152
DƏDƏ QORQUD ARAŞDIRMALARI
şəkilçisi hesab edir (36, s. 25). Etnonimin iz/ez hissəsinin seman-
tikası haqqında bir fikir yoxdur.
Ezgil adlı qəbilyə bulqarların arasında da rast gəlinir. Bu etno-
nimin izləri Azərbaycan toponimiyasında Əzgilli oykonimlərində
(Xanlar və Zaqatala rayonlarında kənd) indi də qalmaqdadır.
Karluq. Altayda İrtış çayı sahillərində yaşayan türk xalqıdır.
Karluqlar 650-ci ildə türkutlərdən ayrılmış və Tan imperiyasına
tabe olmuşlar. Çin qaynaqlarında qelolu adlanırlar. Üç böyük
qəbilədən ibarətdir (Üç karluk). Karluq etnonimi KT şm 1; 2; BX
ş, 29; 40; KÇ 18; 20; 21; MC 25, 27, 29, 31, 40, 41; mətnlərində
işlənmişdir.
Karluk etnoniminin etimologiyası haqqında müəyyən bir fi-
kir yoxdur. «Oğuz xaqan» dastanında Oğuz xaqanın ordusunun
bir qisminin qalın qarı keçə bilməyərək qalması və Oğuz xaqanın
onlara karluk adı verməsi haqqında məlumat var. Bu yəqin ki,
xalq etimologiyasıdır. Q.Qeybullayev bu tayfanın adının Şamaxı
rayonundakı Qarlı dağ adında qaldığını qeyd edir (40, s. 75).
Kara – türgiş – qərbi göytürklərə daxildir (20, s. 395).
Kasar – Moyun Çor (7-ci sətir), Terxun (17-ci sətir) və Bögü
xaqan abidələrində (10 və 19-cu sətirlər) kasar xalqından danışı-
lır. Güman ki, bu, türkdilli xəzərlərdir (20, s. 395). Xəzər sözünün
mənşəyindən bəhs edən tədqiqatçılar bu etnonimi kazax etnoni-
mi ilə qarşılaşdırır, kökündə kaz/kass ünsürünün mövcudluğunu,
Kaspinin də bununla bağlı olduğunu göstərirlər.
Kabay – dil mənsubiyyəti məlum olmayan qəbilə.
Kay. Bu etnonim Terxun (qabaq 3-cü sətir) abidəsində
işlənmişdir. M.Kaşğarlı XI əsrdə kay adlı bir türk boyu haqqında
məlumat verir (44, s. 28). O, bu etnonimi basmil, yabaku, tatar və
kırğız boylarının əhatəsində göstərir. Müəllif kay boyu ilə oğuz-
ların kayığ boyunu fərqləndirir (44, s. 55).
Bəzi tədqiqatçılar (Y.Nemət) kay etnoniminin apelyativinin
153
Onomastika, Dialektologiya, Etimologiya
«güclü» mənasını ifadə etdiyini söyləyir.
Kəŋərəs. Bu etnonimə KT ş. 39-da rast gəlirik. Abidənin
verdiyi materiallar əsasında kəŋərəslərin Göytürk xaqanlığı-
nın qərbində yaşadığını və göytürklərlə ittifaqda olduğunu
müəyyənləşdirmək olur. Hesab edilir ki, bu sözdə e.ə.III əsrdən
eramızın ilk əsrlərinə qədər Orta Asiyada Sır-Dərya çayının
hövzələrində yerləşən Kanq dövlətinin adı əks olunmuşdur. Məhz
bu dövlətin adamları (Kanq ərləri, adamları) adı ilə məlumdur
(23, s. 115-119). «Kəngərlərin eramızdan əvvəl II əsrdə Sır-Dərya
çayının orta və aşağı axarında güclü dövlətləri olmuşdur. Çin
səfiri Çjan Tsyan eramızdan əvvəl 128-ci ildə Kəngər dövlətinin
paytaxtında olmuşdur. Kəngərlərin hakimiyyəti qərbi Xəzər və
Volqa çayınadək yayılırdı. Eramızın I əsrində kəngərlər Qafqazda
da möhkəmlənirlər. Sonralar kəngərləri peçeneq adlandırmışlar.
Bizim eramın VI-IX əsrlərində kəngərlər Sır-Dərya çayının orta
və aşağı axarında yaşamışlar (20, s. 394). Göytürklərin əcdadı
olan, sonralar isə «Oğuznamə»də «kanqlı» ifadəsi ilə adlanan,
hunlar zamanından Səfəvilər zamanına qədər hərbi bacarıqları
ilə seçilən kəngərlərin müəyyən hissəsinin eramızın ilk əsrlərində
hunlarla birlikdə Cənub-Şərqi Avropaya, oradan da Cənubi
Qafqaza gəlmələri məlumdur. Erkən orta əsrlərdə, kəngərlər
Cənubi Qafqazda üç bölgədə yaşamışlar: 1-İndiki Ermənistan
ərazisindəki Kəngər dağları (Qukasyan rayonunda) ətrafında.
2-Gürcüstan Azərbaycan həmsərhəd bölgəsində (indiki Qazax-
Ağstafa bölgəsində). 3-Naxçıvan ərazisində (39, s. 102). Klavdı
Ptolomey Albaniyada Kangar yer adının olduğunu yazır. V əsr
müəllifi Lazar Parblı kəngərlərdən danışarkən Kəngər dağı, Kür
vadisindəki Kəngər vilayəti haqqında məlumat verir (4, s. 89-91).
Qədim türk abidələrindəki kənqər tayfa adından törəmiş
kəŋərəs etnonimi kanq, ər sözündən və -s ünsüründən yaranmış-
dır. Buradakı ər «insan» anlamını bildirir, -s isə cəm şəkilçisidir.