kin belə bir fakt şübhə doğurmur ki, dövlətdə təcəssümünü tapmış
hakimiyyət insanhğa, həqiqətə və mədəniyyətə qarşı ən ağır
cinayətlərin mənbəyinə çevrilə bilər. Dövlət hakimiyyətinin heç nə ilə
məhdudlaşdırılmayan zorakılığı həmişə milləti süquta aparır. O zaman
zəif və xəstə cəmiyyət xarabalıqlar üzərində yaradıcı abadlaşdırmaya
başlamaq imkanı qazanır.
Ədəbiyyat:
1.
Здравомыслов А.Г. Социология конфликта. M., 1995.
2.
Əliyev G. Dayızadə H. Konfliktologiyaya giriş. Bakı, Təbib,
1998.
3.
Pruitt D., Rubin J. Social conflict: escalation, statement,
settlement. N.Y., 1984.
4.
Darendorf R. Class and Class Conflict in Industrial Society.
N.Y., 1959.
142
5-
ci MÖVZU
MİLLƏTLƏRARASI MÜNAQİŞƏLƏR
Suallar:
1.
Millətlərarası münaqişələrin spesifikliyi.
2.
Millətlərarası münaqişələrin yaranma səbəbləri.
3.
Millətlərarası münaqişənin inkişaf xüsusiyyətləri.
4.
Millətləraxası münaqişələrin tipləri.
5.
Millətlərarası münaqişələrin nizamlanması yolları.
Tarixi inkişafın mühüm aspektlərindən birini millətlərarası
əlaqələrin durmadan genişlənməsi təşkil edir. Kommunikasiyaların
inkişafı, əhalinin çevikliyinin artması, kütləvi informasiya
vasitələrinin təkmilləşdirilməsi kimi amillər etnosların qapalılı- ğım
aradan qaldırır, onların qarşıhqlı fəaliyyət və qarşılıqlı asılılıq sahəsim
genişləndirir. Bununla yanaşı, əks meyl müşahidə olunmaqdadır.
Hal-hazırda dünyada 2 mindən artıq etnos mövcuddur ki, bunlardan
96, 2 %-ni əhalisi bir milyon və daha çox olan etnoslar təşkil edir
(dünyada 267 belə etnos mövcuddur). Say etibarilə bö
5
dik etnosların
artması və azsaylı xalqların azalması baş verir. Etnik icmalar özünü,
özlərinin tarixi təcrübəsini, mədəniyyətini, özünəməxsusluğunu
qorumağa çalışır.
Bir sıra siyasətçilərin, coğrafiyaçıların, sosioloqların fikrincə,
mövcud dövlət sərhədləri orada yaşayan etnosların dil və ərazi
sərhədlərinə uyğun olmadıqca öz əhəmiyyətini itirəcəkdir. Bu meylin
nəticəsi müstəqil dövlətlərin sayının indiki 190-dan 250-yə, 30 ildən
sonra 300-ə çatması ola bilər. Çox vaxt ikinci meyl millətlərarası
münasibətlər sistemində müəyyənedici xarakter kəsb edir və
millətlərarası münaqişələrə gətirib çıxarır.
§1. Millətlərarası münaqişələrin spesifikliyi
Milli-etnik birliklər xarakterik əlamətlərə (mədəniyyət, dil,
ümumi ərazi, din, psixoloji quruluşun xüsusiyyətləri və s.) malik olan
böyük sosial qruplardır. Belə əlamətləri etnikliyin obyektiv
143
indikatorlarına aid etmək olar. Ayrı-ayrı fərdlər, yaxud insan qrupları
bu əlamətlərdən hansılarınasa malik olmasa da, lakin özlərini müəyyən
etnosla eyniləşdirə bilərlər. Etnik özünüeyniləş- dirmənin əsas amilini
etnik mənlik şüuru - müəyyən etnosa mən- subluq hissi təşkil edir.
Etnik mənlik şüuru etnikliyin subyektiv indikatorudur. Digər böyük
sosial birliklərdən fərqli olaraq (ümumi ərazi, peşə, gəlir səviyyəsi,
təhsil və s.), etnik birliklər daha sabitdir. İnsan həyatı boyu dəfələrlə
peşəsini, yaşayış yerini dəyişə, varlana, yaxud kasıblaya bilər və s.,
etniklik isə onun ömürlük xarakteristikasıdır.
İnsan gündəlik həyatında, bir qayda olaraq, diqqəti etnik
mənsubiyyətin üzərində cəmləşdirmir. Narahatlıq keçirdikdə, özünü
incidilmiş, əzilmiş hiss etdikdə o, şüurlu, yaxud şüuraltı şəkildə (dəstək
və müdafiə axtararaq) özünü müəyyən sosial qruplar və birliklərlə
eyniləşdirir: məsələn, ailə, dostlar, əmək kollektivi, həmkarlar, o
cümlədən
öz
etnosu.
Bu
zaman
etnik
mənsubiyyət
özünüeyniləşdirmənin ən məqbul formasıdır. İnsanın ailəsi və dostları
ola da, olmaya da bilər, o, kollektivdə işləyə də, işləməyə də bilər, bu
və ya digər peşəyə malik ola da, olmaya da bilər, lakin istənilən halda
o, özünü müəyyən etnosun nümayəndəsi hesab etməkdə davam edir.
İnsan milli-etnik stereotipləri uşaqlıqdan mənimsəyir və
sonradan əsasən şüuraltı səviyyəsində onların təsirini hiss edir. Buna
görə də etnik (milli) münaqişələr üçün şüursuz davranışın
emosiogenlik, qeyri-məntiqilik, simvolizm və törədilən hərəkətlərin
rasional dəlillərlə zəif əsaslandırılması kimi xüsusiyyətləri
səciyyəvidir.
Bu xüsusiyyətlərlə əlaqədar millətlərarası münaqişələrin
yaranması, inkişafı və həlli cəmiyyətin həyat fəaliyyətinin istənilən
sahəsində və istənilən səviyyədə öz spesifikliyinə malikdir.
Bütövlükdə, millətlərarası münaqişələr müxtəlif etnosların
ayrı-ayrı nümayəndələri, sosial qrupları arasında baş verən
münaqişələrdən və iki, yaxud bir neçə etnosun cəbhələşməsindən
ibarətdir. Millətlərarası münaqişənin tipləri qismində şəxsiyyət-
lərarası, etnososial və terminin əsl mənasında millətlərarası
münaqişələr fərqləndirilə bilər.
144
§2. MiUətlərarası münaqişələrin yaranma səbəbləri
Etnik münaqişələrin yaranmasının əsas səbəblərindən birini
millətlərin qarşılıqlı ərazi iddiaları təşkil edir. Belə münaqişələr
dövlətlərarası, regionlarası, yerli səviyyədə yaranır. Ərazi iddialarının
motivləri müxtəlif ola bilər, məsələn:
-
millətlərin tarixi keçmişi ilə şərtlənmə, məsələn, müəyyən
ərazidə millətin tarixi, mədəni, dini və sair abidələrinin mövcud
olması;
-
mövcud sərhədlərin demarkasiyasının qeyri-dəqiqliyi, yaxud
əvvəl sərhəd mövcud olmadıqda millətlər arasında yeni
demarkasiyanın keçirilməsi;
-
əvvəllər deportasiya olunmuş millətin tarixi vətəninə
qaytarılması;
~ sərhədlərin özbaşına dəyişdirilməsi;
-
millətin ərazisinin qonşu dövlətin tərkibinə zorla daxil
edilməsi;
-- millətin müxtəlif dövlətlər arasında bölünməsi.
Siyasi münaqişələrin yaranma səbəbləri və nəzərdə tutulan
məqsədləri də çox müxtəlifdir, məsələn:
-
bütün səviyyələrdə (yerli, regional, dövlət) müxtəlif etnik
qruplar arasında hakimiyyət ugrunda siyasi mübarizə;
-
millətin vahid dövlət çərçivəsində öz statusu uğrunda
mübarizəsi;
-
tam dövlət müstəqilliyi (siyasi müstəqillik uğrunda
mübarizə) və s.
Millətlər arasında iqtisadi münaqişələr aşağıdakı səbəblərdən
irəli gələ bilər:
-
maddi ehtiyatlara sahib olmada, onların barəsində sərəncam
verilməsində və istifadədə.millətlərin bərabərsizliyi;
-
Mərkəzlə eyni millətdən ibarət region (məsələn.
Federasiyanın subyekti) arasında iqtisadi mənafelər balansının
pozulması;
-
malların və xidmətlərin istehsalının, bölgüsünün və isteh-
lakınm siyasi struktur-funksional sistemində dəyişikliklər (məsələn,
mülkiyyətin yenidən bölüşdürülməsi, yaxud əhalinin miqrasiyası
nəticəsində ənənəvi fəaliyyət növləri bir millətdən başqasına keçir).
Cəmiyyətin siyasi struktur-funksional sistemində də-
145
Dostları ilə paylaş: |