üçün real faktlar deyil, kütləvi informasiya vasitələrinin yaratdığı
obrazlar dəyərli idi. Cinayətkarların və qəhrəmanların rollarının
əvvəlcədən təsvir olunduğu, yaxşı qurulmuş səhnələrin vaxtında
verildiyi «virtual gerçəklik» kütləvi şüur üçün hadisələrin real
vəziyyətindən olduqca daha böyük əhəmiyyətə malikdir.
Nəhayət, siyasət strategiya üçün dövlətin hərbi qüvvələrinin
yaradılması və saxlanması, lazım olduqda isə müharibəni aparılması
üçün nə qədər resurs vermək məsələsini də həll etməlidir. Qüdrətli
iqtisadi potensial özlüyündə dövlətin təhlükəsizliyini təmin etmir.
İstehsalın inkişafında geriləmə, hərbi xərclərdə qənaət etmək səyləri
faciə ilə nəticələnə bilər. Ancaq əks ifratlılıq da təlılükəlidir.
Silahlanma sisteminin vaxtından əvvəl genişləndirilməsi müharibənin
başlamasına gətirir. Bu İkinci dünya müharibəsinin ərəfəsində Fransa
və İtaliyada olmuşdu.
Hərbi xərclərlə bağlı həddən artıq gərginlik bütövlükdə
iqtisadiyyatın destabilizasiyasına, ciddi daxili sarsıntılara gətirə bilər,
bu isə sonucda dövlətin xarici siyasi mövqeyini zəiflədə bilər. Bu
mülahizələr heç də həmişə yeni silahlanma sistemlərini və hazırlıq
proqramlarını inkişaf etdirməyə hazır olan hərbi rəhbərlər tərəfindən
nəzərə alınmır. Eyni zamanda, nə yüksək dərəcədə effektiv silahlanma
sistemlərinin yaradılması, nə geosiyasi proqramların uğurlu yerinə
yetirilməsi millətin həddən artıq gərginlik nəticəsində zəifləmiş həyat
potensialını kompensasiya edə bilməz. Əks tərəfə silahlanmanı qəbul
etdirməklə, onun iqtisadi cəhətdən zəiflədilməsi aparıcı dövlətlərin
xarici siyasi arsenalına daxil olmuşdu. Ona görə, şübhəsiz ki, bu növ
məsələlər ilk növbədə siyasi rəhbərliyin səlahiyyətindədir, o, məsələni
bütövlükdə nəzərdən keçirir, qərar qəbul edir və lazım olarsa, ona görə
məsuliyyət daşıyır. Hərbi gücü təşkil edən problem xüsusi araşdırma
tələb edir.
Hərbi gücdən uğurla istifadəni təmin edən siyasi rəhbərliyin
fəaliyyətinin
dördüncü istiqaməti hərbi əməliyyatların başlanması
üçün münasib məqamın seçilməsidir. Burada düşmənlərin dəqiq
müəyyən edilməsi və koalisiyanın forrmalaşdınlması, lazımi
dövlətlərin neytrallığının təmin edilməsi, daxili və xarici siyasi
mövqeyin və onun perspektivlərinin qiymətləndirilməsi, iqtisadi və
hərbi potensialların nisbəti, onların mümkün iştirakçılarının qüvvələr
gərginliyinə tab gətirmək imkanları
problemlə
172
ri ilə sıx bağlıdır. Eləcə də vuruşan tərəflərin mümkün cavabdehliyi
məsələsi vacibdir - kim və hansı şərtlərdə konfliktin təşəbbüsçüsü,
yəni təcavüzkar və kim - müdafiə olunan tərəfdir. Çox zaman
müharibənin başlaması üçün vaxtın seçilməsi hərbi qüvvələrin tez
dəyişən birbaşa nisbəti ilə müəyyən olunurdu, bu zaman hərbi
mülahizələr çox zaman
üstün tutulurdu,
Uğurlu seçilən misal kimi, Prussiyanın Avstriyaya qarşı
1866-ci il müharibəsini göstərmək olar, bu zaman sonuncu hələ də
1859-cu il müharibəsindən dirçəlməmişddi. 1914-cü il iyul böhranı
zamanı Almaniya hökuməti Almaniyanın 1914-cü il üçün yenidən
silahlanmasının bitməsi faktını rəhbər tuturdu, Fransa və Rusiyanın
yenidən silahlanma proqramı isə 1917-ci il üçün tamamlanmalı idi.
1914-cü il üçün Almaniya və onun potensial düşmənləri arasında
parçalanma maksimal idi, bundan sonra o, ancaq azalmalı idi.
Nəticədə, müharibənin qaçılmaz olduğunu hesab edərək, Almaniya
hökuməti müharibəni məhz 1914-cü ildə başlamağı qət etdi. Bu hal bir
növ müharibəni başlamaq haqda qərarına əsasən digər qrup faktorların
təhlili əsasında qəbul olunmasına mənfi nümunədir. Nəticədə,
Almaniya hökuməti Klauzeviçin mülahizəsini baş-ayaq etdi, böhran
dövründə xarici siyasəti strategiya mülahizələrinə tabe etdi. Almaniya
xarici siyasətinin manevr imkanları kəskin şəkildə azaldı, beynəlxalq
təcrid olunma təhlükəsi yarandı.
Çox zaman, müharibəni başlamaq haqqında qərar qəbul
edərkən, hökumət daxili problemləri də nəzərə almalı idi. Kəskin
daxili siyasi böhran potensial düşmənin fəallığını iflic edə bilər. Digər
tərəfdən, bu böhran onu daha da fəal, avantürist əməllərə sövq edə
bilər, bu zaman müharibədə daxili ziddiyyətləri azaltmaq üçün
vasitələr axtarırlar. Tarixi təcrübə göstərir ki, burada edilən səhv,
xüsusilə, baha başa gələ bilər. Bu səhvə misal kimi III Napoleonun
Fransa-Prussiya müharibəsinin başlanğıcında fəaliyyətini göstərmək
olar.
Ancaq müharibəni başlamaq üçün zamanın seçilməsinə, həm də
potensial düşmənin daxilində qeyri-sabitliyin artması təsir edə bilər,
bu isə onun qərarlılığının və imkanlarının azalmasına gətirir. Rejimi
yeni qüvvə ilə yüksəltmək və narazı olanları susmağa məcbur etmək
üçün «kiçik yenilməz müharibəni» başlamaq niyyəti müəyyən müddət
üçün yerinə yetə bilər, ancaq
173