Ədəbiyyat:
1.Овчинников
В.С.
Политические
конфликты
в
международных отношениях и пути их разрешения. М., 1990.
2.
Бэрон Р., Ричардсон Д. Агрессия. СПб., 1997.
3.
Диксон Ч. Конфликт. СПб., 1997.
4.
Блищенко В.И., Солнцева М.М. Региональные
конфликты и международное право (вторая половина XX -
начало XXI века). - Учебное пособие. М., 2005.
5.
Schelling Т.С. The Strategy of Conflict. - Camridge.1960.
161
7-
ci MÖVZU
BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ
HƏRBİ GÜC FAKTORU
Suallar:
1.
Müharibə və siyasət.
2.
Siyasi və hərbi metodların nisbəti problemi.
3.
Hərbi gücün elementləri.
4.
Sənayeyə qədərki cəmiyyət.
5.
Mərhələ fərqi probleminin yaranması.
6.
Erkən sənaye cəmiyyəti.
7.
Yetkin sənaye cəmiyyəti.
8.
Sənayedən sonrakı cəmiyyətə keçid.
Beynəlxalq münasibətlərdə hərbi gücun tətbiqi problemi ən
mürəkkəb və geniş problemlərdən biridir. Siyasi prosesdə kompromis
axtarışı, qarşılıqlı güzəştlər və razılaşma güc metodlarının tətbiqi və ya
tətbiqi ilə hədələmə sıx şəkildə bağlıdır. Onlar qarşılıqlı şəkildə
bir-birini tamamlayır. Hər cür razılaşmaların, o cümlədən beynəlxalq
hüququn köməyi ilə rəsmiləşdirilən istənilən razılaşmanın əldə
edilməsi müəyyən qüvvələr balansını əks etdirir. Buna görə,
beynəlxalq münasibətlərdə zor tətbiqindən və ya zorla hədələnmədən
imtina haqqında mühakimələr ya taktiki gediş, ya utopik düşüncənin
yaranması, ya da bu münasibətlərin təbiətinin dərk edilməməsi ola
bilər. Şübhəsiz ki, dövlət müəssisələrinin, institutlarının tədbirlər
sistemi çərçivəsində ixtisaslaşmış, stnıkturlaşmış zordan istifadənin ən
«xalis» növü müharibədir. Müharibənin xüsusi növ ictimai-siyasi
hadisə kimi xüsusiyyətləri tələb edir ki, hərbi gücə beynəlxalq
münasibətlərin ümumi kontekstində xüsusi yer ayrılsın.
Beynəlxalq münasibətlərdə hərbi güc faktorunun nəzərdən
keçirilməsi zamanı bu məsələnin ən azı iki tərəfini fərqləndirmək
lazımdır. Birincisi, bu müharibənin və siyasətin nisbəti problemidir,
onun təhlili isə nəinki onların qarşılıqlı təsirini, həmçinin beynəlxalq
münasibətlərdə zorun açıq şəkildə tətbiq edilməsinin
162
nəticələrini aşkar etməyə imkan verir. İkincisi, bu problem dövlətin
hərbi gücünə təsir edən və bu gücü təşkil edən faktorlar problemidir.
Birinci tərəf daha sabitdir, o dövlət, dövlətlərarası münasibətlər, xarici
siyasət kimi daha ümumi anlayışlar ilə bağlıdır. İkincisi, daha hərəkətli
və dinamikdir, çünki, burada cəmiyyətin ictimai-siyasi təşkilinin
səviyyəsi, istehsal qüvvələrinin inkişaf səviyyəsi kimi faktorlar rol
oynayır.
§1. Müharibə və siyasət
Beynəlxalq münasibətlərdə hərbi gücün rolunun nəzərdən
keçirilməsi üçün qədimdən klassik sayılan müharibə və siyasətin
nisbətini xarakterizə edən bəzi əsas müddəaları xatırlatmaq vacibdir.
Daha vacib və öz əhəmiyyətini itirməmiş müddəa isə müharibələr
tarixi üzrə mütəxəssis K.Klauzevisin aşağıdakı fikridir; «Müharibə
özlüyündə siyasi aktdır. Müharibə nəinki siyasi akt, həm də siyasətin
həqiqi vasitəsi, siyasi münasibətlərin davamı, onun başqa vasitələrlə
aparılmasıdır. Onun özünəməxsusluğu isə yalnız vasitələrin
özünəməxsusluğudur. ...Siyasi məqsəd sadəcə məqsəddir, müharibə
isə yalnız vasitədir və heç vaxt vasitəni məqsəddən ayrı düşünmək
olmaz». Müharibə və siyasəti nə ayırmaq, nə müqayisə etmək olmaz,
amma müharibə-siyasətin öz qanunlarına əsasən inkişaf edə bilən
xüsusi növüdür.
Dövlətlər, dövlət qrupları arasında qarşılıqlı əlaqələr sistemi bir
qayda olaraq mürəkkəb və rəngarəngdir, o heç bir halda yalnız güc
metodları ilə bitmir. Ancaq qeyd etmək lazımdır ki, zor tətbiqi və ya
daha çox rast gəlinən zorla hədələmə olmadan mümkün deyil.
Müharibə beynəlxalq münasibətlərin mövcud sistemi çərçivəsində
yaranmış ziddiyyətlərin digər metodlarla həll etmək səylərinin puça
çıxmasının nəticəsidir. Bu növ ziddiyyətlər böhranın gedişində də həll
edilə bilər, yəni tərəflər müharibə həddinə çatan zaman bu və ya digər
mülahizələrə görə onu başlamırlar. Nəticədə isə beynəlxalq
münasibətlər sisteminin mövcud modeli daha da möhkəmlənə, bu
sistem çərçivəsində tarazlıq yenidən paylana, tamamilə başqa qüvvələr
tarazlığına əsaslannuş yeni model yarana bilər. Yaranan problemlərin
həllinin son üsulu kimi hərbi gücdən istifadə, itkilər və fəlakətlər,
konfliktin bütün iştirakçıları üçün gözlənilməz nəticələr ilə bağlıdır.
163
§2. Siyasi və hərbi metodların nisbəti problemi
İlk növbədə dövlət rəhbərliyinin fəaliyyəti kimi siyasətin vo
dövlətin və onun hərbi qüvvələrini potensial müharibəyə hazırlığının
nəzəriyyə və praktikasını əhatə edən hərbi sənət sahəsi kimi başa
düşülən strategiyanın real qarşılıqlı təsirdə olduğu sahənin konkret
istiqamətlərini müəyyən etmək lazımdır. Nəzərə alsaq ki, bu mürəkkəb
problemdə ayrı-ayrı aspektləri fərqləndirmək çətindir, bu istiqamətləri
qısaca olaraq belə formulə etmək olar.
Birinci Siyasət öz fəaliyyətinin əsasına dövlətin ən mühüm
maraqlarına cavab verən rasional rəhbər ideyanı qoymalıdır və ona
uyğun olaraq potensial müttəfiqlərini və düşmənlərini təyin etməlidir.
İkinci Müharibə təhlükəsi yaranan zaman siyasət onun
rəhbərini müəyyən etməli və sonra strategiyanı tam hərəkət azadlığı ilə
təmin etməli və onu lazımsız yerə sıxışdırmamalıdır.
Üçüncü. Siyasət əvvəlcədən strateji məqsədlərin həyata
keçirilməsi üçün əlverişli şəraiti yaratmalıdır.
Dördüncü. Siyasət güc metodlarından istifadə üçün daha
münasib məqamı seçməlidir.
Beşinci Siyasi rəhbərlik strategiyanı kifayət qədər maddi
resurslarla təmin etməlidir.
Altıncı. Siyasət güc metodlarının tətbiqi ilə əldə edilmiş
nəticələrindən bacarıqla istifadə etməlidir.
Siyasət və strategiyanın qarşılıqlı əlaqəsinin bütün yuxarıda
sadalanan aspektlərini dövlətin müharibəyə hazırlığının müxtəlif
mərhələlərini - müharibəyə başlaması, aparması və bitirməsini
xarakterizə edən sistemin qarşılıqlı asılı olan halqaları kimi təqdim
etmək olar.
Bu istiqamətlərdən hər birinin mahiyyətini açmağa çalışaq. İlk
növbədə, ali siyasi rəhbərliyin dövlət qarşısında dayanan vəzifələrin
xarakterini dərk etməsinin vacibliyindən danışmaq lazımdır. Dövlət
inkişaf etdikcə bu məqsədlər də dəyişir, onların həyata keçirilməsi
uzun illər sürə və bir neçə nəslin səylərini tələb edə bilər.
Yeni və ən yeni dövr ərzində bu problemlərin sırasına, məsələn,
bu və ya digər növ asılılıqdan azadlıq uğrunda, əvvəllər itirilmiş
torpaqların birləşdirilməsi, dünya ticarət yollarına çıxış,
164
Dostları ilə paylaş: |