sabitlik və cəmiy>'ətdə böhran
vəziyyəti şəraitində qruplararası, millətlə- rarası münasibətlərin bütün
əvvəlki tənzimləyiciləri dağılır və dəyərsizləşir, yeni tənzimləyicilər
isə birdən-birə yaranmır. Bu vəziyyətdə insanlara «anadandəlmə»
verilən etnik tənzimləyici birinci sıraya çıxır.
Sadalanan xüsusiyyətlərlə əlaqədar millətlərarası münaqişələr
qarşıdurmanın kəskinliyi və mübarizənin aparılması formalarının
sərtliyi ilə fərqlənir. Yaranmış münaqişə zəncirvari reaksiya
doğuraraq, öz sahəsinə yeni-yeni insan ehtiyatları və digər ehtiyatlar
cəlb edir.
Millətlərarası münaqişə «qıf» prinsipi üzrə inkişaf edir:
- birinci mərhələdə «qarşıdurma qıfı» əmələ gəlir, inciklik
toplanır, «düşmən obrazı» formalaşır;
150